Ulduz falı - Çətinliyə düşmüş insana yardım edin
Qoç - çətinliklərdən xali olmayan zamandır. Mənfi təmayüllərin
təsiri artacaq. Kiçik anlaşılmazlıqlar, təsadüfi mübahisə
münaqişəyə səbəb ola bilər. İxtilaf yaranarsa, onun fəsadları ağır
olacaq, yaşamınıza pis təsir edəcək.
Nikbin olun, səmimi davranın. Yaxın ətrafınızdakı insanlarla
ünsiyyətdə qayğıkeş olun.
Çətinliyə düşmüş insana yardım edin.
Günün ikinci yarısında sizi sərt tənqid edən insanla aqressiv
davranmayın.
Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri artacaq.
Səyləriniz mükafatlandırılacaq. Ən sadə məsələlərin həlli xüsusi
səylər tələb edəcək.
Buğa - günün ilk yarısı əlverişlidir. Başladığınız işləri yarımçıq
qoymayın. Maraqlı saydığınız yeni işlərə başlaya bilərsiniz.
Müttəfiqlər və yardımçıların sayı az deyil. Onlar ideyalarınızı
dəstəkləyəcəklər. Bəzi fikirləri reallaşdırmaq olar.
Günün ikinci yarısında kiçik gəlirlər, xoş hədiyyələr istisna
deyil. Yaxşı heç nə gözləmədiyiniz insan sürpriz edəcək.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - rutin işlərin görülməsini cansıxıcı prosesə çevirməyin.
Cari məsələlərin həllini uzatmayın. Qərarlarınız və addımlarınız
həddən ziyadə ekstravaqant olmasın. Xarici görüşünüzə fikir verin.
Yaxın ətrafınızdakı insanlar sizə dəstək verəcəklər.
Günün ikinci yarısında yaradıcılıq imkanlarınızı nümayiş etdirin.
Olaylara münasibətiniz trivial olmasın.
Axşam saatlarına yaxın izafi diqqət sizi yoracaq. Özünüzə
qapılmayın. Soyuq və laqeyd davranışınız yaxınlarınızdan birinin
xətrinə dəyə bilər.
Ailə üzvlərinin əvvəlcədən hazırladıqları planları dəyişməyə can
atmayın. Ev işlərindən uzaq durmayın.
Xərçəng - eksperimentlər üçün pis zaman deyil. Yarımçıq qoyduğunuz
işi məntiqli şəkildə tamamlayın. Yaşanan hadisələrin məğzini
anlamağa, proseslərin məzmununu dərk etməyə səy göstərin.
Başladığınız işləri unutmayın
Rəğbət bəsləmədiyiniz insanlardan uzaq durun. Sizi sürəkli tənqid
edən şəxslərlə münaqişəyə başlamayın.
Günün ikinci yarısında tənqidlərə sərt reaksiya verməyin.
Axşam saatlarında səhhətinizdə problemlər yaranacaq. Lakin onlar
düşündüyünüz qədər ağır deyil. Əhvalınızı korlamayın. Qıcıqlı
olmayın, emosiyalarınıza nəzarət edin.
Şir - məşəqqətli gündür. Problemlər az deyil. Çətinliklərin
öhdəsindən uğurla gələ bilərsiniz. Amma sədlərin dəf edilməsi xeyli
vaxt və qüvvə tələb edəcək. Nəfəs dərməyə, istirahət etməyə vaxt
qalmayacaq. Yaxın ətrafınızdakı insanlar sizə çoxsaylı məsləhətlər
verirlər.
İşlərinizə müdaxilələrə imkan verməyin.
Günün ikinci yarısında yeni işə və ya layihəyə başlamaq məsləhət
deyil. Layihəyə start versəniz, yola çıxmaq, fiziki işlər görmək
gərəkdir. Axşam saatlarını evdə keçirmək daha yaxşı variant ola
bilərdi. Ən yaxın adamlarınızın yanında olun. Yaşam enerjinizi boş
məqamlar sərf etməyin.
Qız - bütün səylərinizə rəğmən problemlərdən qurtula
bilməyəcəksiniz. Durum yetərincə mürəkkəbdir. Maneəni
qeyri-standart yolla dəf edin. Trivial olmayan qərarlar qəbul edin.
Zərurət yaranarsa, kömək istəməkdən çəkinməyin.
İndiyədək dostyana inkişaf edən münasibətlərdən biri romantikləşə
bilər. Emosiyalara qapılmayın.
Axşam saatlarına yaxın xroniki ağrıların kəskinləşməsi istisna
deyil. Qidanıza, yeməyinizə fikir verin.
Gəzintiyə çıxın. İdman edə bilərsiniz.
Tərəzi - vəziyyət pis deyil. Yaranan problemlər kiçik,
əhəmiyyətsizdir. Günün ilk yarısında yaxşı xəbərlər alacaqsınız.
Qəfil qonaqların gəlişi sizi sevindirəcək.
Romantik təmaslar və dostlarla görüşləri axşam saatlarına
saxlayın.
Günün ikinci yarısında alış-verişdə çox pul xərcləməyin. Yalnız
çoxdan əldə etmək istədiyiniz əşyanı alın. İşlə bağlı spontan
qərarlar istisna deyil.
Əqrəb - günün ilk yarısında yaşananları neqativ dəyərləndirməyə
tələsməyin. Situasiya ilk əvvəl çox ağır və problematik olsa da,
saatlar keçdikcə vəziyyət yaxşılaşmağa başlayacaq.
Müsbət təmayüllərin təsiri artacaq.
Günün ikinci yarısında işlərdə yaranan çətinlikləri aradan
qaldırmağa başlayanda düşünülməmiş addımlar atmayın. Daha maraqlı,
əlverişli işlər aramağa çalışmayın.
Axşam saatlarında yaxşı biznes-ideya yarana bilər. İşgüzar
intuisiya və sağlam avantürizm zamanıdır. İdeyalarınızdan birini
reallaşdırsanız, gəlir əldə edəcəksiniz.
Oxatan - bütün işləri başa vurmağa çalışmayın. Kiçik, o qədər də
mürəkkəb olmayan işlər görmək, xırda problemləri həll etmək üçün
münasib zamandır. Ailə işləri ilə diqqətlə məşğul olun. Belə
olarsa, yaxın gələcəkdə üzləşə biləcəyiniz münaqişələrin qarşısını
alacaqsınız.
Günün ikinci yarısı alış-veriş üçün münasib deyil. Mebel və məişət
texnikası almaq fikrini reallaşdırmayın.
Yola çıxırsınızsa, ehtiyatlı olun. Yolda xoşagəlməz hadisələr, pul
və ya sənədlərin itməsi, yol yoldaşları ilə münaqişə istisna
deyil.
Zərərli vərdişlərinizdən heç olmasa birini unutmağa can atın.
Səhhətinizin qeydinə qalın.
Oğlaq - qüvvələrinizi və potensialınızı dürüst qiymətləndirin.
Yaranmış situasiya sizi çətin gündə pərişanlıqdan qurtara bilər.
Birmənalı olmayan vəziyyətdə təcrübəli insanların məsləhətlərinə
qulaq asın. İntuisiyanıza o qədər də güvənməyin. Adi günlərdən
fərqli olaraq daha çox və ağır səhvlərə yol verə bilərsiniz.
Günün ikinci yarısında kommersiya fəaliyyətilə məşğul olmaq,
alış-veriş etmək məsləhət etməyin. Səthi dəyərləndirmələrə yol
verməyin. Əks cins mənsubları ilə təmaslarda diqqətli olun. İlkin
təəssüratlara inanmayın. Axşam saatlarına yaxın yaranacaq
problemləri tələsik həll etməyə çalışmayın. Məsələlər ciddi,
uzunmüddətli təhlil tələb edir.
Dolça - günün ilk yarısı xoş keçəcək. Çoxdan bəri yaranmış
problemlərə görə narahat olmayın. Nə qədər çalışsanız da, indi
onları həll edə bilməyəcəksiniz. İşlər ideal deyil. Amma situasiya
o qədər də pis deyil. Mənasız narahatlıq keçirməyin.
Günün ikinci yarısında nikbin olun, yaxşı məsələlər barədə düşünün.
Sınanmış dostlarla ünsiyyət zamanıdır.
Axşam saatlarına yaxın məhsuldar işləsəniz, yaxşı nəticələrə nail
ola bilərsiniz. Kommersiya fəaliyyəti üçün pis zaman deyil. Peşəkar
fəaliyyət baxımından normal zamandır. Rəhbərlik və həmkarlarla
qeyri-formal vəziyyətdə müzakirələr apara bilərsiniz.
Balıqlar - günün ilk yarısı uğurludur. Müsbət təmayüllərin təsiri
artır. Maraqlandığınız işlərlə tələsmədən məşğul ola bilərsiniz.
Təxirə saldığınız işləri başa vurun. İşgüzar görüşlər və danışıqlar
uğurlu olacaq.
Dəyərli məlumatlar, önəmli informasiya alacaqsınız.
Günün ikinci yarısında başqalarının ideyalarından yararlana
bilərsiniz.