Ulduz falı – Gəlirlər istisna deyil
Qoç - ən çətin işləri çözməyə çalışın. Məhz həmin işlərdə daha
ciddi irəliləyişə və uğurlara nail ola bilərsiniz. İşgüzar
danışıqlar, önəmli tədbirdə iştirak üçün əlverişli zamandır.
Sənədlərlə iş, hesabatların hazırlanması, maliyyə planlaşdırması
üçün əlverişli zaman deyil.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından çətin gündür.
Həddən artıq enerjili davranmaqla yaxın ətrafınızdakı insanları
usandıra bilərsiniz. Yaşam ritminizə riayət olunmasını yaxın
ətrafınızdakı adamlardan tələb etməyin. Belə olarsa, ideyalarınız
aqressivliklə qarşılanacaq.
Buğa - günün hadisələri sizi sevindirə bilər. Peşəkar fəaliyyət
müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə də xoş sürprizlər
olacaq. Yeni tanışlıqlar istisna deyil. Rəğbət bəslədiyiniz
insandan dəstək almaq üçün onunla danışın, təmasların indiki
durumunu müzakirə edin. İntuisiyanız kəskin olmalıdır. Məhz onun
sayəsində kiminlə çalışmağın mümkün olduğunu, kimdən də uzaq durmaq
gərəkdiyini aydınlaşdırın.
Günün ikinci yarısı maliyyə məsələlərinin həlli üçün əlverişlidir.
Qəfil gəlir və dəyərli hədiyyə istisna deyil. Faydalı, sərfəli
kommersiya anlaşması, sövdələşmə və müqavilə reallaşa bilər. Səfər
və ya səyahətlər məsləhət deyil. Uzaqdan gələn qonaqları qəbul
etməli olacaqsınız.
Əkizlər - özünüzdə nəyisə dəyişməyə çalışın. Bunun üçün imiclə
bağlı eksperimentlər etmək, yeni maraqların təminatına çalışmaq,
daxili dəyişikliklərə cəhd göstərmək olar. Hansı nəticəyə nail
olmaq istədiyinizi konkretləşdirin. Bu barədə mütləq düşünün.
Günün maliyyə fonu birmənalı deyil. Gəlirlər istisna deyil. Amma
xərclər də az olmayacaq. Hansısa yeni işdə ciddi uğurlara nail ola
bilərsiniz.
Xərçəng - dostlar və tərəfdaşlarla ünsiyyət sizə xeyli xoş
təəssüratlar verəcək. Yeni müttəfiqlərlə yanaşı, nüfuzlu hami tapa
bilərsiniz. Onlardan biri problemlərinizin əksəriyyətini həll
etməyə hazır olacaq. Lakin yaxın ətrafınızdakı insanların sizə
verdikləri dəstəyin əvəzini verməyə də hazır olun.
Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə
çətinliklər yarana bilər. Fəqət münaqişənin yaranmasına imkan
verməyin, problemin normal həll yolunu tapın.
Konfliktli vəziyyəti çözmək üçün bəzi maraqlardan imtina etmək
gərəkdir.
Şir - çox ciddi problemlərin həllində sizə yardım edə biləcək
nüfuzlu insanlardan dəstək ala bilərsiniz. Mümkünsüzü mümkün etmək
imkanları var. İşləriniz və fəaliyyətiniz diqqəti cəlb edəcək. Yeni
müttəfiqlər və tərəfdaşların olması istisna deyil.
İctimai tədbirlərə qatıla bilərsiniz.
Günün ikinci yarısı maliyyə məsələlərinin həlli üçün əlverişlidir.
Gəlirlər gözlədiyinizdən də artıq olacaq. Şəxsi həyatınızda yaxşı
dəyişikliklər olacaq. Nikbinlik və sabahkı günə inam yaxın
ətrafınızdakı insanları sizə cəlb edəcək.
Qız - xoş və rahat gündür. Başladığınız işləri asanlıqla başa vura
bilərsiniz. Xoş sürprizlər, qəfil uğurlar istisna deyil. Son
vaxtlar sizi ciddi narahat edən problemlər gözlənilməz halda
çözümünü tapacaq.
İşgüzar fəaliyyət baxımından passivlik vəd edən gün olsa da,
uzunmüddətli planlar qurmaq olar.
Günün ikinci yarısında ev işləri ilə məşğul olun. Yaşam arealınızda
qayda yaradın, şəraiti nizama salın. Dəvət aldığınız yerə axşam
saatlarında qatılın. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı
xoş təəssürat yaradın.
Tərəzi - günün ilk yarısında problemlər, qayğılar və xoşagəlməz
hadisələr olacaq. Soyuqqanlı, təmkinli olun. Səbrlə davransanız,
çətinliklərin öhdəsindən gələcəksiniz. Əlverişli anı gözləyib
situasiyaya süni təkan verməyin.
Günün ikinci yarısı danışıqlar, sövdələşmə, ünsiyyət üçün
əlverişlidir. İşlərinizdə sizə yardım edə biləcək insanlarla sıx
təmaslar qurun. Uzun müddətdən bəri küsülü qalan qohumları
barışdırmağa çalışın. Ailəvi münasibətlərdə harmoniyanı bərpa
edin.
Əqrəb - bilik, məlumat və təcrübənin artırılması üçün əlverişli
gündür. Əldə edəcəyiniz informasiya peşəkar fəaliyyət müstəvisində
irəliləyişə imkan verəcək. Səhhətinizə fikir verin. Qeyri-ənənəvi
təbabətdən yararlana bilərsiniz.
Günün ikinci yarısında istənilən kiçik hadisələrə, məişətdəki
anlamsızlıqlara kəskin reaksiya verməyin. Yaşam və ya fəaliyyət
arealındakı düzənsizlik belə, əhvalınızı poza bilər. Yaxınlarınızla
təmaslarda həddən ziyadə tələbkar olmayın. Münaqişələrə rəvac
verməyin.
Önəmli məsələlərin müzakirələrində güzəştə getməyi bacarın.
Oxatan - əvvəlcədən hazırlanmış plana riayət etmək çox çətindir.
Hadisələr təxminlənən məcra ilə inkişaf etmir. Situasiyaya
uyğunlaşmağa çalışın. Əsla gözləmədiyiniz yerdən yardım təklifi
alacaqsınız. Çətin vəziyyətdə sizə əl tutmuş insana minnətdarlıq
etməyi unutmayın. Əks halda inciklik yarana bilər.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün pis deyil. Sayıq olun,
kimlə gəldi əlaqələr qurmayın. Bu gün başlanacaq romantik
münasibətlər uzunmüddətli və ciddi olacaq.
Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Oğlaq - evdən uzaqdasınızsa, işlərinizdə uğurlar əldə edə
bilərsiniz. Rahatlığı qurban verin, günün adi axarını dəyişin:
məqsədə çatmaq üçün bütün vasitələrdən yararlanın. Səylərinizi
əsirgəməyin.
Yeni təəssüratlar xoş olacaq.
Günün ikinci yarısı yeni tanışlıqlar vəd edir. Perspektivli
təmaslar qurmaq şansı az deyil. Təşəbbüskar olmaqdan çəkinməyin.
Bəyəndiyiniz insana doğru ilk addımı atın.
Dolça - kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etsin.
Etibarınızdan sui-istifadə etmək istəyənlər az deyil. Onlar sizi
tora salmaq üçün dəridən-qabıqdan çıxırlar. Belələrinin çirkin
əməllərini faş etmək həddən ziyadə çətindir.
İşdə həmkarlarınızla münasibətləriniz sərtləşə bilər. Onların sizə
xeyli iradları var. Rəhbərlik öz səhvlərinə və yanlış qərarlarına
görə məsuliyyəti sizin boynunuza atmağa çalışır.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin
təsiri artacaq. Yaşanan hadisələr sizi sevindirəcək. Yeni
münasibətlərə başlamaq üçün əlverişli zamandır. Təşəbbüskar olun,
hisslərinizi etiraf edin.
Balıqlar - adi və rutin, yeknəsək gündür. Böyük sevinclər, ağır
kədərlər olmayacaq. Maraqlı işlər seçib həmin istiqamətlərdə
irəliləyişlərə nail olmağa çalışın. Maraqlanmadığınız işləri isə
təxirə salmaq olar.
Belə davransanız, problemlər yaranmaz.
Günün ikinci yarısında izafi xərclərə yol verməyin, ciddi ehtiyac
duymadığınız əşyalar almayın. Qənaətcil olun. Pullarınızı mənasız
nəsnələrə sərf etməyin.
Ehtiyatlı olun. Travma riskləri var