Ulduz falı – Dostlar və qohumlarla ünsiyyət üçün əlverişli gündür
Qoç
Buraxdığınız səhvlərin nəticələrini aradan qaldırmaq çətindir. Bu
gün qərar qəbul etmək asan olmayacaq. Ulduzların fikrincə, günün
ikinci yarısı daha uğurlu olacaq. Bütün diqqətinizi məşğul
olduğunuz işə yönəldin. Dostlar və qohumlarla ünsiyyət üçün
əlverişli gündür.
Buğa
Yeni işə və ya layihəyə başlamaq olar. Yetər ki, buna səy
göstərəsiniz. Ağır fiziki iş istisna deyil. Təmir və ya tikintiyə
başlamaq olar. Maraqlı tanışlıqlar istisna deyil. Amma yaxşı
tanımadığınız insana etibar etməyin.
Əkizlər
Səhər saatlarında yaranan problemi günün ikinci yarısında həll
edəcəksiniz. Sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə
edərək suallara cavab tapacaqsınız. Zədə və travma riski olduğundan
fiziki işdən imtina edin.
Xərçəng
Qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Əsas məsələ
hisslərinizi nəzarətdə saxlamaqdır. Yeni tanışlıqlar üçün əlverişli
gündür. Ciddi, planlaşdırılmamış məsrəflər ola bilər.
Şir
Hansısa addımı atmazdan əvvəl dərindən düşünün. Şəxsi
münasibətlərdə tələsməyin. Tələsik və düşünülməmiş qərarlar pis
nəticə verə bilər. Şərikli maliyyə məsələlərində münaqişə də
istisna deyil. Günün ikinci yarısında səhhətinizə fikir verin.
Qız
Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin. Sözünüzün
üstündə durun. Sövdələşmə və gəlir əldə etməyə yönəlmiş işlər üçün
uğurlu gündür. Əks cinsin nümayəndələri ilə münasibətlər yaxşı
alınacaq.
Tərəzi
Əhval-ruhiyyəniz sabit qalmayacaq. Yaxın adamlarla fikir ayrılığı
yaranacaq. Yaxşı olar ki, münaqişəyə yol verməyəsiniz. Maliyyə və
əmlak məsələlərini həll edin. Işgüzar danışıqlar üçün uğurlu
gündür.
Əqrəb
Fiziki işdən həzz alacaqsınız. Gəzinti, aktiv istirahət, idmanla
məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər. Münaqişələrə yol
verməyin, yaxın ətrafınızdakı insanların mövqelərini və hisslərini
nəzərə alın.
Oxatan
Problemləriniz ola bilər, amma buna görə ruhdan düşməyin. Gec-tez
istəyinizə çatacaqsınız. Həmin uğurlu günün nə zaman olacağı yalnız
sizin səyinizdən asılıdır. Ailədə hüzur sizdən asılıdır.
Səmimiyyətiniz minnətdarlıqla qarşılanacaq.
Oğlaq
Yaxın ətrafınızdakıların tənqidlərinə çox sərt reaksiya verməyin.
Incikliyin real səbəbini bilmədən reaksiyanızı nümayiş etdirməyin.
Sonradan peşman ola bilərsiniz. Uzaq səfərlərə yollanmaq məsləhət
deyil. Axşam saatlarında ehtiyatlı olun.
Dolça
Bu gün əhvalınız yaxşı olacaq. Yaxın ətrafınızdakı insanlar da sizə
baxaraq əhvalları yüksələcək. Gözlənilməz görüşlər istisna deyil.
Onlardan biri yeni münasibətlərin əsasını qoyacaq. Ailə işlərinin
həlli üçün əlverişli gündür.
Balıqlar
Bu günə qəfil təkliflər istisna deyil. Yeni tanışlıqlar gözlənilir.
Gəzinti üçün əlverişli gündür. Günün ikinci yarısında səhhətdə
problemlər yarana bilər. Xroniki problemin fəsadlarının üzə çıxması
istisna deyil.