Ulduz falı – Məntiqli, səbrli olun
Qoç - köhnə işlərin baş çatdırılması və nəticələrin gözdən
keçirilməsi üçün əlverişli gündür. Yeni layihələrlə bağlı işlərə
başlamayın.
Təkliflər alacaqsınız. Amma ehtiyatlı olun, imkanlarınızla
potensial tərəfdaşlarınızın gücünü olduğundan artıq
dəyərləndirməyin.
Məntiqli, səbrli olun. Belə davranış sizi və dostlarınızı
səhvlərdən qoruyar.
Bu gün sizdən məsləhət, dəstək, mənəvi yardım istəyəcəklər. Lakin
sevdiyiniz insan inadkarlığı ilə sizi narahat və nigaran qalmağa
vadar edəcək.
Buğa - məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin
unutmayın ki, avantüralar və məcaraların hamısı yaxşı bitmir.
Məcara maraqlı olsa da, risk və təhlükələr az deyil.
Aramla davranın, yüz ölçüb bir biçin.
Sizə yaxın insanlarla ünsiyyətdə probelmlər yarana bilər. Onlar
sizi avantüralardan qorumağa çalışacaq, yardıma tələsəcəklər.
Soyuqqanlı olun, düşünülməmiş addımlar atmayın.
Tənqidi ifrat aqressivliklə qarşılamayın.
Bu gün qəbul etdiyiniz qərarları dərhal həyata keçirməyə
tələsməyin.
Əkizlər - bu gün sizə kimsə mane ola bilməyəcək, qarşınıza
qoyduğunuz məqsədlərə çatacaqsınız. Elə bir məsələ yoxdur ki, onu
çözməyə səy göstərəndə çətinliklərlə qarşılaşasınız.
Məqsədə çatmaq üçün zəhmət və səylərinizə qənaət etməyin.
Günorta saatlarında yeni müttəfiqlər və tərəfdaşlar tapa
bilərsiniz.
Sərfəli anlaşma, müqavilə və ya tapşırıq istisna olunmur.
Axşam saatlarına yaxın yeni münasibət yarana bilər. Bu təmasların
inkişafı sizdən asılıdır.
Ailə üzvləri, qohumlar və yaxınlarınızla mehriban, səmimi olun.
Münaqişələrlə mübahisələrə əsla yol verməyin.
Xərçəng - yaranan situasiyanı nəzarətdə saxlayaraq yaranan
imkanlardan tələsmədən bəhrələnməyi bacarsanız gün uğurlu
keçəcək.
Hadisələrin məcrasını təxminləməyə çalışmayın. Məntiq, fikirlər,
intuisiya, təcrübə - sizə heç nə kömək etməyəcək.
Fəqət, ilk baxışdan dəlisov və düşünülməmiş təsir bağışlayan
addımınız şəraitin yaxşılığa doğru dəyişməsinin əsasını qoya
bilər.
Ən xırda detallarına qədər düşünülmüş plan isə tam əksinə, sizi
təəssüfləndirəcək.
Axşam saatlarına yaxın sizə deyilənlərə səbrlə qulaq asın. Həmin
sözlərlə razı olmasanız da, etiraz etməyə tələsməyin. Başqasının
mövqeyini qəbul etmək sizə yardım edə bilər.
Şir - bu gün ərzində çoxlu, məhsuldar və yaxşı çalışın. Gün
maraqlı, amma yorucu keçəcək. İşlər çox olsa da, enerjili və aktiv
olsanız, uğur əldə edəcəksiniz.
Ara sakitləşən kimi çox yorulduğunuzu, əldən düşdüyünüzü hiss
edəcəksiniz.
Ailə üzvləri, qohumlar və yaxınlarla münasibətlərlə rəvan davranmaq
sizinçün çətin olacaq. Əhvalınız pozulmasın.
Axşam saatlarında romantik görüş varsa, əsla yalan danışmayın.
Qız - hisslərinizə inanın. Bu gün işdə, təhsildə, şəxsi həyatda
hissiyat sizi bir sıra xoşagəlməz situasiyalardan xilas edə
bilər.
Gələcəklə bağlı planları qurarkən ehtiyatlı olun. Həyata
keçirilməsi ciddi səylər tələb edən planlardan uzaq durun.
İkinci dərəcəli təsir bağışlayan məsələlərdə irəliyə atılmayın,
sakit olun.
Bu gün ailənin maraqları ən önəmli obyektə çevriləcək və ona görə
də işiniz arta bilər.
Baş verənləri itki kimi qəbul etməyin.
Ulduzlar bu gün sizə kiçik hədiyyə hazırlayıblar.
Tərəzi - bu gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Yeni
köməkçilər və işə yardımçı ola biləcək adamları arayın.
İndiyədək birlikdə çalışdığınız insanlar bugünkü gərgin iş
qrafikindən şikayətlənə bilərlər.
Ona görə də enerji, əzm və qətiyyətlə işləyin.
İşi yarımçıq qoymayın.
Maliyyə məsələlərində bu gün problemlər olmayacaq. Eynən şəxsi
həyatda olduğu kimi.
Kiçik problemləri və anlaşılmazlıqları ürəyinizə salmayın.
Söz yox, bu gün problemlər də olacaq. Fəqət, ciddi narahatlığa bir
səbəb görünmür.
Əqrəb - bu gün işdə və evdə ünsiyyət zamanı ciddi problemlər yarana
bilər. Ən kiçik tənqidə, ən kiçik məsləhətə aqressiv reaksiya
verməyin. Zarafatlardan inciməyin, təhqirə və ya gücə əl
atmayın.
Belə davransanız, düşmən qazana bilərsiniz.
Ən yaxın bildiyiniz insanlarla ünsiyyət sizi sakitləşdirəcək.
Faydasız da olsa, maraqldı məşğuliyyət tapıb sinirlərinizi
rahatlayın.
Axşam saatlarında tələsmədən, telefon zənglərinə cavab vermədən,
sosial şəbəkələrdə vaxt keçirmədən ailə üzvləri ilə danışın.
Onlar heç olmasa, həftədə bir gün sizinlə rahat söhbət edə
bilsinlər.
Oxatan - bu gün hədsiz dərəcədə inadkar, qətiyyətli, əzmli olun.
Yalançı dostlar, işdə üzünüzə gülən adamlar, bədxahlarınızın
"məsləhət"lərinə qulaq asmayın. Sizi dilə tutaraq yolunuzdan
sapdırmağa çalışacaqlar.
Tələyə düşməyin.
Nə qədər çox çalışsanız, bir o qədər irəli gedəcəksiniz.
Bəxtinizi suçlamayın.
Ailədə aramla danışın, söhbətiniz rəvan olsun və belədə, böyüklər
də sizi diqqətlə dinləyəcəklər. Zamanın sınağından keçmiş romantik
münasibətlərdə problemlər yaranmayacaq.
Gənc ailələrdə isə münaqişələr ola bilər.
Oğlaq - ünsiyyət üçün əla gündür. Köhnə tanışlarla asanlıqla dil
tapacaq, yeni dostlar qazanacaqsınız.
Kiməsə rəğbətiniz yaranarsa, bu adamla təmasları təxirə
salmayın.
Yaramaz insanla nəyisə müzakirə etməyin.
Yaxın bildiyiniz insanla gələcəyi müzakirə edə bilərsiniz.
Yaradıcılığı sevən insanlar üçün yaxşı vaxtdır.
Axşam saatlarında klassik musiqi, ya da caz dinləsəniz, musiqi
duyumunuza yeni çalarlar əlavə edərsiniz.
Şəraitə qeyri-standart baxış tələb edən işlərdə passivlik, ətalət,
astagəllik göstərməyin.
Dolça - sakit, aram və təmkinli çalışmağı tələb edən işlərlə məşğul
olun. Kənardan sizə deyilənlərə qıcıqlanmayın. Heç bir səbəb
olmadan kobudluq etməyin, dəfələrlə müzakirə edilmiş məsələyə bir
daha qayıtmayın, üzücü və sonsuz suallarla yaxınlarınızı təbdən
çıxarmayın.
Cansıxıcı, yaramaz insanlardan yardım istəməyin, dəstək
gözləməyin.
Axşam saatlarında dostlarla görüşə bilərsiniz. Ötənlərlə bağlı
xatirələr sizə xoş əhval-ruhiyyə bəxş edə bilər.
Əyləncəyə ifrat rəğbət bəsləməyin.
Balıqlar - dəvət olunmuş yerə yollanmaq üçün yaxşı gündür. Səhər
saatlarından etibarən yorulmadan, usanmadan, bezmədən çalışın.
Nə qədər çox çalışsanız, maddi durumunuz bir o qədər yaxşı
olar.
Yaşanan anlardan həzz alın. Unutmayın ki, həyat bəzəkli lenti
olmasa da, hədiyyədir.
Qeyri-rəsmi şəraitdə mühüm məsələləri müzakirə edə bilərsiniz
Bəzi adamlar bu gün sizi sınağa çəkə bilərlər.
Ailədə anlaşılmazlıqlarla qarşılaşacaqsınız. Mübahisə etməyin,
yaxınlarınızın qəlblərini qırmayın.
Bu gün ətrafınızdakı insanlar emosional, incik, dəymə-düşər
olacaqlar.
Günün ikinci yarısında maraqlı ideyalar ola bilər.