Ulduz falı – Hər deyilən sözə inanmayın
Qoç - qətiyyətli və əzmkar olun. Uğur əldə edəcəksiniz. Situasiya
sərfəlidir, bundan yararlanın. Əldə etdiyiniz informasiya minimum
səviyyədə olsa belə, səhih taktika hazırlayın. Az sonra həyata
keçirə biləcəyiniz planlar qurun. Sövdələşmə və anlaşmalar gəlir
gətirəcək.
Günün ikinci yarısında dəyərli hədiyyə almağınız istisna deyil.
Dəvət aldığınız tədbirlərə qatılın. Diqqət mərkəzində olacaq,
təriflər eşidəcəksiniz.
Hər deyilən sözə inanmayın.
Buğa - səmimiyyət, qayğıkeşlik və ünsiyyətdə rahatlıq sizə yeni
dostlar, müttəfiqlər tapmağa imkan verəcək. Lakin unutmayın ki, bu
gün başlayacaq münasibət ciddi olmayacaq.
İnsanlar barədə tələsik, səthi fikir yürütməyin. Belə davranış
sonrakı pərişanlığa səbəb ola bilər.
Günün ikinci yarısı tamamilə yeni işdə və ya istiqamətdə qüvvənizi
sınaya bilərsiniz. Seçimi müstəqil edin. Kiminsə manipulyasiyasının
qurbanı olub şirin vədlərə aldansanız, marionetkaya çevrilə
bilərsiniz.
Əkizlər - bədxahlarınız və rəqiblərinizə sizi üstələmələrinə imkan
verməyin. Onlar anlamalıdırlar ki, bu gün yolunuzu kəssələr,
cəhdləri baha başa gələ bilər. Asanlıqla yeni müttəfiq tapa
bilərsiniz. Formalaşan situasiyadan öz xeyrinizə istifadə edin.
İntriqa və manipulyasiyalara əl atmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniyaya can atın.
Narahat olmayın, nigaran qalmayın.
Sevdiyiniz insanla söhbətdə həssas olun.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - işlərinizi kiminsə görəcəyini və ya təmənnasız yardım
edəcəyini düşünməyin. Yarımçıq işləri tamamlayın. Günün ilk yarısı
peşəkar fəaliyyət müstəvisində irəliləyiş üçün effektivdir.
Çətin problemləri həll etmək üçün aktiv olun.
Günün ikinci yarısı qarışıq, laübəli olacaq. Düşünülməmiş addımlar
atmayın. Yaxın ətrafınızdakı adamlardan bir neçəsinə güvənə
bilərsiniz. Qəfil, amma xoş vizitlər olacaq. İmprovizələr,
yaradıcılıq eksperimentləri üçün yaxşı zamandır.
Axşam saatlarında emosiyalara qapılmayın.
Şir - günün ilk yarısı çox xoş olacaq. Sizi qəfil uğurlar, xoş
sürprizlər gözləyir. Son vaxtlar sizi narahat edən problemləri
sürətlə həll edə bilərsiniz. İşgüzar fəaliyyət baxımından o qədər
də yaxşı deyil. Amma uzunmüddətli planlar qurmaq olar.
Yaranmış şansı dəyərləndirin.
Günün ikinci yarısında yeni layihəni reallaşdırmaq istiqamətində
ilk addımlarınızı atın. Tələsin, əks təqdirdə gecikə bilərsiniz və
rəqibləriniz sizi üstələyər.
Axşam saatlarına yaxın alış-verişdə çox pul xərcləməyin.
Normal istirahət etməyə çalışın.
Qız - özünüzə inamınız sonsuz olsun. Bunun üçün səbəblər var. Günün
ilk yarısında qətiyyətli və cəsarətli olsanız önəmli uğurlara nail
olacaqsınız. Çox güclü rəqiblə mübarizəyə başlamaqdan
çəkinməyin.
İşdə rəhbərliklə fikir ayrılığı, ixtilaflar yarana bilər.
Günün ikinci yarısında yaşlı qohumlardan biri sizi anlamayacaq.
Kimsənin xətrinə dəymədən haqlı olduğunuzu sübut edin.
Ev işlərini qulaqardına vurmayın. Həmin işlər maraqsız təsir
bağışlasa da, ciddi münasibət tələb edir. Məişət texnikası sıradan
çıxa bilər. Təmiri birmənalı şəkildə istisna etməyin.
Axşam saatları səfər və ya səyahət üçün yararlıdır. Amma yola
təkbaşına çıxmayın.
Tərəzi - günün ilkin yarısında maliyyə işlərində uğurlar ola bilər.
Anlaşma və sövdələşmələr uğur vəd edə bilər. Tərəfdaşlar, müttəfiq
və şəriklərlə danışıqlar pis keçməyəcək. Nüfuzlu insanlarla
söhbətlərdə diqqətli olun.
Yeni tanışlar sizi zahiri görkəminizə görə dəyərləndirəcəklər.
Günün ikinci yarısında ekstravaqant addımlar atmayın. Yaxın
adamınız sizi qəfil xəbərlə sevindirəcək. Planlarınızda
dəyişikliklər labüddür. Qıcıqlanmayın, aqressiv davranmayın.
Axşam saatları etiraflar üçün münasibdir.
Əqrəb - gün maraqlı tanışlıqlar vəd edir. Diqqətə layiq insanlarla
təmaslarda maksimum dərəcədə sayıq, həssas olun. İşgüzar fəaliyyət
və maliyyə məsələlərilə bağlı müzakirələri qeyri-formal şəraitdə
keçirmək olar. Kommersiya fəaliyyəti gəlir gətirəcək.
Günün ikinci yarısında köhnə tanışlarla əlaqə saxlayın. Faydalı
məlumat, maraqlı təklif və yaxşı xəbər ala bilərsiniz. Axşam
saatlarında alış-verişə çıxa bilərsiniz. Aktiv, gümrah olun.
Oxatan - görüləsi işlərə qeyri-ciddi yanaşmayın. Məsuliyyətli olun.
Çətin, mürəkkəb məsələlərin həllində diqqətli olun. Əvvəl yol
verdiyiniz səhvləri təkrarlamayın. Bilik və ya bacarıqlarınızı
nümayiş etdirin. Yaradıcılıq potensialınızı reallaşdırın.
Günün ikinci yarısında mənasız nigaranlığa qapılmayın. Heç bir
səbəb olmadan narahat olmayın.
Ətrafınızdakı insanlarla münasibətlərinizin durumunu dəyərləndirin.
İrəliləyişinizə mane olan, sizdə yalnız mənfi emosiyalar yaradan
münasibətlərdən, əlaqələrdən qurtulun. Yaşlı qohumlarla
məsləhətləşin. Onlar sizə yardım edəcəklər.
Oğlaq - əhatənizdəki insanlarla fikir ayrılıqları və ixtilaflar
ciddiləşəcək. Bağlı olduğunuz adamla münasibətlərdə problemlər
yaratmayın. Öz mövqeyinizdən savayı hamının fikirlərini yanlış
hesab etsəniz, sürəkli neqativ reaksiya ilə qarşılaşacaqsınız.
Əvvəllər əldə olunmuş anlaşma və müqavilələrin pozulması mümkündür.
Planlarınızı sürətlə dəyişməyə hazır olun.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun.
Dostlardan və tanışlarınızdan borc almayın. Banklara, kredit
təşkilatlarına müraciət etməyin. Ailə büdcəsinə yenidən baxın.
Xərclərinizi əhəmiyyətli dərəcədə azaldın.
Dolça - günün ilk yarısı o qədər də yaxşı olmayacaq. Buna rəğmən
zamanın üstün cəhətləri də var. Çoxdan bəri görmədiyiniz insanlarla
görüş üçün münasib zamandır. Uzun sürən ayrılıqdan sonra dil tapmaq
çətin deyil. Maliyyə fonu yaxşıdır. Gəlirlər istisna deyil.
Günün ikinci yarısında dəyər verdiyiniz insan və ya münasibətlərlə
bağlı xoş xəbər alacaqsınız. Yaxın gələcəklə bağlı yeni planlar
qurmaq, yaşamınızda nəyisə dəyişmək ola bilər. Köç və ya iş yerini
dəyişməklə bağlı düşünmək olar.
Yaşam potensialınızın səviyyəsi yüksəkdir.
Balıqlar - günün ilk yarısında çox ehtiyatlı olun. Uzun müddətlən
dəri, səylə qurduğunuz konstruksiya dağıla bilər. Situasiya peşəkar
fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərə də təsir
edəcək.
Mühüm qərarları tələsmədən qəbul edin. Yaxın ətrafınızdakı insanlar
sizi tələsdirsələr də, düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısında aldığınız informasiyaları sakit, soyuqqanlı
şəraitdə təhlil edin. Yeni məlumatlar və biliklər əldə olunması
üçün əlverişli zamandır.
Hansısa işlər tərs alınarsa, ruhdan düşməyin. Nə qədər paradoksal
olsa da, indiki uğursuzluqlar müəyyən müddət sonra böyük
nailiyyətlərin təməlinə çevriləcək.