Ulduz falı – Yaşanan hadisələrdə dostlar aktiv rol oynayacaqlar
Qoç - Fobos və Ayın münasibətləri bu günü təəssüratlar, görüşlər və
xəbərlər baxımından bol edəcək. Mühüm məsələ ilə bağlı çözüm
variantını tapa bilərsiniz. Yaxud da çoxdan bəri gözlədiyiniz
hadisə yaşana bilər.
Əvvəllər güc və imkanlarınızın, ya da pulunuzun çatmadığı problemin
həllinə doğru ciddi addım atılması istisna deyil.
Yaşanan hadisələrdə dostlar aktiv rol oynayacaqlar. Onlardan yeni
ideya və təkliflər ala bilərsiniz. Reallaşmayan gözlənti və
istəklərlə bağlı gərginlik, narazılıq hissi var.
Unutmaq istədiyiniz hisslər sizə hələ də ağrı bəxş edir. Amma yeni
maraqlara diqqəti yönəltmək üçün stimul və məqsədlər vaxtı
başlayır.
Axşam saatları yetərincə romantik ola bilər.
Buğa - Enselad və Avropanın münasibətləri sizə gərginliyin
öhdəsindən gəlməyə, heç bir motivi olmayan emosiyalardan qurtulmağa
yardım edəcək.
Yanınızdakı insan həddən ziyadə radikal və kəmhövsələdirsə,
situasiyanı yumşaltmağa çalışın.
Acı həqiqət və etiraf etmək istəmədiyiniz məqamlar sizdə narahatlıq
yarada bilər. Amma bu, can atdığınız gerçəyi öyrənmək
vasitəsidir.
Əsas məsələlərin reallaşdırılmasını davam etdirmək üçün bəzi
məqamlarda güzəştə gedin. Yaşamın öz qaydalarını diqtə etdiyi yerdə
ifrat təzyiqə əl atmayın.
Ev işlərini artırmayın, görüş və ünsiyyəti təxirə salmayın.
Alış-verişə pul tapsanız, diqqətli olun, yalnız gərəkli nəsnələri
alın.
Səhvləri düzəltmək üçün əlverişli gündür.
Əkizlər - Umbriel və Enseladın münasibətləri günün təmayüllərini
fərqli, müxtəlif planlı edir. Görüşlər keçirmək, toplantılara
qatlımaq olar. Maraqlarınızın reallaşması prosesinə kimisə cəlb
etmək istəyirsinizsə, çevik və sürətli hərəkət edin.
İşlərinizin alınması üçün inandırıcı danışın, yalana əl atmayın,
bacarıqlarınızdan bəhs edin.
Uzaqdan xəbər alınması istisna deyil.
Yaxın perspektivlə bağlı plan və məqsədləri təhlil edin, cari
situasiya ilə məhdudlaşmayın.
Gözlənilməz, xoş alqılar ola bilər.
Sizi həyəcanlandıracaq yeni xəbərin mənbəyi internet olacaq.
Çoxdan bəri baş çəkmədiyiniz saytlara baş çəkin.
Xərçəng - iş və şəxsi həyatla bağlı planlarınızı reallaşdırın.
Venera ilə Merkurinin münasibətləri sizdən sərfəli, gərəkli şansı
görərək dəyərləndirməyi tələb edir.
Görüş, yazışma, telefon zəngi, çoxdan bəri planlaşdırdığınız
nəsnənin alınması mümkündür.
Gərəkli informasiya, əlaqələr, sizə yardım etmək istəyən dostlar
peyda olacaq.
Axına düşdüyünüzü hiss edirsinizsə, dayanmayın, ünsiyyət və təmas
dairəsini genişləndirin.
Ümumi maraqlanınızın olduğu insanlarla bundan sonra da əməkdaşlığa
bel bağlaya bilərsiniz.
Kiçik məsələni şişirdərək problemə çevirməyin, istənilən hadisədə
irəliləmək imkanını arayın.
Yaxın insanla münasibətlərə ciddi yanaşın.
Bu günün işini sabaha saxlamayın, çünki sabah həmin işi görmək
indiki təki asan olmayacaq.
Şir - Titan və Pasifenin münasibətləri gərəkli nəticə əldə etmək
üçün kimlərəsə sərt münasibəti, aqressiv davranışı yasaqlayır.
Gülərüz olun, səsinizi qaldırmayın. İş və layihənizdə iştirakınızı
arzuladığınız insanı tərifləyin.
Axşam saatlarında yaxşı dincəlməyə çalışın.
Emosiyalarınızı araşdırmaq, pik anlardan sakit qurtulmaq üçün
tənhalıq, tək qalmaq faydalıdır.
Qəfil xəbər yeni tərəfdaşlıq və ya maraqlarla bağlı yeni əməkdaşlıq
vəd edir.
Qız - Oberon və Qanimedin münasibətləri bu gün sizə ən müxtəlif
istiqamətlər üzrə enerji ilə çalışmaq imkanı yaradır. Ətrafınızdakı
insanların mövqe və fikirlərini mütləq həqiqət, absolyuta yüksəlmiş
gerçək saymayın.
Kimdənsə yardım istəmək fikrinə düşsəniz, onun məsləhətlərini
dərhal qulaqardına vurmayın. Əks təqdirdə həmin adamın işlərinə
olan marağı yox olacaq.
Maraqlandığınız işlə məşğul olun, ətrafınızdakı insanların
ideyalarından yararlanın, məsləhətləri dinləyin, müxtəlif
məsələləri müzakirə edin.
Əks cinsin mənsubu ilə söhbət maraqlı və xoşagələn olacaq.
Səfər, görüşlər pis deyil, amma hadisələrə süni təkan verməyin.
Bərabərtəcilli hərəkət daha yaxşıdır.
Rahat şəraitdə çətin problemlərin müzakirəsi imkanından
yararlanın.
Tərəzi - Pluton və Tritonun münasibətləri xəbərlərlə təəssüratların
sürətli dəyişikliklərini vəd edir. Gün sizi sevindirəcək.
Maddi məsələlərdə perspektivlərin heç də ümidsiz olmaması barədə
xəbər gələcək. Ailədə önəmli məsələnin müzakirəsi başlanacaq.
Yeni imkanlar və planlar işlərin ənənəvi axarını məcrasından
çıxaracaq. Yaxın adamlara müraciət edərək onlardan sizə yardım
etmələrini istəyə bilərsiniz.
Maraqlarınızın çeşid və sayı arta bilər. Axınla hərəkət etmək,
hədiyyələr almaq istəyəcək, maraqlı xəbərlər gözləyəcəksiniz.
Zahirən passiv təsir bağışlasanız da, şərait imkan verən kimi işlə
bağlı məsələni həll edin.
Əqrəb - Sinope və Elaranın münasibətləri gərginliyi azaltmağı
məsləhət bilir. Ehtiyac duyulmayan artıq sözlər deməyin, gərəksiz
hərəkətlər etməyin. Ən çətin anlarda 10-a qədər saymaqda fayda
var.
Eyni vaxtda bir neçə təklifin alınması, yaxud da tam başqa səpkidə
gördüyünüz işi görməyə vadar edilmə ehtimalları var.
Seçim və açıq danışmaq təbəddülatı yarana bilər. Ola bilər ki,
bütün bunlar sizdə birmənalı olmayan hisslər yaratsın. Bir daha
düşünün, perspektivləri dəyərləndirin.
Riskli hesab etdiyiniz oyundan çıxın, intriqa və saxtakarlığın
olduğu münasibətlərə qatılmayın. Planlaşdırılmamış durumda
iştirakçı olmayın.
Qəzalı gündür, amma intellektual işlə məşğul olsanız, yaxşı
nəticələr əldə edə bilərsiniz.
Oxatan - Lisiteya və Leda bu gün sizə mühüm situasiyalar üzərində
tam nəzarətə nail olmağı məsləhət bilir.
Cari işlə yanaşı, tərəfdaşlarla əlaqələrin bərpası, danışıqlar,
telefonla müzakirələr, məktublarla məşğul olun.
Təşəbbüslərlə tələsməyin. Baş verən dəyişikliklərə vaxtında
reaksiya verin, maraqlarınıza toxunan məqamlarla ünsürləri
diqqətdən yayındırmayın.
Məramlarınızda bir qədər dağınıqlıq hiss olunarsa, harasa
gecikməməyə çalışın.
Plan və ya marşrut qəflətən dəyişə bilər.
Uzun zamandan bəri şəxsi həyatınızda ballast, artıq yük kimi qalmış
problemdən bu gün qurtula bilərsiniz.
Sevdiyiniz insanın hisslərinə diqqətlə yanaşın, baş verənlərdən
vaqif olmamış son qərar verməyə tələsməyin.
Oğlaq - Mimas və Tefeyanın münasibətləri bu gün yaxınlarınız üçün
gördüyünüz işlərdə sizə uğur qazandıracaq. Xüsusi diqqət və qayğı
tələb edən məqamları unutmayın.
Tələsməyin, işlərinizdə və yaxın ətrafınızda qayda yaradın,
əməllərinizə və sözlərinizə estetik komponentlər qatın.
Hirslənməmək və pərişan olmamaq üçün ünsiyyətdə diqqətli olun.
Baş verən, ilk baxışdan təsadüf təsiri bağışlayan hadisələri
anlamağa çalışın.
Gün xərclərlə müşayiət olunur. Şəxsi münasibətlərdə gərginlik adi
günlərdən fərqli olaraq daha cəsarətli addımlar tələb edir.
Dolça - Haron və Tritonun münasibətləri günü fərqli, unudulmaz
edəcək. Münaqişənin gərginləşməsinə hazır olun.
Kollektiv, dostlar və ya üzv olduğunuz qrupla bağlı yenilik
var.
Qeyri-adi nə isə gözləyirdinizsə, sürprizin kandarda olduğunu
bilin.
Dəyişikliklərin münasibətlərdə gərginlik yaratması da istisna
deyil. Hər şeyin qismən normal olduğu məkanda hadisələrin
inkişafına ehtiyac duyulmayan təkan verməyin.
Səfər və ya yolda ehtiyatlı olun. Axşam saatlarında, sadəcə,
dincəlin.
Beyniniz yorulub, rahatlanmağa ehtiyac var.
Balıqlar - ağır işə və gərginliyin yüksəlməsinə hazır olun.
Ünsiyyətin bol olacağı gündür. Əgər kimisə istəyinizi anlamağa
çağırmaq istəyirsinizsə, həmsöhbət üçün daha tutarlı arqumentlər
tapın.
Günün ilk yarısında pulla bağlı məsələləri həll etməli olacaqsınız.
Müzkirə edin, danışıqlar aparın, alınan informasiyanı
dəqiqləşdirin. Axşam saatlarını ünsiyyət dairəsini genişləndirə
biləcəyiniz yerdə keçirin.
Təcrübə mübadiləsi, maraqlı informasiyanın əldə olunması istisna
deyil.
Hərəkət və fəaliyyət azadlığına o qədər ciddi ehtiyac yaranacaq ki,
özünüzlə bağlı böyük gözləntilər hiss etsəniz, münaqişə və
münasibətlərin dayandırılması da istisna deyil.
Səylərinizi cəmləyin, vaxtında dayanmağı bacarın. İstənilən
situasiyada ən mühüm məqamı duyun.
Şəxsi münasibətləriniz və ya işgüzar əlaqələrinizlə bağlı məsələlər
siz olmadan da həll oluna bilər.