Ulduz falı – Günün ikinci yarısında hisslərinizi sevdiyiniz insanla bölüşməkdən çəkinməyin
Qoç - günün ilk yarısında kommunikasiya, mübadilə, informasiyanın
əldə olunması ilə bağlı cəhdlər pis alınmayacaq. İşgüzar
müzakirələr üçün qeyri-rəsmi format seçin. Tərəfdaşlarla ünsiyyətdə
maraqlarınızı tam təmin edin. Danışıqlarda mövqelərinizdən geri
çəkilməyin.
Bunun üçün əlahiddə səylərə heç bir lüzum yoxdur.
Günün ikinci yarısında hisslərinizi sevdiyiniz insanla bölüşməkdən
çəkinməyin. Münaqişələri dəf edin, münasibətlərdə inam və etibar
mühiti yaradın. Qayğıkeş, səmimi olun.
Axşam saatlarında gəzintiyə yollanın.
Buğa - səciyyəvi çətinlikləri həddən ziyadə emosional qəbul
etməyin. Maliyyə itkiləri, elektron qurğulardan birinin sıradan
çıxması istisna deyil. Mümkün qədər diqqətli olun. Dövlət
qurumlarının nümayəndələri ilə danışanda məğlubiyyətçi mövqe
tutmayın.
Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz işlərinizdə
sizə dəstək verəcəklər. Uzaq yerdən gəlmiş insanla sıx ünsiyyət
qurmağa dəyməz.
Məkrli planın, avantüranın qurbanına çevrilməyin.
Əkizlər - intellektual və enerji səviyyənizin yüksəlməsindən
ailənizin maraqlarının təminatı üçün bəhrələnin. Hisslərinizi
paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi
çaşdırmasın.
Hadisələrin ən uğursuz məcrasına hazır olun.
Günün ikinci yarısında danışıqlarda sayıq olun. Əks təqdirdə qarşı
tərəflə kəskin mübahisə edə bilərsiniz. Diqqətinizi işə yönəldin.
Romantik görüşü ertələyin.
Sabaha indidən hazırlaşın.
Xərçəng - ticari və maliyyə əməliyyatları üçün münasib zamandır.
Yaradıcılıqla məşğulsunuzsa, işlərinizdə irəliləyişlər olacaq.
İşlərinizdə müəyyən çətinliklər yarananda geri çəkilməyin.
Problemlərin səbəblərini araşdırın.
Əhvalınızı yaxşılaşdırmaq üçün evinizə, ailənizə gərəkli
fəaliyyətlə məşğul olmaqla yanaşı, maraqlı ideyalardan birini
reallaşdırmağa başlayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemi həll etmək
üçün yaxınlarınızın köməyinə ehtiyacınız var. Maraqlandığınız
insanda özünüzlə bağlı xoş təəssürat oyatmağa çalışın.
Onu hədiyyə ilə sevindirin.
Axşam saatlarında gəzintiyə yollanın.
Şir - günün ilk yarısında müəyyən planlarda və artıq nizama
saldığınızı düşündüyünüz işlərdə dəyişikliklər ola bilər.
Situasiyanın indiki formatında maraqlı olan yeni şəxslər peyda
olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi
məsələlərin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısında yeni sifariş ola bilər. Diqqətli olun,
yaranan imkanları dəyərləndirin.
Yaxınlarınızın problemlərindən hali olun. Dəyər verdiyiniz
insanlarla çox sərt danışmayın.
Axşam saatlarında normal istirahət edin.
Qız - yeni layihəyə və ya işə başlamaq üçün yaxşı zaman deyil. Cari
məsələlərin həlli ilə məşğul olun, yarımçıq işləri tamamlayın.
Emosional fon rəvan deyil. Əhvalınızı yaxşılaşdırmaq üçün
autotreninqdən istifadə edə bilərsiniz. Meditasiya da pis
olmaz.
Günün ikinci yarısında intuisiyanız sizi darda qoymayacaq.
Ailə üzvləri və qohumlarla ünsiyyət xoş məqamlar bəxş edəcək. Axşam
saatlarına yaxın tənhalığa, tək qalmağa can atacaqsınız. Yeni
romantik tanışlıq cəhdlərini avantüraya çevirməyin.
Tərəzi - kollektiv fəaliyyət daha ciddi nailiyyətlər vəd edir.
Korporativ maraqları qulaqardına vurmayın. Əhvalınız korlanmasın.
Bədbinliyə qapılmayın. Alış-verişdə nə isə almaqla kefinizin
kökələcəyinə ümid etməyin.
Aldığınız malda qüsur tapılacaq.
Günün ikinci yarısında soyuqqanlı davranışı laqeydlik həddinə
çatdırmayın. Ailə üzvləri və yaxınlarınızla qaba danışmayın.
Axşam saatları yeni romantik macəra üçün yaxşı vaxtdır.
Əqrəb - ictimai fəaliyyət üçün pis gün deyil. Ticarət və xidmət
sahəsində çalışırsınızsa, irəliləyişə nail olacaqsınız. Rutin
məsələlərin həllində nizam yaradın. Sənədləşdirmədə, ailə
büdcəsinin həllində sayıq olmaqla yanaşı, yaxınlarınızın
dediklərinə qulaq asın.
Günün ikinci yarısında fəaliyyət arealını nizama salın.
Ailə üzvləri sizi problemlərin həllindən yayındıra bilərlər.
Məqsədə çatmağın optimal yollarını fikirləşin.
İnsanların gur olduqları toplantılardan yayının.
Oxatan - yaşam tonusunuzun səviyyəsi yüksəkdir. Ən ağır
problemlərin öhdəsindən gələ bilərsiniz. Həllini çoxdan bəri tələb
edən məsələni çözməyə başlayın. Kiçik və mənasız detalların həllinə
çox vaxt ayırmayın. Uğurlarınızı etiraf edəcəklər.
Əlavə gəlir, mübahisədə üstünlük istisna deyil.
Uzaqdan gəlmiş insanlarla günün ikinci yarısında normal əlaqələr
qura bilərsiniz.
Ailədə ənənəvi dəyərləri qoruyun. Ciddi, sərt, amma ədalətli olun.
Axşam saatlarında gəzintiyə yollana bilərsiniz.
Oğlaq - səhər saatlarından etibarən həddən artıq intensiv tempdə
çalışmayın. Cari məsələlərin həllində, rutin işlərin çözülməsində
səbrli olun. İstirahət və əyləncə fikirlərini təxirə salın.
Maliyyə məsələlərinin həlli üçün o qədər də münasib vaxt deyil.
Günün ikinci yarısında tənqidlərə və iradlara ifrat aqressiv
reaksiya verməyin. Perspektivsiz, mənasız əlaqələrdən və
təmaslardan qurtulun. İntiuisiyanız sayəsində yeni tanış olduğunuz
insanların kim olduqlarını anlaya bilərsiniz.
Dolça - günün ilk yarısında müsbət təmayüllərin təsiri artır.
İnzibati məsələlər, hüquqi problemlərin həllində diqqətli davranın.
Başlayacağınız layihələrin yaxşı potensialı var.
Günün ikinci yarısında yaxınlarınızın qeydinə qalın. Onların tələb
və istəklərini anlamağa çalışın. Laqeydlik etməyin, qayğıkeş insan
olun. Yaxınlarınızla təmaslarda maliyyə məsələlərini müzakirə
etməyin. Belə məqamlar dartışma və ya münaqişə yarada bilər.
Axşam saatlarında sayıq davranın ki, dəyər verdiyiniz insanlarda
mənfi reaksiya yaranmasın.
Balıqlar - səhiyyə və təhsil sahəsində çalışırsınızsa, əlverişli
zamandır. Qəfil yaranan problemlər sizdə ciddi narahatlıq
yaratmasın. Alış-veriş üçün münasib zaman deyil. Aldığınız mal,
məhsul və ya əşya sonradan sizdə təəssüf hissi yarada bilər.
Günün ikinci yarısında aktiv olun. Enerjinizi məqsədə aparan
yoldakı maneələrin dəfn olunmasına sərf edin.
Yaşam arealında rekonstruksiya aparın. Axşam saatlarında gərginlik
və stressdən qurtula bilərsiniz. Romantik görüş olacaqsa, zahiri
görünüşünüzə fikir verin.