Ulduz falı – Səfər və səyahət, dostlarla görüş üçün əlverişli vaxtdır
Qoç - İşiniz üçün faydalı ola biləcək informasiya və ya məlumat
axtarmağa başlayın. Məsləhətləşmə, toplantı, yazışma, işgüzar
tərəfdaşla görüş üçün əlverişli zamandır. Xəbərlər arasında sizi
narahat, nigaran edəcək məqam ola bilər.
Bəzi planlardan imtina edərək ehtiyat variantı reallaşdırmağa
başlayın.
Səfər və səyahət, dostlarla görüş üçün əlverişli vaxtdır.
Gərgin situasiyalarda sözdən işə keçin, nigarançılığı dağıdın,
suallarınıza birmənalı cavab alın.
Müəyyən illüziyalardan qurtulmağınız istisna deyil. Yeni məqsədlər
tapın.
Buğa - Çətin, mürəkkəb, gərgin gündür. Lakin bütün diqqətinizi işə
yönəldərək boş söhbətlərə və dedi-qodulara vaxt ayırmasınız, yaxşı
nəticələrə nail ola bilərsiniz.
İntrovert olmayın, fikirləriniz bitkin forma alsın, gələcəklə bağlı
planlar qurun. İşgüzar toplantılara qatılın, problemləri həll
etməyə çalışın, yazışmalarda diqqətli olun.
Uzaqda yaşayan insanlardan biri sizə sürpriz xəbər yollaya
bilər.
Ev işləri, ailə tədbirləri, alış-veriş üçün xeyirli vaxtdır. Lakin
bədxərc olmayın.
Əkizlər - Təlimata, qaydaya və düzənə riayət edin. Yaxın
ətrafınızdakı insanlarla münasibətlərdə müəyyən ağırlığa rəğmən,
hadisələrdən tam narazı qalmayın.
İndi situasiyada müsbət dəyişikliklər etmək imkanı var. Günün
maraqlarını nəzərə alın. Eyni zamanda perspektivi unutmayın,
danışıqlar aparın, faydalı ola biləcək detalları unutmayın.
Rəhbərliklə önəmli söhbət olmalıdırsa, qətiyyətli olun,
maraqlarınızı qoruyun. Səfər, birgə fəaliyyət, məlumatın təhlili,
tədbirlərə hazırlıq baxımından əlverişli gündür.
Tərəf-müqabillik münasibətləri çərçivəsində qarşılıqlı fəaliyyətin
çərçivələrini genişləndirməyin yollarını düşünmək olar.
Xərçəng - Yaşamınızda yeni intriqa peyda olur, gərginlik artır.
Bütün ziddiyyətlərin sülh yolu ilə həll olunacağını düşünməyin.
Sizi mübahisə və qəfil problemin aradan qaldırılmasına yönəlmiş
təcili iş gözləyir.
Əks tərəfdəki şəxs sizə qalib gəlmək üçün yasaq metod və çirkin
fəndlərdən istifadə edə bilər. Çətin olsa da, səbrli və soyuqqanlı
davranın, müdrik olun.
Təsir edə bilmədiyiniz şərtlərin təfərrüatları bəlli olacaq. Çətin
situasiyada güzəştə getməkdə qəbahət yoxdur. Qalmaqala meylli
insanlardan uzaqda durun.
Tək çalışmağınız məsləhətdir. Pozitiv dəyişikliklər tərəfdaşlar,
onların ideyaları və təşəbbüsləri ilə bağlı ola bilər.
Onların qərarları ilk əvvəldən əsl avantüra təsiri bağışlasa da,
etiraz etməyin.
Şir - Bəzi emosiyalarınızı pərdələyin, rasional davranın. Yaxın
ətrafınızdakı insanları müşahidə edin. Tərəfdaş və ya həmkarınızın
maraqları, problemlərini düşünsəniz, yaxşıdır.
İnandığınız insanın təşəbbüsünü qəbul edərək hadisələrin axın
məcrasına müdaxilə etməyin. Təkliflər və yeni imkanları nəzərdən
keçirməyə dəyər.
Münasibətlər etibarlı deyilsə, istənilən xırdalıq səbr kasasını
dolduracaq son damla təsiri bağışlaya bilər. Etibarlı və dayanıqlı
müstəvi aradığınız yerdə xəyanətlə qarşılaşa bilərsiniz.
Şəxsi və maddi maraqlarınıza bilavasitə təsir etməyəcək işlərlə
məşğul olsanız, daha yaxşıdır.
Qız - Yaxın ətrafınızdakı insanların maraqlarına və mənafelərinə
sayğı ilə yanaşın. Aqressiv və kobud davranmayın. Münaqişə
yaranarsa, onu dərhal həll etməyə çalışın.
Kollektiv fəaliyyətə üstünlük verin. Yaradıcılıq və romantik
hisslər müstəvisində irəliləyiş ola bilər. İş yerində qayda
yaradın. İşlərinizin çox olması sizdə stres yaratmasın.
Nevroz situsiya bəzi işlərin yarımçıq qalmasına səbəb ola bilər.
Yüksək enerji dalğasında müəyyən işi çox sürətlə görərək başa
vurmaq, həmin işə tərəfdaşı da cəlb etmək imkanı var.
İstənilən situasiya və şərtdən maksimum fayda əldə etməyin
yollarını düşünün.
Tərəzi - Yaxın ətrafınızdakı insanların hər biri öz "zirvə"sini
fəth etməyə çalışdığı vaxtda siz işlərinizi aramla, təmkinlə,
düşünülmüş şəkildə görün.
Tələsməyin, emosional olmayın. Bəzi gecikmələr və qarışıqlığa
rəğmən, işgüzar və digər maraqların sizi yaxınlaşdırdığı insnalarla
təmaslar ilginc olacaq.
Romantik münasibətlərdə bu gün məntiq az, iddialar və tələblər çox
olacaq. Gərgin anda ehtiyatlı və soyuqqanlı olun, münasibətləri
aydınlaşdırmağa çalışmayın.
Hisslərinizi özünüz gərə bilərsiniz. Amma təmkinli davransanız, bu
gün baş verənlər sabah sizə pis yuxu kimi gələcək. Müdrik davranış
yaxşı nəticələr verəcək.
Axşam saatlarını ev işlərinə, çətin problemin çözülməsinin başa
çatdırılmasına sərf edin.
Əyləncə və istirahəti təxirə salmaq olar.
Əqrəb - Səhər saatlarından etibarən çoxsaylı xəbərlər və təmaslar
olacaq. Dərindən həllini tələb edən situasiya yaranarsa, həmin
müstəvidə nizama və qaydaya nail olun.
Hadisələr istiqamətini və emosional fonunu dəyişsə də, mühüm
işlərin siyahısı dəyişməz qalır.
Axşam saatlarında önəmli xəbər alacaqsınız. O xəbər sizi yeni
informasiya aramağa vadar edəcək.
İşdəki perspektivləriniz, maddi durumunuz barədə düşünün. Hətta ən
cazibədar təklifə müsbət cavab verməyə tələsməyin.
Axşam saatlarında yaşam arealınızı bir qədər genişləndirin, maraqlı
yerdə istirahət etməyə çalışın.
Oxatan - qəfil hadisələrə hazır olun. Yeniliklər yaşanacaq.
Qətiyyətli və əzmli davranın, problem yaranarsa, onu dərhal çözməyə
başlayın.
Bütün işləri ideal görməyə çalışmayın. Başladığınız işi səliqəli
görün və səhih nəticəyə nail olun.
Prosesin özündən həzz alın. Çalışarkən başqalarının çoxsaylı
məsləhətlərinə qulaq asın, amma optimal hesab etdiyiniz variantdan
kənara çıxmayın.
Axşam saatlarında istirahət edin. İnternetdə vaxt keçirmək,
yazışmaq olar. Yeni filmə də baxa bilərsiniz.
Oğlaq - Hadisələr aktiv formalaşma mərhələsindədir. Kənarda qalaraq
müşahidəçi mövqeyi tutmayın, konkret nəticələrə can atın.
İşdə diqqətli olun, təlimatlara və intizama riayət edin.
Günün ikinci yarısına yaxın şərtlər planları dəyişə bilər.
Dəyişikliklər və yeniliklər fonunda özünüz üçün optimal perspektivi
müəyyənləşdirin.
Sabah başlayacağınız işə indidən hazırlıq görün. Heç bir önəmli
məqamı buraxmayın, mövqelərinizi gücləndirin.
Şəxsi münasibətlər müstəvisində qayğı, həssaslıq və diqqət tələb
olunur.
Hisslərdə gərginlik hiss olunursa, münasibətləri ayırd etməyə can
atmayın. Bu, münaqişəyə səbəb olacaq.
Dolça - Gərgin gündr. Diqqətli olun, maraqlarınızı müdafiə edin,
mənafelərinizi qoruyun. İşlərinizə və yaşamınıza müdaxilə cəhdləri
olacaq.
Kreativ bacarığınız yüksək səviyyədə olsun. Hərəkət və qərarlarınız
təmkinli, dəqiq olsun. Sürəkli gərginlik mürəkkəb situasiyalarda
enerji itkisinə səbəb ola bilər.
Ehtiyac olmadan risk etməyin. Situasiyanı dərhal normallaşdırmaq
gərəkdirsə, yaxınlarınızı və dostlarınızı, yaxud da ailə
üzvlərinizi yardıma çağırın.
Xeyli vaxtdan bəri reallaşdırmağa hazırlaşdığınız layihəni indi
gerçəkləşdirməyə başlayın. Unutmayın ki, köməkçiyə ehtiyacınız
var.
Mexanizm və avadanlıqla çalışanda, yolda, sükan arxasında ehtiyatlı
olun.
Münaqişəli vəziyyətdə ətrafdakı insanların maraqlarını qulaqardına
vurmayın.
Balıqlar - Planlar çoxdur, lakin görüləcək işlərin həcmini və
tapşırıqlarla tələblərin sayını müəyyənləşdirmək gərəkdir.
Ən mühüm işlə kifayətlənin. Fikriniz dağılmasın, bir işi yarımçıq
qoyub, başqa işə başlamayın. Tərəfdaşlarınız da fəaliyyət sahəsini
genişləndirməkdə qərarlıdırlar.
İşin böyük hissəsini onların görməsinə imkan yaradın. Dəstək verin,
amma özünüzü çox yormayın.
Günün ikinci yarısında işlərin çox olması yorğunluq, halsızlıq, iş
qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilər.
Əlavə işə başlasınız, yaxın günlərdə həddən artıq yorğun
dolaşacaqsınız. İş yerində və fikirlərinizdə qayda yaradın.
Yeni mövzuya impuls verilə bilər. Amma hələlik hər şey ideya
səviyyəsindədir. O ideyanın formalaşmasını gözləyin, tələsməyin