Ulduz falı – Boş vədlərə aldanmayın
Qoç
Boş vədlərə aldanmayın. Bu gün bilik və bacarıqlarınızı nümayiş
etdirməkdən utanmayın. Perspektivlərinizi genişləndirin. Günün
ikinci yarısında aktiv olun. Sabaha yarımçıq iş saxlamayın.
Buğa
Səbirli olun, kiçik və xırda məsələlərə görə kəmhövsələ olmayın.
Əks-cins mənsubu ilə ünsiyyətdə şəxsi məsələləri müzakirə etməyin.
Axşam saatlarında təbiət qoynunda, dostlarla birlikdə vaxt
keçirin.
Əkizlər
Əhvalınız dəyişkən ola bilər. Günün gedişi gördüyünüz işlərdən
asılıdır. Məqsədə çatmaq üçün vaxtdan maksimum istifadə edin.
Kommersiya işlərində uğurlu gündür. Romantik görüş əla keçəcək.
Xərçəng
Sevdiyiniz insanların qayğısına qalın, düşünülməmiş addımlar
atmayın. Məqsədə doğru dinamik hərəkət edin. Cari məsələlərlə bağlı
tələskənliyə yol verməyin. Axşam saatlarında zahiri görünüşünüzə
fikir verin.
Şir
Qətiyyətli və inamlı olun. Problemlərlə qarşılaşanda ruhdan
düşməyin, geri çəkilməyin. Hər addımı ölçüb-biçin, diqqətli
davranın. Şəxsi münasibətlərdə həssas olun. Ailə üzvlərinin
maraqlarını yaddan çıxarmayın.
Qız
Niyyətinizi hamıya açıqlamayın. Işlərinizə ciddi təsir edə biləcək
yeniliklər ola bilər. Dəvətli olduğunuz yerə gedin. Maraqlarınızı
bölüşən insanla söhbətləşin. Ev işləri üçün də əlverişli
gündür.
Tərəzi
Yaxınlarınızdan biri sizə maraqlı məsləhət verəcək. Bu gün
razılaşma əldə etmək çətindir. Romantik münasibətlərdə rəğbət və
diqqət məqamlarına riayət edin. Axşam saatlarında gözəl məkanda
dincəlməyə çalışın.
Əqrəb
Çətin qərarı təxirə salmayın. Diqqətiniz əsas işdə olsun, ikinci
dərəcəli məsələləri təxirə salın. Məntiqli olsanız, daha çox iş
görə bilərsiniz. Bu günlük ünsiyyətdə çox olmayın, yalnız zərurət
yarananda təmasda olun.
Oxatan
Səfər və ya ezamiyyət üçün uğurlu gündür. Yeni işə başlamaq olar.
Bu gün alış-veriş etmək olar. Problem və səhvlərə qapanmayın, çünki
maneələri dəf etmək mümkündür. Istirahəti unutmayın, əks təqdirdə
ertəsi günə yorğun başlayacaqsınız.
Oğlaq
Yaxın ətrafınızdakı insanlardan birindən yardım almaq
istəyirsinizsə, məsləhətləri qulaqardına vurmayın. Əks təqdirdə
həmin insanın sizə olan marağı itəcək. Maraqlandığınız məsələ
praktiki xeyir verə bilər. Əks cinsin nümayəndələrinin diqqətində
olacaqsınız.
Dolça
Məhsuldar gündür. Enerji potensialı yüksək olduğundan problemlərin
və məsələlərin sürətli həllinə çalışın. Axşam saatlarını evdən
kənarda, dostlar və ya sevdiyiniz insanla keçirə bilərsiniz. Yeni
tanışlıq gözlənilir.
Balqlar
Narahat gündür. Sözlərinizə fikir verin. Ətrafınızdakı insanların
qəlbinə toxunmayın. Şəxsi münasibətlər müstəvisində birgə planların
müzakirəsi üçün əlverişli zamandır. Səfər və ya səyahətə çıxmaq
olar.