Ulduz falı – Ailəli “Əkizlər” üçün məhsuldar gündür
Qoç
Gün pozitiv emosiyalarla zəngindir. Ehtimal ki, yaxınlarınızla
bağlı xoş xəbər alacaqsınız. Ailə-məişət problemlərinin öhdəsindən
uğurla gələcəksiniz. Yüksək məbləğli pul, yaxud da qiymətli hədiyyə
alacağınız da gözlənilir. Günün ikinci yarısını evdə keçirməyiniz
məsləhətdir.
Buğa
Bu gün diqqəti öz üzərinizə yönəldəcəksiniz, amma bu, heç də
xoşagələn hal olmayacaq. Ən pisi də odur ki, bugünkü büdrəmələriniz
sizin üçün əziz olan şəxslərin diqqətini çəkəcək. Potensial
partnyorlarla danışıqlar üçün də münasib gün deyil.
Əkizlər
Gün sizdə maraq oyadan istənilən işlə məşğul olmaq üçün
əlverişlidir. Yaradıcılıqda uğur qazanmaq ehtimalı da var. Həyata
orijinal baxışlarınızla ətrafdakıların diqqətini cəlb edəcəksiniz.
Ailəli “Əkizlər” üçün məhsuldar gündür.
Xərçəng
Özünüzdən çox razısınız. Bir sıra problemləri həll edəcəksiniz.
Mötəbər şəxslərlə ünsiyyət üçün münasib gündür. Romantik
münasibətin əsasını qoyacaqsınız. Nikah bağlamaq üçün əlverişli
gündür.
Şir
Uğursuzluqlar sizin gözləmədiyiniz məkan və zamanda izhar olur.
Buna baxmayaraq, siz tez təslim olmursunuz və istədiyinizə nail
olursunuz. Sadəcə, ehtiyatlı olmağınız yetər.
Qız
Gələcəyinizə təsir edə biləcək birilə vacib məsələlərin müzakirəsi
məsləhət deyil. Şərikli iş layihələrində problemlər çıxacaq. Yaxın
ətrafınız da sizi anlamayacaq. Xoşbəxtlikdən yumor hissinizin
olması və nikbinliyiniz istənilən situasiyadan çıxmaq üçün dadınıza
yetəcək.
Tərəzi
Bu gün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Yaxşı
olar ki, əvvəl başladığınız işləri tamamlayasınız. Bşgüzar
danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı var.
Əqrəb
Fantaziya tələb edən işlə məşğul olmaq üçün məhsuldar gündür.
Nəzərə alın ki, bugünkü işgüzarlıq münasibətləri asanlıqla
dostluq-məhəbbət donu geyə bilər. Yaxın ətrafınızla münasibətlərə
gəlincə, burada siz güzəştə getməyi sevmirsiniz.
Oxatan
Ətrafdakılarla dil tapmaq asan olacaq. Aktual mövzuların müzakirəsi
üçün bundan istifadə etmək olar. Intuisiyanız o qədər güclüdür ki,
günün hadisələrinin hansı istiqamətdə inkişaf edəcəyindən xəbərdar
olacaqsınız.
Oğlaq
Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edə
bilərsiniz. Yaxşı olar ki, özünüzdə imic dəyişikliyi edəsiniz.
Bürcün nümayəndələri macəra axtarışındadır və buna nail olacaqlar.
Yaxşı imkana sahib olacaqsınız.
Dolça
Şəxsi həyatınızla bağlı, həmçinin işdə tamamlanması lazım olan
məsələlərə köklənin. Əhəmiyyətli qərarları sabaha buraxın. Olduqca
nikbin təsirlər altında və fürsətlərlə dolu bir gün yaşayacaqsınız.
Bu günü dəyərləndirin.
Balıqlar
Sürətli hərəkət etmək bacarığınızla bir çox işlərinizi tamamlaya
bilərsiniz. Bilmək istədikləriniz çoxdur. Bunu zamanın ixtiyarına
buraxın. Həyata baxışınız nikbin olacaq. Bu gün məsuliyyətli
işlərdən qaçın.