Ulduz falı – bu gün güclü yenilənmə potensialı var
Qoç - problemlərin alternativ həll yollarını arayın. Dostların
təriflərinə çox uymayın, bədxahların tənqidlərinə fikir verməyin.
Buğa - bütün hallarda və vəziyyətlərdə yaxşı formada olmağa
çalışın. Münaqişələrdə güzəşt variantını seçin. Əgər çətin deyilsə,
qarşınızdakı insanı anlamağa çalışın.
Əkizlər - şərait sizi daha aktiv olmağa, irəlidə hərəkət etməyə,
sürətli qərarlar verməyə vadar edəcək. Danışıqlarda və
toplantılarda emosional olmayın, səsinizi yüksəltməyin. Konkret
razılaşma əldə etməyə çalışın.
Xərçəng - kombinasiyalar qurun, düşünün, təhlil edin, işlək sistemi
formalaşdırmağa çalışın. Yerdəyişmə, hərəkət, səfər, ezamiyyət üçün
əlverişli vaxtdır.
Şir - bu gün güclü yenilənmə potensialı var. Həyatınızda sizi nə
isə qane etmirsə, o problemi həll etməyə başlayın, günü günə
satmayın.
Qız - yeni yer tutmaq, məqsədə çatmaq üçün öz yolunuzu seçmək
vaxtıdır. Dostlar və yaxınlarla ümumi probemlər yaxınlaşmaq üçün
güclü amilə çevriləcək.
Tərəzi - bu gün xırda təpələrin arxasında dağ görünəcək. Ümumi
mühit gərgin olacaq, spontan münaqişələr yaranacaq, ətrafınızdakı
insanlar reaksiyalarına xəsislik etməyəcəklər.
Əqrəb - hisslər və emosiyalar müstəvisində dağınıqlıq müşahidə
olunacaq. Başqaları ilə yanaşı, özünüzü də çətinliklə
anlayacaqsınız.
Oxatan - komanda işi, kollektiv fəaliyyət, iclas, toplantı,
müsabiqə və yarış üçün əlverişli gündür. Enerjiniz ağır iş, səfər,
dövlət qurumlarına baş çəkmək üçün yetərilir.
Oğlaq - yaradıcı, maraqlı ideyası olan insanlar üçün əlverişli
gündür. Təbiilik, fərqlilik, spontanlıq sizi maraqlandıran tədbirə
gərəkli həlqələr olacaq.
Dolça - bir neçə yerə baş çəkin, iş yoldaşları və tərəfdaşlarla
perspektivləri müzakirə edin. Birgə iş üçün aktiv gündür.
Balıqlar - mühüm iş və ya tədbir varsa, kreativlik çılğınlığı
mümkündür. Poçt qutularınızı yoxlayın, sizi maraqlandıran
təmaslarda aktivləşin.