Ulduz falı – Liderlik məziyyətlərinizi nümayiş etdirin
Qoç - nüfuzlu insanlarla təmaslar və yeni tanışlıqlar üçün
əlverişli zamandır. Təmkinli, səbrli və eyni zamanda həssas olun.
Yeni müttəfiqlərlə tanışları asanlıqla tapa bilərsiniz. Yaradıcılıq
üçün yaxşı zamandır.
Günün ikinci yarısında çoxdan aradığınız insan sizinlə əlaqə
saxlayacaq. Fəaliyyət arealında qayda yaradın. İş yerini dəyişmək
və ya köçlə bağlı fikirləri təxirə salın. Şəxsi həyatınızda ciddi
dəyişikliklər ehtimalı çox azdır. Ümumilikdə isə situasiya pis
deyil.
Buğa - günün vəd etdiyi çətinlikləri aradan qaldırmaq üçün əzmlə,
diqqətlə çalışmağınız gərəkdir. Yeni zirvələr fəth etmək üçün bütün
variantlardan, yaranmış şanslardan istifadə edin. Peşəkar fəaliyyət
müstəvisində dəyişikliklər istisna deyil.
Günün ikinci yarısında yarımçıq qalmış işləri başa vurun. Şəxsi
münasibətlərdə stabilliyə can atın. Avantüra arayırsınızsa, bir
qədər risk etmək olar. Yaxınlarınızın mənasız, hətta axmaq saydığı
əməllərin gerçək mahiyyətini, təbii ki, siz bilirsiniz. Münaqişə
aramayın.
Əkizlər - kiçik çətinliklər və anlaşılmazlıqlara rəğmən işlərin
öhdəsindən gəlməyə çalışın. Qərarlarınız tələsik olmasın.
Situasiyanı götür-qoy edəndən sonra müşahidə etdiyiniz təmayülləri
dəyərləndirin. Sağlam məntiqə əsaslanın. Belədə sizi məqsədə doğru
aparan yoldan çıxarmaq çox çətin olacaq.
Günün ikinci yarısında öz işlərinizi təxirə salaraq başqalarının
problemlərinin çözülməsi ilə məşğul olmayın.
Liderlik məziyyətlərinizi nümayiş etdirin.
Axşam saatları yaxınlarınızla ünsiyyət, birgə istirahət, əyləncə
üçün yararlıdır. Darıxmayacaqsınız. Alış-verişə çıxa
bilərsiniz.
Xərçəng - darıxdırıcı və ya yorucu işləri də yarımçıq qoymayın.
Etibarlı, sınanmış insanlarla çalışın. İşin ən ağır, yorucu
hissəsini onlara həvalə etmək olar.
Hesabatların tərtibi, biznes planlaşdırılması üçün münasib
zamandır. Rəqiblərin kommersiya fəaliyyətini təhlil edin. Düzgün
strategiya seçin.
Günün ikinci yarısında qiymətli hədiyyə və ya maraqlı təklif ala
bilərsiniz. Planlaşdırılmamış səfər, qəfil tanışlıq ola bilər.
Axşam saatları pozitiv emosiyalar vəd edir.
Şir - birgə fəaliyyət və əməkdaşlıq üçün fəna zaman deyil.
Tərəfdaşlarınızdan birinin müstəqil, nüfuzlu insan olmasında fayda
var. Uğur qazanmış insanlar sizi dəstəkləyəcəklər. Uğursuz və
zavallılar isə sürəkli tənqid edəcək, kölgənizi
qılınclayacaqlar.
Onların dediklərinə fikir verməyin.
Günün ikinci yarısı yeni layihə və ya işlə bağlı müzakirələr
zamanıdır. Şəxsi münasibətlər üçün neytral vaxtdır. Bu sahədə ciddi
dəyişikliklər ağlabatan deyil.
Belə olsun.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - ulduz olmağa, özünüzü məşhur adam qismində qələmə verməyə
çalışmayın. Uğurlarınız barədə çox danışmayın. Təvazökar olun,
səmimi davranın. Bəzi problemlərdən danışmağa dəyər. Peşəkar
fəaliyyət sahəsində yerinizdə saymayın, irəliləməyə çalışın.
Günün ikinci yarısı faydalı anlaşmalar və yaxşı sövdələşmələr vəd
edir. Şəxsi həyatınızda nə isə dəyişə bilər.
Axşam saatlarında əhvalınız pis olmayacaq. Enerji çatışmazlığı
aşkar hiss olunmasın deyə, özünüzə fikir verin. Səhhətinizin
qeydinə qalın.
Səfər, planlaşdırılmamış səyahət pis alınmayacaq.
Tərəzi - mübarizəyə qətiyyətlə atılın. Qələbə şansınız az deyil.
Qətiyyətli və əzmkar olsanız, rəqibləri üstələyəcəksiniz. Yeni işə
başlayırsınızsa, ən xırda məsələlərə, təfərrüatlara fikir verin.
Kiminsə rəğbətini qazanmaq fikriniz varsa, bilik və bacarıqlarınızı
nümayiş etdirin.
Günün ikinci yarısında əməlləriniz barədə çəkinmədən danışmayın. Ən
çətin işlərin öhdəsindən gələ bilərsiniz.
Axşam saatlarına yaxın ciddi fiziki işlərlə məşğul olmayın.
Mikrotravma və zədə ehtimalı var. Rahatlanın, bir qədər istirahət
edin.
Əqrəb - işgüzar görüşlər və danışıqlar üçün əlverişli zaman deyil.
Peşəkar fəaliyyət sahəsində nəyəsə nail olmaq fkiriniz varsa,
fürsəti fövtə verməyin. Şəxsi münasibətlərdəki durumu faciəyə
döndərməyin. Aldığınız məlumatlar qarışıq və laübəlidir. Dürüst
nəticəyə gəlmək asan deyil.
Kiçik uğursuzluqlar istisna deyil.
Günün ikinci yarısında planlarınızda dəyişikliklər edin. Onları
dəyişmiş situasiyaya uyğunlaşdırın.
Təmaslarda və əlaqələrdə həssas olun. Sizi tərifləyən,
şirnikləndirici vədlər verən insanlara inanmayın. Tənqidlərə
aqressiv reaksiya verməyin. Yaşlı qohumların və təcrübəli dostların
dediklərinə qulaq asın.
Oxatan - mühüm suallara cavab tapmağa çalışın. Bu gün əldə
edəcəyiniz məlumat heyrətamiz təsir bağışlayacaq. Bəzi məqamlar şok
effekti yarada bilər.
Yeni informasiyaların nə qədər faydalı olacağını az sonra
anlayacaqsınız.
Günün ikinci yarısında faydalı anlaşmalar mümkündür. Borc almaq,
kredit almaq olar.
Yaxın adamlarınızla münasibətləriniz birmənalı olmayacaq. Dəyər
verdiyiniz şəxslərlə qarşılıqlı anlaşmaya can atın.
Boş, dəyərsiz məsələlərə görə sevdiyiniz insanla təmasları
gərməyin. Münasibətləri aydınlaşdırmağa çalışmayın.
Oğlaq - günün ilk yarısı asan və rahat olacaq. Bir çox işlərə
başlayaraq maneələr hiss etmədən irəliləyə bilərsiniz. Yeni işə
başlamaq fikriniz varsa, start zamanını intuitiv olaraq hiss edin.
Müəyyən işləri başqalarına həvalə edərək qüvvə və zamandan optimal
yararlanmaq olar.
Nikbin olun.
İndiyədək sizdən uzaq durmağa çalışan insanlar günün ikinci
yarısında sizə can atacaqlar. Kommersiya fəaliyyəti, anlaşmalar və
sövdələşmələr üçün yararlı zamandır.
Emosional fon əlverişli deyil. Mənfi təmayüllərin təsiri
güclənəcək. Həddən artıq yorula bilərsiniz. Anlaşılmazlıq və
ixtilaflar sonradan ciddi münaqişələrə çevrilə bilər. Mənasız
söhbətlərə qatılmayın.
Dolça - mənasız risk və səbəbsiz nigaranlıqdan uzaq olsanız,
işlərinizdə ciddi irəliləyişlərə nail ola bilərsiniz. Əvvəlcədən
hazırlanmış plan üzrə hərəkət edin. Zərurət yaranarsa, improvizə
edin. Fəqət yaxın ətrafınızdakı insanları şoka salacaq,
təəccübləndirəcək əməllərə yol verməyin.
Günün ikinci yarısında yazılmamış qanunları və ənənələri pozmaq
məsləhət deyil.
Kiçik səfərlər, səyahət, yaşam və ya fəaliyyət arealında
dəyişikliklər üçün əlverişli zamandır. Hisslərinizi etiraf edin.
Sevdiyiniz insana sürprizi unutmayın. Qeyri-adi romantik etiraf
əhvalınızı yaxşılaşdıracaq.
Balıqlar - müsbət təmayüllərin təsiri artacaq. Əvvəlki günlərdə
yaranmış problemləri uğurla həll edə bilərsiniz. Yeni dostlar və
müttəfiqlər qazanacaqsınız. Qətiyyətli, məqsədyönlü şəkildə
çalışsanız, ciddi nailiyyətlərə doğru irəliləyəcəksiniz. Çətin
vəziyyətə düşsəniz, yaxın ətrafınızdakı insanlar sizə yardım
edəcəklər.