Təəssüflər olsun ki, yeni tanışlardan yaxşı heç nə gözləməyə dəyməz - Ulduz falı
Qoç - günün ilk yarısı çətinliklərdən xali deyil. Problemlər sizi
qorxutmasın. Onların öhdəsindən gələ bilərsiniz. Konstruktiv olun,
yaranmış vəziyyəti təhlil edin. Yardıma zərurət yaranarsa, yalnız
yaxşı tanıdığınız insanlara üz tutun.
Təəssüflər olsun ki, yeni tanışlardan yaxşı heç nə gözləməyə
dəyməz.
Günün ikinci yarısında şirin vədlərə və irreal təkliflərə
inanmayın. Yasaqlara, bilinməyənlərə sürəkli can atmayın. Məntiqli
və soyuqqanlı olun, ağır səhvlərə yol verməyin.
Buğa - yeni və maraqlı işə başlamaq üçün əlverişli zamandır. Macəra
axtarışına çıxsanız, emosiyaların təsiri altında hərəkət etməyin.
Hisslər aləminə qapılmayın. Eksperimentlər edə bilərsiniz. Amma heç
bir ehtiyac olmadan risk etməyin.
Günün ikinci yarısında görüşlər pis keçməyəcək. Qarşı tərəfdə
özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün səy göstərin. Bacarıq və
biliklərini nümayiş etdirmək imkanları olacaq.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - günün ilk yarısı pis keçməyəcək. Bədbinlik üçün heç bir
səbəb yoxdur. Ən kiçik uğurlar və irəliləyişlər əhvalınızı
yaxşılaşdıracaq. Səy göstərib əzmlə çalışsanız, ciddi irəliləyişə
nail ola bilərsiniz.
Yeni işgüzar əməliyyata, layihəyə başlamaq üçün əlverişli zamandır.
Yaxın gələcəklə bağlı planları müzakirə edin, onların
reallaşdırılma yollarını nəzərdən keçirin.
Günün ikinci yarısında yeni tanışlarla ehtiyatlı olun. Adi
günlərdən fərqli olaraq indi başqasının ideyalarını dərhal təqdir
etməyin. Vədlərə və dilətutmalara aldansanız, belə yanlışlığın
fəsadları xoşagəlməz ola bilər.
Xərçəng - hər şey alınacaq. Hətta gerçəkləşəcəyinə inanmadığınız
ideyanızı reallaşdıra bilərsiniz. İşlər çoxdur və saatlar keçəndən
sonra yorula bilərsiniz.
Tamamilə əldən düşdüyünüzü düşünə bilərsiniz. Amma az sonra "ikinci
nəfəs" açılacaq və işlərdə nizam yaranacaq. Xoş sürprizlər istisna
deyil.
Günün ikinci yarısında qəfil olay və ya təsadüf işlərinizi daha da
rəvan edəcək. Bu gün sizin gününüzdür.
Yaxınlarınız və dostlarınızla ünsiyyət üçün yaxşı zamandır.
Verdiyiniz suallara cavab alacaqsınız. Alış-verişə çıxarkən
simiclik etməyin.
Şir - işlər o qədər parlaq olmasa da, lap pis deyil. Yaşamdan
şikayətlənmək üçün ciddi səbəblər yoxdur. Fəqət emosional dəstək
artıqlıq etməz. Yaxınlarınıza dəstək üçün müraciət edin, əhvalınızı
yaxşılaşdırın.
Günün ikinci yarısı ailəvi tədbirlər, kiçik ekskursiyalar üçün
əlverişlidir.
Maliyyə məsələlərinin həlli ilə məşğul olmaq əlverişli deyil. Pulla
bağlı problemlərin müzakirəsini belə, təxirə salın. Maliyyə
problemləri anlaşılmazlıqlara, qarşıdurmalara səbəb ola bilər.
Axşam saatlarına yaxın yaşam potensialının səviyyəsi aşağı düşəcək.
Səhhətinizdə kiçik problemlər yarana bilər. Özünüzü qoruyun.
Qız - narahatlıq üçün ciddi səbəblər yoxdur. Xırda məsələlərə görə
nigaran qalmasanız, gün pis keçməyəcək. İmkan varsa, yaxınlarınıza
yardımlar edin. Sürpriz istisna deyil. Dəyər verdiyiniz insanlarla
münasibətləri rəvan edin. Bu, əlaqələrə əla təsir edəcək.
Günün ikinci yarısında fəaliyyət ortamını dəyişə bilərsiniz.
Şəraitdəki fərq yaşanan proseslərə müsbət təsir edəcək. Peşəkar
fəaliyyətlə bağlı və ya önəmli saydığınız məsələ barədə maraqlı
ideya yarana bilər.
Önəm verdiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa
çalışın.
Axşam saatlarını ailəvi istirahətə həsr edin.
Tərəzi - həddən artıq nikbinliyə qapılmayın. Eyforiyadan uzaq olun.
Adi, ciddi olayların yaşanmayacağı gündür. Gərəkli işləri görün,
rutin məsələlərlə məşğul olun. Hisslərinə qiymət verdiyiniz insana
zəng vurun, onunla əlaqə saxlayın.
Emosional durumunuza nəzarət edin.
Günün ikinci yarısında ev işləri, ailə qayğıları ilə məşğul olmağı
unutmayın. Çətinlikləri aradan qaldırarkən qeryi-trivial yolları
seçə bilərsiniz. Təxəyyülü işə salın.
Axşam saatlarını evdən kənarda keçirin.
Əqrəb - günün ilk yarısıda problemlər az deyil. Ruhdan düşməyin,
əsla geri çəkilməyin. Saatlar ötdükcə çətinliklərin öhdəsindən
tədricən gələcəksiniz. Sizi sevindirəcək xəbərlər alacaqsınız.
Gözlədiyiniz səfərə yollana bilərsiniz.
Fiziki işlə məşğul olmağı unutmayın.
Günün ikinci yarısında əks cins mənsubu ilə ünsiyyətdə çətinliklər
yarana bilər. Dil tapmaq çətinləşir. Süni inciklik, boş məsələlərə
görə inciklik yarana bilər. Sakit və soyuqqanlı olun. Emosiyaların
əsirinə çevrilsəniz, onsuz da, birmənalı olmayan situasiya daha da
ağırlaşa bilər.
Oxatan - həftə ərzində yaranan və formalaşan problemlərin həlli
üçün münasib zamandır. Həmin çətinliklər həllini tapmayınca, çözüm
ertələnincə işlərdə irəliləyişlər barədə düşünməyin. Süst və tənbəl
olsanız, sonuclar sizi təəssüfləndirə bilər.
Günün ikinci yarısında özünütənqiddə ifrata varmayın. Situasiyada
müsbət təmayülərin təsiri artır. Dürüst taktika seçsəniz,
problemləri həll edə bilərsiniz.
Axşam saatlarında istirahət edin, qüvvələrinizin bərpası ilə məşğul
olun. Bilik və bacarıqların artırılması, yaradıcılıq məşğuliyyəti
üçün əlverişli zamandır. Təcrübəli insanlarla ünsiyyətdə olun.
Oğlaq - sizdən güclü insanlarla mübahisə etməyin. Tərəddüd etməyin.
Kompromisslərə meylli olun, münaqişələrə səbəb yaratmayın. Ciddi
məsələlərin həlli və ya müzakirəsini ertələyin. Bir qədər rahat
çalışın. Səbrli, soyuqqanlı olun.
İndit məntiqi davranmalısınız.
Günün ikinci yarısında təbii materiallarla çalışmaqda xeyir var.
Yaradıcılıq potensialınızın səviyyəsini artırın. Aktiv olun,
qarşınıza qoyduğunuz məqsədə aparan yoldan sapmayın.
Mənasız sözlərə, dəyərsiz məsləhətlərə çox qulaq asmayın.
Dolça - tələskənliyə yol verməyin, vurnuxmaya aldanmayın. Əks
təqdirdə çox tez yorulacaqsınız. Çoxdan yaranmış və hələ də həllini
gözləyən problemlərin hamısını bu gün çözməyə can atmayın. Rutin və
cansıxıcı işlərdən bəzilərini təxirə salmaq olar. Buna ehtiyac var,
çünki önəmli işlə məşğul olmaq gərəkdir.
Günün ikinci yarısında planları reallaşdırmağa başlayın. Yaxın
ətrafınızdakı insanların tələblərinə və iradlarına fikir verməyərək
mühüm saydığınız məsələnin çözümü ilə məşğul olun. İntuisiyanızın
səsinə qulaq asın. Alış-verişdə bədxərclik etməyin. Qənaətlə
davranın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Balıqlar - günün ilk yarısı işlər üçün əlverişlidir. Qarşınıza
qoyduğunuz məqsədlərə çatmaq üçün iradəli, qətiyyətli olun. İzafi
səylərə, həddən artıq çalışmağa ehtiyac yoxdur. Özünüzü yormayın.
Kənardan yardımlara və dəstəyə bel bağlamayın. Ağır işlərin
öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Nəticə sizi pərişan
etməyəcək.
Günün ikinci yarısında təmaslarda ehtiyatlı olun. Sizi aldatmağa,
yanıltmağa çalışacaqlar. Kimlərsə bunu bilərəkdən, kimlərsə də
doğru yol saydığı üçün edir. Sabiq həmkar və ya köhnə tanışla görüş
ola bilər.