Ulduz falı – Günün ikinci yarısında əhvalla planlarda yenilənmələr olacaq
Qoç - Erida və Plutonun münasibətləri sizə bu gün ruh verəcək.
Aktiv fəaliyyətə hazırsınız, lakin bir məsələdə tələsməyin,
hadisələri zamanın hökmünə buraxın.
Gərəkli yerə əməl və məsləhətlə çatmağa çalışın. Həmfikirləriniz,
ümumi və maraqlı işi görə biləcəyiniz adamlar varsa, yaxşıdır.
Qrupda asanlıqla çalışırsınız. İşdəki münasibətlərə romantikanı
qatmayın.
Perspektivlərlə bağlı danışıqlar aparmaq, iş və bacarıqlarınızı
reklam etmək, imkanlarınızdan bəhs etmək üçün əlverişli
vaxtdır.
Başağrısı yaranarsa, dərmanlara tapınmayın. Diş ağrılarının
müalicəsi və diş çəkilməsi üçün əlverişli gün deyil.
Buğa - Uran və Merkurinin münasibətləri sizi qarşınıza qoyduğunuz
məqsədə yaxınlaşdıracaq. İdeyanızı mümkün qədər tez reallaşdırıb
yeni planlara yer yaradın. Yanlışlıq, izafi səylər istisna
deyil.
Səhhətinizə ziyan verməyin. Diqqətli olun, ətrafınızdakı insanların
dəstəyini alın.
Nəticənin tezliklə əldə edilə biləcəyi işlər alınacaq. İnformasiya
və məlumatlarla işə vaxt ayırın. Yeni xəbər axtarın, gələn
məlumatları təhlil edin, son vaxtlar aldığınız təklifləri müzakirə
edin.
Fəaliyyətinizdə müəyyən məqamın ciddi dəyişikliklərə ehtiyacı
var.
Maraqlarınızın təminatı üçün avadanlıq və material almaq olar. Hər
şey o qədər də pis deyil.
Xırda problemlərə görə pərişan olmayın.
Əkizlər - Haumea və Plutonun münasibətləri bu günü gərgin edəcək.
Səhər saatlarından etibarən təmaslarda sərtlik, dözülməzlik,
tələbkarlıq hiss olunacaq. Sizdən hər işi tez başa vurmağı
istəyəcəklər.
Günün ikinci yarısında əhvalla planlarda yenilənmələr olacaq.
Şəxsi maraqlar və istəkləri diqqətdə saxlayın. Səmimilik, etiraf,
hisslərin izharı üçün əlverişli vaxtdır.
Axşam saatlarında boş küçədə dolaşmayın, macəra aramayın.
İnternetdə informasiya axtarışı, dostlarla təmaslar maraqlı
nəticələr verə bilər.
Xərçəng - Neptun və Yupiterin münasibətləri heç nədən hay-küy
yaranmasına səbəb olacaq. Qəzalı gündür, yolda və nəqliyyatda
ehtiyatlı olun.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik, sərtləşmə
hiss ediləcək. Hadisələr aktivləşəcək, önəmli əlaqələrin indiyədək
kölgədə qalan məqamları üzə çıxacaq.
Kimin qərar qəbul etməsi ilə bağlı mübahisələrə qatılmayın.
Ətrafınızdakı insanların sizində bağlı gözləntilərinin səviyyəsi
qədərindən artıqdır. Sözləriniz və hərəkətlərinizə göstərilən
reaksiyaları sezin. Neqativə meylli olmayın, impulsiv
davranmayın.
Yeni mövzunun yaranması, fərqli araşdırmaya marağın oyanması
istisna deyil.
Səhər saatları və axşam vaxtı daha effektivdir.
Şir - Yupiter və Erilanın münasibətləri səhər saatlarında işlərin
çoxunu görməyi, yaxınların istəklərinin yerinə yetirilməsini tələb
edir.
Gün ərzində gərginlik artacaq. Qəfil arzu və həllərə nəzarət edin.
İstənilən mühüm qərardan əvvəl bir qədər gözləyin.
İlk impulsdan sonra fikrinizi dəyişməyiniz istisna deyil.
Axşam saatları daha əlverişlidir. Qonaq getmək, gəzintiyə çıxmaq
olar.
Görüş faydalı, həm də maraqlı olacaq.
Yeniliklərdən çəkinmirsinizsə, məqsədlər və fəaliyyət istiqamətini
yeniləməyə imkan verə biləcək təkliflər alına bilər.
Yaşanan hadisələrdə gələcək olayların zəminini arayın.
Axşam saatlarında sizi internetdə macəra gözləyir.
Qız - İo və Kallistonun münasibətləri bu günün hadisələrini xaotik
və sürətli edəcək. Təsadüfün müdaxilə etməsini istəmədiyiniz
tədbiri sabaha saxlayın. Bununla belə, özü hərəkət edə biləcək
olaylara sədd yaratmayın.
Tələsməyərək, aramla çalışsanız və üstünlüklərinizi aşkarlamağa
çalışsanız, hər şeydən yararlana bilərsiniz.
Münasibətlər, xüsusilə də onların mübhəm məqamları, nəzarət və
təsirinizdən kənarda qalan ünsürlər diqqət mərkəzinizdə
olmalıdır.
Maraqlandığınız məsələnin təfərrüatına varmağa çalışmayın.
Tələsməyin, bir neçə gün sonra hər şey əyan olacaq.
Gərginliyi azaltmaq üçün rutin, cari işlərlə məşğul olun, fiziki
yukdən qorxmayın.
Gərgin situasiyalarda ciddi ağırlaşma olacaq. Neytral variantlarda
isə hər şey sakit cərəyan edəcək.
Tərəzi - Fobos və Pasifenin münasibətləri əvvəlki günlərin
ağırlığını indiyə daşıyacaq. Hər şey plan üzrə getsə də, sayıq
davranın.
Günün ilk yarısı sərvaxt olun. Hadisələri tələsdirməyin, yaxın
ətrafınızdakı insanlara sözlərini deməyə, təşəbbüslə çıxış etməyə
imkan verin.
Hərə yalnız özünü eşidəcək, yalnız öz hədəf və məqsədlərinin
təminatına can atacaq. İstənilən məhdudiyyət, təzyiq sizi təbdən
çıxara bilər.
Problemlərinizi müstəqil həll edin, fiziki işlə daha çox məşğul
olun.
Axşam saatları şəxsi həyat və işlə bağlı görüşlər, yazışmalar üçün
əlverişlidir.
Uzaqdakı tanışla müzakirələr effektiv alına bilər.
Əqrəb - Lisiteya və Himaliyanın münasibətləri bu gün öz oyun
qaydalarını diqtə edəcək. Yaranan imkanları əldən verməyin. Son
günlər sizi qayğılandıran və fikirlərinizi məşğul edən məqamın
çözülmə vaxtıdır.
Nagahani hadisə planlaşdırılmış olaydan daha yaxşı ola bilər.
Səbrsiz olsanız, ətrafdakı insanlara təzyiq etsəniz, nigaranlığınız
gerçəkləşə bilər.
Qarşılıqlı anlaşmaya çətinliklə nail olduğunuz insanla maraqlana
bilərsiniz.
Mübahisələr və ya münaqişələr aktivliyinizi artıracaq.
Bədxərclik etməyin.
İşdə yoxlama, günahkar axtarışı, habelə yanlışlıqların aradan
qaldırılması ilə bağlı tapşırıq istisna deyil.
Oxatan - Umbriel və Kallistonun münasibətləri sizdən bu gün
rasional, müdrik davranış tələb edir. Ailə üzvünüz və ya yaxın
qohumunuzla bağlı qəfil xəbər gələ bilər.
Təxtirəsalınmaz iş, müdaxilə sinirlənməyə səbəb olacaq.
Evinizi, ailənizi kənar təsirdən və münasibətlərə qarışmaq
cəhdlərindən maksimal dərəcədə qoruyun.
Ünsiyyəti bir qədər məhdudlaşdırın, qonaq dəvət etməyin. Yaşam
məkanında yeni, prinsipial heç nəyə başlamayın.
Həyat sizi qeyri-adi imkanla üzbəüz qoya bilər. İlkin mərhələdə
dağıntılar mümkündür.
Yeniliyi yoxlayın, əlavə sınaqdan keçirin.
Oğlaq - Erida və İonun münasibətləri günü xəbər, zəng, danışıq,
xahiş və tələb sarıdan bol edəcək. İdeyalarınız və konstruktiv
təklifləriniz cavabsız qala bilər.
Aktiv, təşəbbüskar, qıvraq və çevik olun.
Həllinə doğru çoxdan bəri irəlilədiyiniz məsələnin gündəmə gəlməsi
mümkündür. Lakin planlarınız doğurlmayacaq. Məlumat toplayın,
bundan sonrakı addımlarınızı müzakirə edin, amma olaylara süni
təkan verməyin.
Sənədlərdə dəqiqlik və səhihliyə fikir verin.
Xoşladığınız işlərə axşam saatlarında vaxt ayırın.
Diqqətinizi iş prosesindən ayırmayın. Əks təqdirdə, sonrakı
günlərdə yerinə yetirməli olduğunuz işlərin sayı arta bilər.
Dolça - Oberon və Fobosun münasibətləri iş şəraitinə yenilənmə,
aktivləşmə verə bilər. Mühüm məsələlərin həlli üçün yaxşı fondur.
Kollektivdə birgə iş yaxşı nəticə verə bilər. İntuisiyanızı işə
salın.
Tənqid və kateqorik fikirlərdən qaçın, ümumi işin qayğısına
qalın.
Peşəkarlığınızla yanaşı, aktivliyiniz yaxın ətrafınızdakı insanlara
ümid verə bilər.
Tənha və təkbaşına qalmaq istəsəniz də, gələcəyə işləyin,
problemlərin çətin mərhələsindən sürətlə keçin, iş və yükü
tərəfdaşlarla bölüşün.
Axşam saatlarında internet vasitəsilə yazışmaq, bəzi məsələləri
həll etmək olar.
Balıqlar - Tefeya və Qanimedin münasibətləri bu gün ətalət vəd
edir. Təmkin və səbr qəzalı durumlarla yanlışlıqlara yol verməməyə
imkan verəcək.
Emosional fon stabil olmadığından nəticələr də konkret alınmaya
bilər. Əvvəlki günlərdə başladığınız işləri günün ilk yarısında
davam etdirin.
Günün ikinci yarısında yaranacaq problemlərin soyuqqanlı şəkildə
həllinə can atın. Yaxınlarınızın hisslərini qulaqardına vurmayın,
əks təqdirdə münasibətlərdə problemlər yaşana bilər.
Səhhətiniz stresslərə məruz qalacaq.
Xroniki ağrıların kəskinləşməsi mümkündür. Axşam və gecə saatları
maraqlı xəbərlər gətirə bilər ki, bunun da nəticəsi yuxusuzluq
olacaq.