Ulduz falı – Axşam saatlarını sizi anlayan insanlarla keçirin
Qoç - işgüzar danışıqlar, müzakirələr, sövdələşmələr və anlaşmalar
üçün əlverişli gündür. İdeyalarınızın əksəriyyəti dəstəklənəcək,
təkliflərinizin bir çoxu uzun-uzadı müzakirələr olmadan qəbul
ediləcək.
Anlaşmaların nəzərdən keçirilməsi zamanı şərtlərinizi diqtə edə
bilərsiniz. Fiziki iş yorucu ola bilər.
Günün ikinci yarısında travma riski var.
Yeni tanışlıqlar xoş olacaq. Bu gün başlanacaq dostluq
münasibətləri sürətlə, harmonik inkişaf edəcək. Dəyər verdiyiniz
insanların məsləhətlərinə qulaq asın.
Axşam saatlarını sizi anlayan insanlarla keçirin.
Buğa - tələskənliyə, vurnuxmaya yol verməyin. Səbrli və səliqəli
davranın. İşlərdə qayda yaratmaq, yığılıb qalmış problemləri
çözmək, bədxah və rəqiblərlə mübarizədə onları üstələmək şansları
var. Özünüzə qarşı tələbkar olun. Yaxın ətrafınızdakı insanlarla
qayğıkeş və həlim rəftar edin. Belə olarsa, indi barrikadaların əks
tərəflərində olduğunuz adamlarla belə, normal münasibətləri qoruya
bilərsiniz.
Günün ikinci yarısında mürəkkəb və önəmli məsələləri yaxınlarınızla
müzakirə etməyin. Ortaq məxrəcə gəlmək çətindir. Ciddi mübahisələr
yaranacaq. Sərt tənqidə aqressiv reaksiya göstərməyin.
Əkizlər - qarışıq, çətin, ağır olan gündür. Məqsədləriniz yaxşıdır,
amma onlara çatmaq üçün vasitə və yolları dürüst seçin. Bəzi
vasitələr, metodlar eqoist, təhlükəli, effektsizdir. Müttəfiqlər və
ya tərəfdaşlarla fikir ayrılıqları yarana bilər. Bəzi işgüzar
münasibətlərə, həmkarlarla əlaqələrə son qoymaq vaxtı çatıb. Qərar
qəbul edərkən yaxşıca düşünün, tələsik addım atmayın.
Günün ikinci yarısında ailədəki bir sıra ciddi problemləri uğurla
həll etmək olar. Stereotiplərdən imtina edin. İndiyədək
imkanlarınız məhdudlaşdıran yanlışlıqlardan qurtulun. Ətrafınızdakı
insanlar maraqlıdır və onlar marağınızı hiss edirlər.
Axşam saatları ünsiyyət üçün əlverişlidir.
Xərçəng - daha çoxa nail olmaq ümidi ilə riskə meylli olmayın.
Təbii, uğur istisna deyil. Amma soyuqqanlı, təmkinli olsanız və
həddən çox vəd verənlərə inanmasanız, işlərinizdə irəliləyişlərə
nail ola bilərsiniz.
İş yerinizi dəyişibsinizsə, yeni iş yerində çalışırsınızsa, ilk
əvvəl çətin olacaq. Lakin bir müddət sonra anlayacaqsınız ki, köhnə
ilə müqayisədə yeni daha yaxşıdır.
Günün ikinci yarısında uzağa səfərə yollanmayın. İstənilən yerlə
müqayisədə evdə özünüzü daha rahat hiss edəcəksiniz. Yaxınlarınız,
sevdiyiniz insanlarla ünsiyyət, təmaslar üçün münasib gündür.
Adamların çox olduğu yerə yollanmaqdan çəkinin.
Hətta seriala baxmaq belə, sizi sakitləşdirə bilər.
Şir - ideyalarınız nə qədər yaxşı olsa da, yaxın ətrafınızdakı
insanlar onları anlamır və dəstəkləmirlər. Mübahisələrə,
dilətutmalara çox vaxt sərf etməyin. Fikirlərinizlə ideyalarınızı
müstəqil şəkildə həyata keçirməyə başlayın. İlk uğurlardan sonra
yardımçılar və müttəfiqlər sizi dəstəkləməyə başlayacaqlar.
Təxəyyülünüzü məhdudlaşdırmayın. İndi ağlasığmaz təsir bağışlayan
ideyalar bir müddət sonra reallaşa bilər.
Günün ikinci yarısında səfər və ya səyahətdə problemlər yarana
bilər. Evdən uzaqda olarkən alış-verişə çox pul xərcləməyin.
Vəsaitiniz boşuna gedəcək.
İmici dəyişmək, qarderobu yeniləmək üçün əlverişli gündür.
Qız - bu gün başlayacağınız işlərin hamısını bitirə
bilməyəcəksiniz. Buna rəğmən iradəli, qətiyyətli, inadkar olun.
Belədə uğur sizdən yan qaçmayacaq. İşgüzar danışıqlar mürəkkəb
olacaq. Haqqınızda sərt sözlər eşitməyiniz istisna deyil. Fəqət,
söhbətin nəticəsi istədiyiniz kimi olacaq.
Günün ikinci yarısında maliyyə fonu uğurludur. Gəlirlər istisna
deyil. Pulları saxlayın, onları biznesə yatırmağa, alış-veriş
etməyə tələsməyin.
Yaxınlarınızın nəzərində nüfuzunuz yetərincədir. Məsləhət
verdiyiniz insan sözlərinizə qulaq asacaq.
Axşam saatlarında sevdiyiniz insanla birlikdə istirahət edin.
Tərəzi - yaxınlarınızla münasibətlərdə problemlər yarana bilər.
Sizi narahat edən problemlər, müşküllər barədə inandığınız
insanlara danışın. Hissləriniz barədə susmayın. Sükütu pozun.
Münaqişəyə qatılmayın, mübahisə etməyin. Qarşılıqlı narazılıq və
inciklikdən qurtulmağa çalışın.
Günün ikinci yarısında işlərdə ciddi uğurlara nail ola bilərsiniz.
İstənilən, hətta ən çətin məsələləri yanınızdakı insanlarla
müqayisədə daha tez və effektiv həll etmək olar. Bundan başqa, yeni
bilik və bacarıqları sürətlə əxz edin. Məsuliyyəti boynunuza
götürməkdən çəkinməyin.
Gəlirlər istisna deyil.
Əqrəb - ətrafınızdakı insanlar sizinlə maraqlanırlar. Orijinal,
təkrarolunmaz olun. Əks cins mənsublarından birinin diqqətinə layiq
olacaqsınız. Diqqət izharlarından biri usandırıcı və yorucu ola
bilər. Fəqət, ünsiyyəti xoş insanı da tapmaq olar.
Günün ikinci yarısında yaşam arealının yenilənməsinə başlamaq olar.
Həyatınızda yeni, daha maraqlı və əlverişli mərhələ başlanır.
Alış-veriş zamanı parlaq, qeyri-adi əşya almaq olar.
Oxatan - önəmli, emosional baxımından zəngin gündür. Hadisələrin
simvolik mənaları var. Yaşananları anlamaq, dürüst nəticələrə
gəlmək üçün bir qədər vaxta ehtiyac var. Psixoloq və ya astroloqa
üz tutmağa tələsməyin.
Günün ikinci yarısında ləyaqətsiz, hətta təhlükəli insan sizə qarşı
çıxacaq. Uzunmüddətli fəsadları ola biləcək qərarlar qəbul etməyə
tələsməyin.
Axşam saatlarında aktiv istirahətə üstünlük verin.
Oğlaq - peşəkar fəaliyyət müstəvisi ilə bahəm şəxsi münasibətlərdə
dəyişikliklər, yeniliklər üçün əlverişli zamandır. Seçdiyiniz
yoldan çıxmayın, irəliləyin. Tale sizə xoş sürprizlər verə bilər.
İntuisiya çox mühümdür. Hadisələrin hansə məcrada inkişaf edəcəyini
təxminləməyə səy göstərin. Yaxınlıqdakı insanlardan bəziləri sizə
məsləhət üçün müraciət edəcəklər. Onları dinləyin.
Günün ikinci yarısında qeyri-adi, orijinal əşyalar almaq, yaxud da
mövcud arealı yeniləmək olar. Yaşanan olayların hamısı yaxşı
olmayacaq. Problemlər sizi ruhdan salmasın. Gərginlik və təlaş az
olmayacaq.
Dolça - məhsuldar və effektiv gündür. Qarşınıza qoyduğunuz məqsədə
çatmaq üçün bütün sədləri və maneələri dəfn edin. Yeni müttəfiqlər
tapsanız, onların dəstəyi gələcək qələbələrin rəhni olacaq.
Ehtiyatlı olmağı, ətrafa baxmağı unutmayın.
Bu gün xətrinizə dəyəcək insan az sonra düşməninizə çevrilə
bilər.
Günün ikinci yarısında yaxınlarınızla daha çox vaxt keçirsəniz,
problemlər azalar. Səfər və səyahətləri təxirə salın. Evdə qalmaq
imkanı yoxdursa, dəyər verdiyiniz insanı kiçik hədiyyə ilə
sevindirin.
Axşam saatlarında aktiv, təşəbbüskar olun.
Balıqlar - yaxın ətrafınızdakı insanlara yardım etməyə çalışsanız
da, bu səyləriniz dəyərləndirilməyəcək. Əksinə, nə qədər çox kömək
etməyə can atsanız, bir o qədər sərt tənqid ediləcəksiniz.
Tənqidlər əhvalınızı korlamasın. Başladığınız işi bitirin, yarımçıq
heç nə saxlamayın.
Maliyyə fonu uğurlu deyil. Pulla bağlı məsələlərdə həssas davranın,
ehtiyatlı olun. Sizi dəstəkləmək istəyən insanlar azdır.
Günün ikinci yarısında bəzi qərar və addımlarınız ətrafınızdakı
insanlara ekstravaqant, absurd təsir bağışlaya bilər. Reaksiyalara
fikir verməyin. Çətin məsələlərin həllini intuitiv tapmağa
çalışsanız, yaşamınızda müsbət təmayüllərin təsiri güclənəcək