Ulduz falı – Stressdən qurtulmağa çalışın
Qoç - günün ilk yarısından etibarən dəqiq fəaliyyət planınızını
tərtib edin. İş qrafikinizi pozmayın. Vəzifə səlahiyyətlərinin
icrasına başdansovdu, laqeyd yanaşmayın. Dərman preparatları qəbul
etməlisinizsə, bunu unutmayın.
Günün ikinci yarısında yarımçıq işlərin hamısını başa vurun.
Tərəfdaş və şəriklər qarşısındakı öhdəliklərlə vədlərinizi
unutmayın. Axşam saatları yaxınlarınızdan biri ilə ciddi söhbət
üçün əlverişlidir.
Stressdən qurtulmağa çalışın.
Buğa - problemlərin həllinə yaradıcı yanaşın. İctmai işlərdə fayda
var. Uzun müddətdən bəri başa vurmağa çalışdığınız iş bəhrəsini
verəcək.
Günün ikinci yarısında situasiya kəskin dəyişəcək. Problemlərin
sayı arta bilər. Diqqətli və sayıq olun. Zərurət yaranarsa,
planlara sürətlə, təcili dəyişikliklər edin.
Axşam saatlarında məişət qayğıları və problemlər vaxtınızı alacaq.
Yaxınlarınızın əsəbləri ilə oynamayın.
Əkizlər - qayğıların və problemlərin sayının sürətlə artacağı
gündür. Səhər saatlarından etibarən diqqətli olun. Qüvvə və
resurslarınızı boş, mənasız işlərə sərf etməyin. Əvvəlcədən
planlaşdırılmış sürətlə, bəlirlənmiş istiqamətdə hərəkət edin.
Günün ikinci yarısında iradə və qətiyyət bəhrəsini verəcək. İşdə
rəhbərlik təşəbbüslərinizi dəyərləndirəcək. Sevdiyiniz, can
atdığınız işlə axşam saatlarında məşğul ola bilərsiniz. Ailə
üzvləri ilə birlikdə dincəlin.
Xərçəng - həddən artıq çalışaraq özünüzü yormayın. İfrat yorğunluq
fəsadlıdır. İşgüzar görüş, danışıqlar, müzakirələr üçün günün ilk
yarısı məsləhətli zamandır
Alış-verişdə bədxərclik etməyin.
Günün ikinci yarısında ailə üzvləri, qohumlarla qayğıkeş, diqqətli
olun. Onlardan uzaq durmayın. Axşam saatlarını birlikdə
keçirin.
Şir - peşəkar fəaliyyətiniz və şəxsi həyatınızla bağlı ən ağır
problemləri həll edə bilərsiniz. Yalnız irəliyə baxın, rəqibləri
geridə qoyun. Mürəkkəb, xoşagəlməz, amma həllini təcili tələb edən
məsələləri dərhal çözün.
Günün ikinci yarısında ağır işin öhdəsindən birgə fəaliyyətlə gələ
bilərsiniz. Aramla çalışın, qüvvənizə və potensialınıza qənaət
edin. Axşam saatlarında stressdən qurtulmağa çalışın.
İradəli, qətiyyətli olun. Əsla geri çəkilməyin.
Qız - izafi zərurət yaranmasa, planlarınızda köklü dəyişikliklər
etməyə can atmayın. İşlərinizi nizamlayın, yaxın ətrafınızdakı
insanlarla qarşılıqlı fəaliyyətə can atın.
Günün ikinci yarısında vurnuxmalar sizi qarşınıza qoyduğunuz
məqsəddən ayırmasın. Yeni ideyaları dərhal həyata keçirməyə
çalışmayın. Tələsməyin, atacağınız addımları yaxşı götür-qoy
edin.
Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin.
Axşam saatlarında stressdən qurtulmağa çalışın.
Tərəzi - günün ilk yarısında peşəkar fəaliyyətinizdə aktiv olun.
Qarşınıza qoyduğunuz məqsədə doğru aktiv hərəkət edin. Kiçik
problemlərə və maneələrə fikir verməyin. Enerjili davranın, yaxın
ətrafınızdakı insanları arxanızca aparın.
Günün ikinci yarısında xidməti öhdəliklərin və tapşırıqların
öhdəsindən gəlin. Səhhətinizə fikir verin. İdmanla məşğul olun.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - təhlükəsizliyinizə və işinizin səlis yerinə yetirilməsinə
fikir verin. Hadisələrin bir qismini nəzarətdə saxlayın. Məntiqli
olun, soyuqqanlı və təmkinli davranın.
Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə
reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı
yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın.
Səhhətinizlə bağlı problem riski var.
Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin "zəif
həlqə"sini nəzarətdə saxlayın.
Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın.
Oxatan - çoxdan bəri yığılıb qalmış iddialar və tələblər bu gün
aşkarlana bilər. Ünsiyyətdə normal inetsivliyi qoruyaraq səmimi və
gülərüz qalmaq çətindir.
İşinizi yerinə yetirin, tapşırıqları və öhdəlikləri unutmayın. Yeni
işə və ya layihəyə başlamayın. Təmkinli, soyuqqanlı davranın.
Qəfil xəbər və ya təxribatların yaratdığı emosiyaya uyaraq dərhal
reaksiya verərək düşünülməmiş addımlar atmayın.
Yeniliklər yeni imkanlar yaradır.
Oğlaq - perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı
gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf
etməyin. Cari işlərə yetərincə vaxt ayırın.
Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.
Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur.
Axşam saatlarını özünüzə həsr edin.
Dolça - tələskənliyə qapılmayın. Kəmhövsələlik, səbirsizlik ağır
fəsadlı yanlışlıqlarla bitə bilər. Seçdiyiniz yoldan sapmayın.
Qarşınıza qoyduğunuz məqsədə tez çatmaq istəsəniz də, hadisələri
tələsdirməyin. Hər şey öz axarında olmalıdır.
Günün ikini yarısında sınaqlardan üzüağ çıxmağa can atın. Tərəfdaş
və şəriklərin təkliflərini praqmatikcəsinə dəyərləndirin.
Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar - təcrübəli həmkar və tərəfdaşların mövqelərini nəzərə
alın. Yaşlı insanların məsləhətlərini qulaqardına vurmayın. Məşğul
olduğunuhz məsələ ilə bağlı sizdən daha çox informasiyaya malik
şəxsləri səbrlə dinləyin.
Günün ikinci yarısında qarşı tərəfin fikri sizin mövqelərinizdən
köklü şəkildə fərqlənsə də, səbrli və soyuqqanlı olun. Sayğılı
davranın. Maliyyə, hüquqi, əmlak məsələlərinin qaydaya salınması
üçün yaxşı zamandır.
Yaxınlarınızla danışanda ifrat tənqidə varmayın, kobud sözlər
söyləməyin