Ulduz falı – Ruhdan düşməyin və tənbəl olmayın
Qoç
Görüş, danışıqlar, hansısa mühüm mövzu ətrafında müzakirələr üçün
uğurlu vaxtdır. Yaranan yeni imkanlardan istifadə edin. Rəqabət
kəskinləşəcək. Günün ikinci yarısında yeni işə başlamayın.
Buğa
Çətinliklər sizi yora bilər. Ruhdan düşməyin və tənbəl olmayın.
Səhhətinizin də qeydinə qalın. Diqqətli olun ki, ətrafınızda baş
verənləri qaçırmayasınız. Istirahətə vaxt ayırın.
Əkizlər
Təxribatlara uymayın, münaqişəyə qatılmayın. Bədxahlarınızdan biri
planlarınızı pozmağa cəhd göstərəcək. Yaxşı olar ki, dedi-qodulara
qatılmayasınız. Maliyyə məsələsinin həllini daha əlverişli vaxta
təxirə salın.
Xərçəng
Cari işlərlə məşğul olun. Səhhətinizə fikir verin. Bu gün və ya
yaxın perspektivdə konkret nəticə verə biləcək işlərlə məşğul olun.
Axşam saatlarında dostlarla görüşün. Şəxsi işlərinizlə, informasiya
axtarışı ilə məşğul olun.
Şir
Sizi anlayan, daim güzəştə gedən insan qəflətən əks cəbhədə
duracaq. Yaxın ətrafınızdakı insanların istəklərini anlamağa
çalışın. Səmimi olsanız bu sizdə alınar. Mühüm görüşləri bu günlük
təxirə salın.
Qız
Bu gün düşünülməmiş addımlar atmayın. Bəziləri sizi təbdən
çıxarmağa çalışacaq. Yaşam tərinizdən narazılıq hisslərinə
qapılmayın. Görüləsi işləri bir qədər azaldın, axşam saatlarında
istirahət edin.
Tərəzi
Maliyyə işlərində sizi aldatmaq istəyən var. Bədxərclik etməyin.
Hər gün eyni işi görməkdən bezəcəksiniz, yaşam tərzinizdən narazı
qalacaqsınız. Yığılan gərginlik yorğunluq və stressə səbəb ola
bilər.
Əqrəb
Gərgin gündür. Bu gün yeni işə başlamayın. Fiziki iş, idmanla
məşğul olmaq olar. Ancaq ekstremal əyləncə seçməyin. Axşam
saatlarında dostlarla görüşmək olar.
Oxatan
Yalan vədlər toruna düşməyin. Günün ikinci yarısında qəfil görüş
istisna deyil. Axşam saatlarında problem yarana bilər. Gərginliyin
artdığı, səbrin azaldığı situasiyalarda təmkinli olun.
Oğlaq
Həmkar və tanışlarla ünsiyyətdə həssas olun, əsəblərinizə hakim
olun. Yaxşı bələd olmadığınız işə qatılmayın. Axşam saatlarında
nabələd yerə yollanmaqda risk var.
Dolça
Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin.
Ətrafınızdakı insanların istədikləri ilə hərəkət etməyin. Hər xırda
məsələyə görə səbirsiz olmayın, hövsələsizlik etməyin. Maliyyə
məsələlərində ehtiyatlı olun.
Balıqlar
Əlavə işə başlamaq olar. Axşam saatlarında istirahətə yollanın.
Alış-veriş üçün uğurlu gündür. Sakitlikdən həzz ala biləcəyiniz bir
gündür. Gələcəklə bağlı plan qurmazdan əvvəl nə istədiyinizi dəqiq
müəyyənləşdirin.