Ulduz falı – İşgüzar olun, zəhmətdən çəkinməyin
Qoç - Boş söhbətlər, mübahisələr və müzakirələrə vaxt ayırmayın.
Əks təqdirdə münasibətlərin aydınlaşdırılması gərginləşəcək,
münaqişə yaranacaq.
Problemlər, maraqlar və niyyətlərin qovuşuğu indi informasiya,
məlumatlardan yararlanma müstəvisindədir. Əldaqələr, təmaslar və
qarşılıqlı tərəfdaşlıq da çox mühümdür.
Yaxınlarınız və ya həmkarlarınızdan birinin həyatındakı olay sizi
narahat edə bilər. Yəqin ki, həmin adama yardım etməli, onun
həyəcanlarına qatılmalı olacaqsınız.
Ev işləri üçün yaxşı gündür. Kiçik işləri başa vurun, yaşam
arealınızı qaydaya salın, nizam yaradın, hər şeyi yerbəyer edin.
Daha maraqlı və perspektiv fəaliyyətə hazırlaşın.
Buğa - Doğrulmayan ümidlər, puç olan xülyalara görə dərindən
təəssüflənməyin. Yaxın ətrafınızdakı insanlardan birinin fəaliyyəti
və ya danışıqları "sürpriz"lər vəd edir. Çalışqan, qətiyyətli,
inadkar olun. Cavab reaksiyası istədiyiniz kimi olmaya bilər.
Sakit gün deyil. Münasibətləri gərginləşdirməmək, nəyisə korlamamaq
üçün ehtiyatlı olun. Cari dəyişikliklərdən qəfil mənfəət əldə edə
bilərsiniz.
Uzaqdan xəbər, faydalı informasiya, dəstək gələcək. Hadisələrin
bəzilərini, xüsusilə də bir neçə problemi qabaqlayaraq onlar barədə
məlumat əldə etməyə çalışın.
Yaxın günlərin, çətin də olsa, konstruktiv dəyişikliklərə səbəb
olması üçün planlarınızda dəyişikliklər etmək gərəkdir.
Əkizlər - Kollektiv iş və ya istirahətlə bağlı situasiyalar xüsusi
diqqət tələb edir. Başqalarını təəccübləndirəcək əmələ yol
verməyin.
İndiyədək yaxşı tanıdığınızı düşündüyünüz insan hərəkəti ilə sizi
heyrətləndirə bilər. Günün hadisləri və axarı sizi hələlik
təfərrüatları olmayan fikirlərə istiqamətləndirir.
Mühüm proseslərə nəzarət etməyə çalışacaqsınız. Gərəksiz, ballasta
çevrilmiş münasibət və ya insandan qurtulun. İzafi gərginlikdən
xilas yolu ev işləridir.
Yaxınlarınızla mübahisələrə, yaxud da münaqişələrə rəvac verməyin.
Çünki onların dəstəyi indi sizin üçün abstraksiya deyil.
Xərçəng - Sakitlik, istirahət və əyləncə günü deyil. Dəyişikliklərə
dərhal reaksiya verin. Cari situasiyalara münasibətinizi dərhal
dəyişin. Qıvraq, çevik, cəld olun. Yaxşı reaksiya və problemləri
anlamağınız gərəkdir.
Şərtlərin sizi ritmdən sapdırmaması üçün əlavə səylərə ehtiyac
duyulur. Hadisələrlə xəbərlərin məziyyətləri "partlayış"lıdır.
Emosiyalarınıza nəzarət edin.
Mühüm hadisələr bu gün inkişaf edəcək. Bəzi məsələləri özünüz həll
edə bilərsiniz. Plan üzrə getməyə məsələlər və ya olaylar əlavə,
ciddi diqqət tələb edir.
Təhlükəsizliyinizi təmin edin. Qəza risklərinin az olmadığı
gündür.
Şir - Rəqiblərin zərbələrini, dostlarla tərəfdaşların naqolay
fəaliyyətinin yarada biləcəyi problemləri dəf etməyi bacarın.
Təmaslar nə qədər çox olarsa, bir o qədər çox
sinirlənəcəksiniz.
Yaşananlara da sakit, soyuqqanlı yanaşın. Problemləri
qeyri-standart şəkildə həll etmək olar. Təkliflər, informasiya
çoxdur. Bu gün mühüm seçim günüdür.
Romantik münasibətlər işgüzar planları poza bilər. Sizi nə isə
narahat edirsə, nigaran qalıbsınızsa - qətiyyətlə davranın,
çətinliyi aradan qaldırmağa cəhd göstərin.
Ətrafınızdakı adamların problemlərdən bəhs etməsi və hadisələrin
sürətli inkişafı qaçılmazdır.
Qız - Sürətli, aktiv, enerjili həllər tələb edən gündür. Belə
həllər yaşam, işlər, fəaliyyət və tapşırıqlarda ciddi
dəyişikliklərə səbəb ola bilər.
Narazılıq yaranan müstəvidə dəyişikliklər edin. İstək və qüvvəniz
olmasa belə, bunu reallaşdırın.
Qəfil informasiya, görüş və ya problem fərqli davranmağınızı
şərtləndirə bilər. İntuisiyanızın verdiyi siqnalları qulaqardına
vurmayın.
Diqqətli olun. Günün ümumi gərgin fonu münaqişələr üçün əlverişli
zəmin yaradır.
Ətrafınızdakı insanlardan birinin paxıllığının bədxahlığa
çevrilməsini sezə bilin.
Tərəzi - Planlardakı gözlənilməz dəyişiklikləri labüd qəbul edin.
Xəbərlər yenilənir, yanınızdakı adamlar arasında emosional
davrananlar tapılır.
Günün lüzumsuz gərginlik olmadan keçməsi üçün yaşananları
həyatınıza müxtəliflik gətirə biləcək olaylar kimi dəyərləndirin.
Hər şeyin plan üzrə getməsinə can atmayın.
Maraqlar uyğundursa, qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil.
Dostlarla görüş yaxşı keçəcək, yeni və ümumi ideyalar yaranacaq.
Bir yerdə qalmayın.
Mümkün qədər çox hərəkət edin, informasiya mübadiləsindən
yararlanın. Vəd və öhdəliklərə riayət edin.
Axşam saatlarında problemlərin həlli asanlaşır. Şərtlərin yeni
məqamları əyan olur, imkanlarınızı genişləndirmək perspektivləri və
imkanları yaranır.
Fiziki təhlükəsizliyinizi qoruyun. Qəza riskləri var.
Əqrəb - Çətin və ağır gündür. Səhhətinizi qoruyun, həddən ziyadə
çalışmayın. Yollarda ehtiyatlı olun.
Təxminlənməmiş situasiyalar, ətrafınızdakı insanların
davranışlarında qəfil yeniliklər olacaq. Stabilliyi risk altına
ataraq qarşıdurmaya getməli, qüvvələrinizi sınamalı
olacaqsınız.
Belə situasiyada hansısa itkilər verə bilərsiniz, amma
qüvvələrinizi qoruyun. Yeni mərhələnin başlanğıcıdır. Məqsədə doğru
qısa yolu düşünməyin.
Baş verənləri diqqətlə müşahidə edin. Fiziki zəifləmə, əhvalın
dəyişməsi istisna deyil. Zərurət yaranarsa, çətin söhbətə
razılaşın.
Amma mümkün qədər az təzyiq göstərin, tərəfdaşın danışmaq
niyyətindən və hadisələrin axarından daha çox yararlanın.
Oxatan - İşlərə yaradıcı yanaşma, sürətli və virtuoz davranış tələb
olunur. Yerdəyişmələri bir qədər məhdudlaşdırın. Ətrafınızdakı
insanlarla münasibətlərdə gərginlik müşahidə oluna bilər.
Karmik düyünlər peyda olur, önəmli əlaqələrin mənasını fərqli agah
edən hadisələr yaşanır. Qərarların qəbulunda tərəddüd etməyin.
Emosiyalar çox, arqumentlər azdır.
Ətrafınızdakı insanların sizinlə bağlı gözləntiləri böyukdür. Söz
və hərəkətlərinizə olan reaksiyaları diqqətlə izləyin. Bədbin
olmayın, impulsiv addımlar atmayın. Yeni mövzu yaranır, yeni
tədqiqatların təməli qoyulur.
Şəxsi münasibətlərdə qəfil dəyişikliklər ola bilər.
İşgüzar olun, zəhmətdən çəkinməyin. Mövqelərinizdən asılı olan
nüanslar var.
Oğlaq - Yaşamınızda qəfil hadisələrə hazır olun. Uzaqdan gələcək
xəbər planlarınızda qəfil dəyişikliklərə səbəb ola bilər.
Yaxınlarınız sizdən qayğı və diqqət tələb edirlər. Onların nəzərinə
çatdırın ki, münasibətlərin aydınlaşdırılması təxirə salınır.
Gərəkli hesab etdiyiniz işlərlə məşğul olmaq niyyətindəsiniz.
Şərait mövqelərin aktiv izharını çətinləşdirib. Bu səbəbdən də
mühüm açıqlamanı və yaxud yeni işə başlamağı hələlik təxirə
salın.
Alış-veriş üçün əlverişli vaxt deyil.
Seçim situasiyasına düşməyə çalışmayın. Axşam saatlarınla sadəcə,
istirahət edin.
Dolça - Yaxın ətrafınızdakı insanlarla təmasların həddən ziyadə
olmasından usana bilərsiniz. Tək qalmaq, müstəqil şəkildə işləmək
istəyirsiniz.
Lakin sizi tək işləməyə qoymayacaqlar. Planlar dəyişəcək,
yaşamınıza daxil olan informasiyanın həcmi isə artacaq.
Yeni dostlar tapmaq və ya romantik maraqlarınızı təmin etmək üçün
internetdən də yararlana bilərsiniz.
İntellektual çalışın, məlumatların mübadiləsi, maraqlandığınız
predmetin müstəqil axtarışı ilə məşğul olun. İşlərin irəliləyişinə
mərhələlərlə, köklü və əsaslı şəkildə nail olun.
Yaşamın xırdalıqlarına fikir verməyin.
Bu gün qəza riskləri az deyil. Ehtiyatlı olun.
Balıqlar - Fiziki tonusunuz və şəxsi təhlükəsizliyinizin təminatı
ilə məşğul olun. Həyat sizə problemlər və əvvəl yol verdiyiniz
səhvlərinin bəzilərinin təkrarını hazırlayır.
Səliqəli olun, reaksiyalarınızda tələskənliyə yol verməyin. Sizi
seçim və ya hərəkətlə bağlı tələsdirmək istəyənlərin felinə
uymayın.
Səliqəli olun. Stabillik və rahatlıq olmayacaq.
Ətrafınızdakı insanlar tələsir, münaqişə edir, inciyirlər. Məntiqli
davranın. Gərəksiz əlaqələr və münasibətlərdən qurtulun.
Əgər nə isə, kimsə sizin səbr kasanızı daşdırmaq üzrədirsə, bu gün
şəxsi həyatınızda köklü dəyişikliklər zamanı olacaq.
Axşam saatlarında alış-veriş etmək olar