Ulduz falı – Axşam saatları alış-veriş üçün əlverişlidir
Qoç - aktiv, bir neçə istiqamətdə eyni vaxtda çalışmağı tələb edən
gündür. Qəti addım atın, görüş, danışıq və ya qərarı təxirə
salmayın.
İkinci dərəcəli işlərin hamısını təxirə salaraq sizə yeni mövqeyə
çıxmağa imkan verən işlə məşğul olun.
Yaxın ətrafınızdakı insanlara işlərinizdən bəhs edə bilərsiniz.
Əgər situasiya sizi işdə gec saatlara qədər saxlayırsa və ya
hansısa tədbirdə iştirakınız tələb olunursa, bu barədə
yaxınlarınıza mütləq məlumat verin.
Perspektivi nəzərə alaraq həyatınıza yeni imkanlar və əlaqələri
əlavə edin. Yardım istəməkdən utanmayın, çünki sonradan həmin
insana dəstək ola bilərsiniz.
Axşam saatları alış-veriş üçün əlverişlidir.
Buğa - hisslər məntiqi üstələməsin. "Qalmaq, ya getmək?" sualına
cavab verməzdən əvvəl yaxşıca düşünün. Tələskənlik etməyin,
avantürizmə qapılmayın. Yaxın ətrafınızdakı insanların xətrinə
dəyməyin, onlarla sərt və aqressiv davranmayın.
Alış-veriş, imici yaxşılaşdırmaq üçün əlverişli gündür.
Kimsə sizə qayğı göstərirsə, minnətdarlığı unutmayın.
Yaşam məkanınızda dəyişikliklərlə bağlı çoxdankı planı
reallaşdırmaq olar.
Axşam saatlarını dostlarla keçirmək məsləhətdir.
Əkizlər - estetik seçiminiz bu gün işgüzar sahədə də özünü göstərə
bilər. Tapşırıq və ya qarşıya qoyulmuş məsələnin həllində yeni,
estetik vasitəni tapmaq mümkündür.
Dostlar və xüsusilə də mümkün sponsorlarla əlaqələri genişləndirin.
İşdəki uğur bu gün əlaqələr və həmin əlaqələrin sayəsində
alacağınız informasiyadan asılıdır.
Nəyisə dəyişmək olar. Ən azı iş yerində masanın üzərindəki
əşyaların düzənini...
Xəbərlərə, başlarının həyatındakı hadisələrə, rəqiblərin
düşərgəsindəki yeniliklərə diqqət və maraq artır.
İlk baxışdan uğursuz təsir bağışlayan situasiyada uğur, qəfil uduş,
problemin həllində diqqət və nəvaziş izharı ola bilər.
Axşam saatlarında istrahətdən həzz alın, dincəlin.
Xərçəng - hadisələr sürətlənir, onların emosional məziyyətləri və
məzmunları zənginləşir. Gərəksiz təlaş və vurnuxmaya heç bir
ehtiyac yoxdur.
İstənilən şəraitdə irəliləmək, istənilən problemi çözmək olar. Ən
çətin vəziyyətdə belə, özünüzü itirməyin, ruhdan düşməyin. Pozulan
hüquqlarınız və tapdanan haqlarınız uğrunda mübarizə aparın.
Qorxaq, müti, taleyin qəzavü-qədərinə boyun əyən insan olmayın.
Əsas işdən ayrılaraq daha vacib məsələnin həllinə ehtiyac yarana
bilər. Gərəkli məlumat, informasiya, əlaqələr, sizə yardım etməyə
hazır insanlar peyda olur. Bir yerdə qalmayın. Müxtəlif dövlət
qurumlarına yollanmağı günün ikinci yarısına saxlayın.
Hadisələrin uğurlu axarı işlərinizdə rəvanlıq vəd edir.
Səfərdə yeni tanışlıq ola bilər.
Səhhətinizi unutmayın. Planlaşdırılmamış fəaliyyət izafi enerji
itkisinə, indiyədək "yuxulu" olan ağrıların fəallaşmasına səbəb ola
bilər.
Rasiona yeniliklər edə bilərsiniz.
Axşam saatlarında evlə məşğul olun. Qonaq qəbul edə bilərsiniz.
Şir - bu gün ulduzlar yaşamınızda harmonik məqamları
formalaşdıracaqlar. Mühüm planlarınızı gerçəkləşdirməyə çalışın.
Kreativ bacarıqları nümayiş etdirmək, həyatınızda nəyisə ciddi
şəkildə dəyişmək üçün əlverişli zamandır.
Peşəkar fəaliyyətdə rəqiblərin əməllərinə diqqətlə baxın. Onlardan
geri qalmamaqla kifayətlənməyin - onları üstələyin, qabaqlayın və
daim irəlidə olun.
Daha effektiv, maraqlı nəticə əldə etməyin yollarını düşünün.
Gün şəxsi həyatdakı məsələlərin çözümü üçün də əlverişlidir.
Bir qədər romantik olmaq, rəğbət bəslədiyiniz insanların təqdirini
qazanmaq olar.
Qız - çətin, qarışıq gün olduğundan intensiv işləmək gərəkdir.
İşlər çətin, çox olacaq. Gələcəklə bağlı məqsədlərin bəlirlənməsi
sərt şəraitdə, rəqiblərlə mübazirədə baş verə bilər.
Tərəfdaşlıqda yenilik istisna deyil. İşdə və şəxsi həyatda önəmli
andır: seçim edin ki, yanılmayasınız.
Uğur qazanın, populyar olmağa çalışın. Qeyri-adi, gözlənilməz
situasiyalar və dəyişikliklər istisna deyil.
Yaşamınıza daxil olan ünsürün qarşısını almağa çalışmayın.
Stresslər sizi əsəbiləşdirməsin, qıcıqlandırmasın.
Səhhətinizə fikir verin. Çoxdan bəri təxirə saldığınız, yarımçıq
qoyduğunuz işi başa vurun, ətalət və tənbəlliyi üstələyin.
Daha yaxşı görünmək və özünüzü yaxşı hiss etməyə imkan verən
prosedurlara başlayın.
Tərəzi - ayın ən önəmli və mühüm günlərindən biridir. Yeni
təəssüratlar və məlumatlar vəd edən işlərlə məşğul olun. Poçt
qutularınızı yoxlayın. Ola bilər ki, sizə maraqlı informasiya
gəlib. Yazışmalara ara verməyin.
Batinən yenidən yönlənməniz istisna deyil. Münasibətlərdə çoxdan
bəri dəyişiklikləri ehtiva edən hadisə bu gün yaşana bilər.
Yaxın ətrafınızdakı insanların təsirinin ifrat həddə çatmasına
imkan verməyin. Münaqişələrdən kənar durun. Mövqe və
prinsiplərinizə zərbə dəymirsə, güzəştə gedin.
Axşam saatlarını dostlarla keçirmək, yaxud da dəvət aldığınız yerə
yollanmaq olar.
Əqrəb - təşəbbüskar olun, çətin işlərin "qulpundan" yapışın. Belədə
ətrafınızdakı insanlar sizin potensiallı, əzmkar, ən başlıcası isə
işi bacaran insan olduğunuzu görəcəklər.
İndi yox, perspektivdə inkişaf edə biləcək işin ilkin mərhələsi bu
gün başlanır.
Az sonra tam təfərrüatı ilə müzakirə etməyə hazırlaşdığınız məsələ
ilə bağlı razılaşma əldə edin.
Qəfil məsrəflər ola bilər. Məntiqli, soyuqqanlı olun, bədxərclik
etməyin.
Maddi və maliyyə məsələlərində uğur əldə edə bilərsiniz.
Tanışlıq, görüş, müzakirələr üçün uğurlu gündür.
Perspektivlər genişlənir. Şansdan mütləq yararlanın.
Oxatan - perspektivlər genişlənir. Mühüm məsələni tez və uğurla
həll etmək, aranan məlumatı almaq olar. İşdən həzz almağa
çalışsanız, çox ciddi sonuclara nail ola bilərsiniz.
Enerjili və uğura yönəlmiş insanlarla təmaslar qurun, əlaqələrdən
yeniliklər əxz etməyə çalışın.
Mənasız və boş mübahisələrə, müzakirələrə və intriqalara
qatılmayın.
Hərəkətə başlaya biləcəyiniz istiqamətlərdə gerçəkləşdirə
biləcəyiniz ideyalar az deyil. Ən önəmli istiqamətlə məqsədi
seçməyə kimsənin mane olmasına imkan verməyin.
Romantik planlarınız varsa, ətalətdə olmayın, hərəkətə keçin.
Sizə rəğbət bəsləyən adamın təşəbbüslə çıxış etməsinə mane
olmayın.
Qonaq gedin, yaxud da evdə qonaq qəbul edin.
Oğlaq - rasional olun, işələrə, münasibətlərə orijinal yanaşın.
Səlis düşünün, praqmat davranın. Qeyri-adi ideyanı reallaşdıraraq
özünüzlə bahəm, yaxın ətrafınızdakı insanları da sevindirə
bilərsiniz.
Ev işlərini başa vurun. Yaxın dostunuz olan insanın problemini
çözməyə çalışın.
Çoxdan almaq istədiyiniz əşyaya yiyələnmək üçün məsrəfin məbləği
çox ola bilər.
Şəxsi münasibətlərdə diqqət izharlarının formal nişanələrinə
ehtiyac duyulur. İndi kimin daha çox yardım və dəstəyə ehtiyac
duyduğunu müəyyənləşdirməyə çalışın.
Bundan asılı olaraq rolları bölüşdürün.
Dolça - yaşanan dəyişiklikləri və yaranan yeni imkanları
dəyərləndirərək hisslərinizin təlatümünü anlaya bilərsiniz. Əsas
planları reallaşdırmaq imkanını duyursunuzsa, xırdalıqlara və
ikinci dərəcəli işlərə diqqət verməyin.
Yaxın ətrafınızdakı insanlar dərk etməlidir ki, siz yalnız işinizin
maraq dairəsində çalışırsınız. Tələb və ya təzyiqdən əlahiddə halda
istifadə etmək olar.
Gələcəklə bağlı məqsədlərin və maraqların üst-üstə düşəcəyi
insanlar yanınızda ola bilər. Qarşıdan gələn yeniliklərin ilkin
nişanələrini gözdən qaçırmamaq üçün sayıq olun.
Planların müzakirəsi, işgüzar danışıqlar və görüşlər üçün əlverişli
vaxtdır.
Romantik illüziyalara qapılmayın. Vədlər və əhvalınız motivasiya,
səbəb olmadan dəyişə bilər.
Balıqlar - maddi məsrəflər tələb edən planlarınız çoxdur. Gəlir
mənbələrini artırmaq və daha az vaxt sərf edərək işin effektivlik
səviyyəsini yüksəltməyi düşünməyin vaxtıdır. Maraqlarınızın sayı da
artır. Pozitiv və neqativ təmayüllü stress az olmayacaq.
İş yerində qayda yaradın, ev işləri ilə məşğul olun. Romantik
maraqlar bu gün arxa planda olmalıdır.
Qayğıya ehtiyacı olan insanlara diqqət yetirin. Axşam saatlarında
istirahət edin, daxili müvazinəti bərpa edin.