Ulduz falı – Münasibətləri davam etdirməyə layiq adamı seçin
Qoç - Haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı
dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla
gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə
yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir.
Günün ikinci yarısında sizi narahat edən problem barədə ailə
üzvlərinə danışa bilərsiniz. Axşam saatlarında yolda olsanız,
gəvəzə insanın dediklərinə qulaq asmayın. Təxribatlara uymayın.
Buğa - Həmkarlar və işgüzar tərəfdaşlarla tmaslarda kiçik
narahatlıqlar yarana bilər. Bununla yanaşı, yaxın ətrafınızdakı
insanlarla əlaqələrin üstünlüklərini anlayacaqsınız. Yeni
tanışların nöqsanlarını, çatışmayan cəhətlərini görməyi
bacarın.
Münasibətləri davam etdirməyə layiq adamı seçin.
Günün ikinci yarısında bəzi adamlardan uzaq durmaq gərəkdir. Ailə
həyatında da gərginlik hiss olunacaq. Özünüzlə bağlı dedi-qodu,
şayiə eşidəcəksiniz.
Axşam saatları pəhrizə və ya müalicəyə başlamaq üçün münasibdir.
Zərərli vərdişlərinizlə mübarizə aparın.
Əkizlər - Yaxın ətrafınızdakı bəzi adamlardan asılı olduğunuzu hiss
etmək sizdə emosional problemlər yarada bilər. Kiminləsə mübahisə
etməzdən, nəyisə tənqid etməzdən əvvəl deyəcəyiniz sözləri düşünün.
İşdə rəhbərliyin qarşısında şərt qoymayın.
Günün ikinci yarısında işgüzar tərəfdaşın təklifini qəbul edin.
Ailədə xoş ab-havanı qoruyun. Əhvalınız əməllərinizi
müəyyənləşdirəcək.
Axşam saatlarında çox yeməyin.
Xərçəng - Bütün vaxtınızı yarımçıq işlərin tamamlanmasına həsr
etsəniz, ümdə məqamı nəzərdən qaçıra bilərsiniz. Yeni layihəyə
başlamaq ağırdır. İşdə həmkarlar və ya rəhbərliklə mübahisə
etməyin. Tərəfdaşla aqressiv davranmayın. Şərikin təkliflərindən
faydalanmaq olar.
Günün ikinci yarısında yaxınlarla ünsiyyət yadlarla təmaslardan
daha ağır olacaq. Axşam saatları dostlarla birlikdə istirahət üçün
yaxşıdır.
Sirrinizi faş etməyin, mövqelərinizi zəiflətməyin.
Şir - İctimai məqamları ön plana çıxarmayın. Sizi çoxdan bəri
narahat edən məsələnin həllini tapmaq üçün maksimum səy göstərin.
Ətrafınızdakı insanlardan fərqli olaraq qarşınıza konkret məqsəd
qoyun. İllüziyalara qapılmayın, realist olun.
Günün ikinci yarısı romantika zamanı deyil. Arzularla xəyallar
gerçəyi üstələməsin. Hiperaktivlik etməyin. Ailə üzvlərinin
istəklərini anlamağa can atın. Dəyər verdiyiniz insanın
məsləhətindən faydalana bilərsiniz.
Mühüm xəbəri qulaqardına vurmayın.
Qız - Hansısa intriqanın mərkəzində ola bilərsiniz. Dedi-qodu və
şayiə yayanlara uymayın, onlara inanmayın. Boş söhbətlərdə iştirak
etməyin. Bilavasitə işinizlə bağlı məlumatları əldə etmək üçün
bütün sədləri aşmağa cəhd göstərin. Məqsədə aparan yolda irəliləmək
üçün inadkar olun.
Günün ikinci yarısında yaxınlarınız və dəyər verdiyiniz insanların
dediklərinə qulaq asın. Peşəkar fəaliyyətinizdə yaranmış müvəqqəti
çətinliyi ailə üzvləri ilə müzakirə etməyin. Belə sözlər yalnız
onların əhvalını korlaya bilər.
Axşam saatlarını çoxdan tanıdığınız insanlarla keçirin.
Tərəzi - Enerjili və fəal olsanız, çətinlikləri dəf edəcəksiniz.
Adi günlərdən fərqli olaraq problemlərin sayı artacaq. Görüləsi
işlər çoxdur. Əsla tələskənliyə yol verməyin. Təhsil alanlar üçün
əla gündür. Əldə etdiyiniz biliklər karınıza gələcək.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla kobud danışmayın,
onun nazını çəkin. Haqsız iradları təmkinlə dinləyin. Ailə
üzvlərinin istəklərinin, heç olmasa, bir qismini yerinə
yetirin.
Yolda sayıq olun. Sükan arxasında diqqətli davranın.
Əqrəb - Maliyyə durumunuzu yaxşılaşdırmağa çalışın. Gəlirləri
artırın, süst davranmayın. Əlavə gəlir mənbələri əldə etmək
istəyirsinizsə, situasiyanı yaxşıca təhlil edin. Problemlərin
orijinal həll yollarını tapa bilərsiniz.
Günün ikinci yarısında yeni biliklər və məlumatların əldə olunması
prioritet məsələdir. Sınaqdan uğurla çıxacaqsınız. Yaxınlarınızla
çək-çevir etməyin. Ailə üzvlərinizə təzyiq etməklə onları haqlı
olduğunuza inandıra bilməyəcəksiniz.
Axşam saatlarında rasionunuza fikir verin.
Oxatan - Təcili cavabı tələb olunan suallar eşidəcəksiniz. Belə
suallardan yaxa qurtarmaq mümkün deyil. Karyeranız və maddi
durumunuz cavablardan asılıdır. Yeni layihəyə başlamaq üçün yaxşı
zamandır. Yaxın ətrafınızdakı insanlar dediklərinizə qulaq
asacaqlar.
Günün ikinci yarısında dostlarla birgə fəaliyyət effektiv olacaq.
Yaxınlarınızla münasibətlərdə təşəxxüslü, eqoist olmayın. Məqsədə
çatmaq üçün alternativ yollardan və metodlardan istifadə edin.
Qətiyyətli olun.
Oğlaq - Günün ilk yarısı maliyyə məsələlərinin həlli və alış-veriş
üçün əlverişli deyil. Qiymətlərə dəqiq bələd deyilsiniz.
Situasiyanı adekvat dəyərləndirməməyinizin nəticəsi böyük xərclərə
və ya itkilərə səbəb ola bilər. Səfər də yaxşı alınmayacaq. Amma
yola çıxmaq qaçılmazdırsa, gecikməyin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla kəskin mübahisə
etməyin. Bunun sonucu münaqişə ola bilər. Fikirlərinizi aqressiv
şəkildə izhar etməyin. Yaxınlarınızın dediklərinə qulaq asın, sonra
danışın.
Dolça - Maraqlı diskussiyalara qatılanda mövqelərinizdən geri
çəkilməyin. Kommunikasiya imkanlarınızı genişləndirməyə çalışın.
Haqlısınızsa, fikrinizi qarşı tərəfə diplomatikcəsinə çatdırın.
Yaxın ətrafınızdakı insanlar sizi dinləyəcəklər. Onlar sözlərinizə
normal reaksiya verəcəklər.
Günün ikinci yarısında yaxınlarınız və dəyər verdiyiniz insanlarla
qarşılıqlı anlaşmaya nail olmaq çətindir. Yaşamın bəzi ünsürləri
fikir ayrılığı yaradacaq. Ailə üzvləri ilə mübahisə etməyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - Günün ilk yarısından etibarən ifrat aktiv olmayın.
Yarımçıq işləri tamamlayın, başladığınız layihələri sona çatdırmağa
çalışın. Yeniliklər var qüvvənin israfını tələb edir. Üstəlik,
kollektiv fəaliyyətin iştirakçıları arasında qərarların
uyğunlaşdırılmaması ola bilər.
Günün ikinci yarısında tələskənlik istisna deyil. Xaotik
davranışlar sizi usandıra bilər. Ailə üzvləri ilə təmaslarda mümkün
qədər ehtiyatlı olun. Dedikləriniz yanlış anlaşıla bilər. Axşam
saatlarını rahat, normal ortamda keçirmək məsləhətdir.
Gəzintiyə çıxın.