Ulduz falı – Laqeyd olmayın
Qoç - ədalət və haqların təminatı ilə bağlı problemlər ön plana
keçəcək. İddialarınızla bağlı məqamları həll edin. Qohumlar,
dostlar arasında mübahisələr olacaq.
Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamayın.
Günün ikinci yarısında müzakirə zamanı hədsiz emosionallıq
əlaqələrin kəsilməsinə səbəb olmamalıdır. Aqressiv, kobud
olmayın.
Önəmli saydığınız məqamı danışıqlar yolu ilə çözə bilmirsinizsə,
müzakirələri dayandırın. Məşğul olduğunuz işin təfərrüatlarına
fikir verin, detalları nəzərdən qaçırmayın.
Buğa - böyük həcmli işlərə hazır olun. Günün ilk yarısından
etibarən, çox yəqin ki, bir məsələnin həlli ilə məşğul olmaq
gərəkdir. İkinci dərəcəli işləri təxirə salın. Yollarda xüsusilə
diqqətli olun.
Günün ikinci yarısında qəza vəziyyəti yaratmayın. Çalışdığınız
sahədə qərarları təcili, təxirəsalınmaz şəkildə verin.
Ailə üzvlərindən birinin problemi var. Həmin problemin çözülməsi
çox vaxt apara bilər. Laqeyd olmayın.
Əkizlər - günün ilk yarısında hər şey yaxşıdır. Narahatlıq və
nigaranlıq üçün heç bir səbəb yoxdur. Nəzərdə tutduğunuz layihəni
reallaşdırmaq gözlədiyinizdən də asandır. Dostlar sizə yardım
edəcəklər. Onlar problemlərin həllinin yeni variantını təklif
edəcəklər. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir.
Təxəyyülə qapılmayın, illüziyalara aldanmayın. Yaşanan olayları
bədbin çalarlarda görməyin. Nikbin olun. Problemlərin həllində
yaradıcı olun.
Axşam saatlarını əyləncəyə həsr edə bilərsiniz.
Xərçəng - mürəkkəb, qarışıq gündür. İntellektual yük fiziki işlərlə
müşayiət olunacaq. Ciddi emosional sarsıntı istisna deyil.
Diskomfort vəziyyətdə ruhdan düşməyin.
Günün ikinci yarısında maliyyə vəsaitinizin qədrini bilin. Biznes,
karyera ilə bağlı önəmli qərarları verəndə tələsməyin. Alış-verişdə
bədxərclik etməyin.
Məişət zəminində qarşıdurmaya, münaqişəyə ehtiyac yoxdur. Təmkinli
davranın.
Şir - günün ilk yarısında çətinliklər az olmayacaq. Qarşınıza
qoyduğunuz məqsəddən imtina etməyin. Hədəfə sürətlə çatmağı
ağlınızdan da keçirməyin. Qətiyyətli və iradəli olun, əzmkar
davranın. İşin müqabilində əldə edəcəyiniz mükafat pis olmayacaq.
Yaşlı qohumlarla ünsiyyətdə fayda var.
Kömək üçün müraciət edən insana yardım edin. Təcrübənizi
bölüşməkdən çəkinməyin.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etməyə başlayın.
İşgüzar intuisiyanız sizi yanıltmayacaq. Səfər və ya səyahət pis
alınmayacaq. Evdən uzaqda yeni təəssüratlar istisna deyil.
Qız - yaxın gələcəkdəki perspektik işlərin bünövrəsini bu gün
qoymaq gərəkdir. Keçdiyiniz yola nəzər salın, səhvlərin
təkrarlanmaması üçün zəruri addımlar atın. Ənənəvi məşğuliyyəti
yeniləmək, fərqli sahələrdə sınaq keçirmək olar.
Günün ikinci yarısında maraqlandığınız insan barədə az da olsa,
məlumatlar əldə etməyə can atın. Belə kiçik eksperiment belə,
dəyişikliklərə hazırlıq səviyyəsinizi aşkarlayacaq.
Yaxınlarınız sizə dəstək verəcəklər. Depressiyaya qapılmayın,
ruhdan düşməyin.
Tərəzi - resurslarınızı olduğundan artıq qiymətləndirməyin. Can
atdığınız məqsədə maksimal sürətlə irəliləmək üçün gərəkli
variantlardan praqmatikcəsinə yararlanın. Əsas diqqəti aktual
işlərin görülməsinə yönəldin. Bu işlərin nəticəsi prosesə təsir
edir.
Günün ikinci yarısında eyni vaxtda bir neçə iş görməyin. Belədə
diqqətsizlik və ehtiyatsızlıq ucbatından yanıla bilərsiniz.
Axşam saatlarını ailə üzvlərinə ayırın. Səmimi, qayğıkeş olun.
Əqrəb - yaxşı, rəvan, asudə gündür. İşdə həmkarlar və rəhbərliklə
fikir ayrılıqları ola bilər. Cari işlərin, rutin proseslərin ciddi
müdaxiləyə ehtiyacı yoxdur.
Günün ikinci yarısında təşəbbüslərinizi yaxın ətrafınızdakı
insanlar sizi anlamayacaqlar. Əməyiniz yetərincə
dəyərləndirilməyəcək. Dəyər verdiyiniz insanla əlaqələri
sərinlətməyin.
Kiçik anlaşılmazlıqlar böyük mübahisələrə səbəb olmamalıdır.
Oxatan - səhər saatlarından etibatən tərəfdaşınızla problemlər
yaratmayın. Həmkarlarla, şəriklərlə rəvan, normal münasibətlər
qurun. Mübahisələri və fikir ayrılıqlarını qarşılıqlı anlaşma yolu
ilə həll etməyə çalışın.
Günün ikinci yarısında əvvəlki anlaşmalar və müqavilələrin
pozulması istisna deyil. Nə isə deməzdən əvvəl yaxşı fikirləşin.
Düşünüb-daşınmadan qəti qərar verməyin. Bəzi məsələlərin həllini
ertələyin.
Axşam saatlarında diqqətli olun.
Oğlaq - çalışdığınız sahədə problemlər yaradacaq. Dəyər verdiyiniz
insanlardan biri ilə fikir ayrılığı, mübahisə istisna deyil.
Təmkinli, soyuqqanlı olun. Emosiyaların köləsinə çevrilməyin.
Günün ikinci yarısında, onsuz da, çətin vəziyyəti daha da
ağırlaşdırmayın. Stress və gərginlikdən qurtulmaq üçün diqqətinizi
işə yönəldin. Müzakirə olunan məsələlərdə ortaq məxrəcin əldə
olunması üçün müəyyən güzəştlərə ehtiyac var.
Axşam saatlarında evdəki vəziyyət normallaşacaq.
Dolça - kiçik, amma cansıxıcı işlər az olmayacaq. Məişət
qayğılarının sayı çoxdur. Qüvvə və potensialınızı yanlış
dəyənləndirməyin ki, sonradan səhvlərin nəticələrini aradan
qaldırmaq zərurəti ilə üzləşməyəsiniz.
Günün ikinci yarısında resurs qıtlığı, yorğunluq yeni işə başlamağa
mane ola bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə maneələr
yaratmağa çalışır. Beləsinin cəhdlərini dezavuasiya edin.
Təcrübəsiz, amma lovğa və təkkəbbürlü insanların "məsləhət"lərinə
inanmayın. Yaltaqlardan uzaq durun.
Balıqlar - günün ilk yarısından etibarən proseslər gərgin və
qarışıq olacaq. Çətinlikləri ənənəvi, adət etdiyiniz vasitələrlə
həll etmək asan deyil. Bəzi mühüm məsələləri təxirə salmadan,
dərhal çözmək gərəkdir. Maneələri dəf etmək üçün çox vaxt
yoxdur.
Günün ikinci yarısında avadanlıq və texnikada problemlər yarana
bilər. Yaxın ətrafınızdakı insanların sərt iradlarına, tənqidlərinə
aqressiv reaksiya verməyin. Axşam saatlarında normal istirahət
etməyə çalışın.