Ulduz falı – İşlərdən əl çəkərək istirahət etməyə çalışmayın
Qoç - eksperimentlər istəyi və müstəqillik arzularının
illüziyalarına düşməyin. Belədə uğursuzluqlara yol verməyəcəksiniz.
İntizamlı olun, qaydalara riayət edin. Naqolay vəziyyətə düşməmək
üçün cəmiyyətdəki "oyun qaydaları"nı qulaqardına vurmayın.
İşlərdən əl çəkərək istirahət etməyə çalışmayın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə səmimi olun.
Mübahisələr etməyin, qarşılıqlı anlaşmaya nail olun. Axşam
saatlarında romantik görüş olacaq. Birgə əyləncə xoş təəssüratlar
vəd edir.
Buğa - günün ilk yarısı harmonik münasibətlər vəd edir. Şanslardan
yararlanın, imkanları dəyərləndirin. Özünüzə əmin olun. Ağır fiziki
işlə məşğul olmayın. İrimiqyaslı və ambisioz layihələr üçün
əlverişli zaman deyil.
Günün ikinci yarısında sevdiyiniz insanı diqqətlə dinləyin.
Hisslərə qapılmayın. Yarımçıq işləri tamamlayın. Adekvat olmayan
insanların iradlarına fikir verməyin.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - günün ilk yarısı sakit olsa da, az sonra qəfil situasiya
yarana bilər. Təmkinli davranmasanız, olayların fəsadları heç xoş
olmayacaq. İşdə nəzarət və ya təftiş istisna deyil. Yaşanan bütün
olaylara rəğmən yolunuzdan dönməyin. Sərt tənqid və iradlara fikir
verməyin.
Günün ikinci yarısında soyuqqanlı düşünün, təmkinli olun.
Şəxsi münasibətlərdə sayıq davranın, nevrastenik insan təsiri
bağışlamayın. Axşam saatlarına yaxın səhhətinizə fikir verin.
Rasionunuz sağlam olmalıdır. Yaxınlarınızla təmaslarda həssas
davranın.
Xərçəng - gündəlik işləri yerinə yetirəndə fəaliyyətinizi maraqlı
edə bilərsiniz. Rutinlikdən qurtulmaq, azadlıq istəyirsinizsə,
müəyyən prinsiplərdə dəyişikliklər etmək gərəkdir. Yaxın
ətrafınızdakı təmaslarda ifrat eqoizminizi nümayiş etdirməyin.
Vədlərinizi yerinə yetirin, öhdəlikləri unutmayın.
Günün ikinci yarısında ailə qayğıları və məişət problemlərinin
həllində yardıma ehtiyacınız olacaq. Sevdiyiniz insanla təmaslarda
qarşılıqlı sayğı şərtdir. Romantik hissləri ön plana çıxararaq
dediklərinizi unutmayıb.
Şir - ilk baxışdan reallaşması mümkünsüz təsir bağışlayan ideyalar
yaranacaq. Narahat olmayın. İdeyaları gerçəkləşdirmək üçün münasib
situasiya formalaşır. Yaradıcılıq, ambisiyalar və istəklərinizi
zəhmətkeşlik və ardıcıllıqla sıralayın. Belədə məqsədə çatmaq çətin
olmayacaq.
Günün ikinci yarısında şəxsi maraqlarınızı ətrafınızdakı şəxslərin
mənafelərindən üstün tutmayın. Çoxdan bəri maraqlandığınız insanla
görüşün, ona yardım etməkdən boyun qaçırmayın.
Axşam saatlarında normal istirahət edin.
Qız - intuisiyanız iti olmalıdır. Əlverişli situasiyadan və yaranan
şanslardan effektiv istifadə etməyə çalışın. Nikbinlik üçün
yetərincə səbəb var. Köhnə problemləri sonadək həll etmək asan
olmasa da, ən azı onların çözüm variantlarını tapacaqsınız. Əsla
ruhdan düşməyin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə pozitiv anlar olacaq.
Yaxınlarınızla ünsiyyətdə onların fikirlərini və istəklərini
qulaqardına vurmayın.
Sevdiyiniz insanı sevindirin.
Tərəzi - günün ilk yarısından etibarən aktiv çalışın. Süst və
tənbəl olmayın. Görəcəyiniz işləri kimsə sizin əvəzinizə yerinə
yetirəsi deyil. Paxıllıq etməyin: uğur qazanın, irəliləyin və qoy
sizə paxıllıq etsinlər.
Haqqınızın tapdanmasına, hüquqlarınızın pozulmasına sakit
müşahidəçi olmayın. Rüşvət verməyin, qanunu pozandan da
qorxmayın.
Yaxın gələcəklə bağlı planlar qurmaq olar.
Günün ikinci yarısında yenilikləri əxz etməyə tələsin. Həyat
təcrübəsindən yararlana biləcəyiniz insanlarla əlaqələr qurun.
Əks cins mənsubu ilə söhbətlərdə diqqətli olun. Sevdiyiniz insanla
danışanda kəskin sözlər söyləməyin.
Subaysınızsa, axşam maraqlı tanışlıq ola bilər.
Əqrəb - yaşanan situasiya bilik və bacarıqlarınızı inkişaf
etdirməyə, təcrübənizdən yararlanmağa imkan verir. Köhnə vərdişlər
arasında məqbul olanları seçin. Problemlərin həlli üçün daha asan,
sərfəli yolları seçə bilərsiniz.
Qəfil situasiyaların sizi ağır vəziyyətdə buraxmasına imkan
verməyin.
Günün ikinci yarısında vəziyyətdən faydalanmaq üçün iradəli olun,
ən kiçik çətinlikdən sonra geri çəkilməyin. Yaxınlarınızın yaxşı
məsləhətə və yardıma ehtiyacları var. Məişət problemi, ailə qayğısı
ehtiyacınız olmadan həll olunmayacaq.
Axşam saatlarında gəzintiyə yollana bilərsiniz.
Oxatan - yaranan problemləri çözməyə başlayanda dostların
təkliflərindən və məsləhətlərindən yararlana bilərsiniz. Enerjiniz
az deyil. Qüvvənizi effektiv nəticələr əldə edə biləcəyiniz məcraya
yönəldin. Nikbin olun, bədbinliyə qapılmayın.
Günün ikinci yarısı vədlərin yerinə yetirilməsi zamanıdır. Özünüzü
əmin hiss edin. Yaxınlarınız sizə dəstək verəcəklər. Axşam
saatlarında romantik macəra ola bilər.
Oğlaq - birmənalı olmayan hadisələrin yaşanacağı zamandır. Müsbət
hadisələrlə yanaşı, mənfi proseslər də istisna deyil. Faktları
təhlil edin, baş verənlərdən nəticə çıxarın. Situasiyadakı qəfil
dəyişikliklərdə fayda var. Yaşam təcrübəniz zənginləşəcək.
Günün ikinci yarısında rəqibləri üstələməyə çalışın. Bədxahların
dediklərinə fikir verməyin. Soyuqqanlı və təmkinli olmasanız,
yaxınlarınızla mübahisə etməyin. Hər şeyin siz istədiyiniz təki
olmasını tələb etməyin.
Dolça - diqqət mərkəzində olmağa çalışmayın. Bilik və
bacarıqlarınızı ifrat dərəcədə qabartmayın. İntellektual fəaliyyət
məhsuldar olacaq. Kölgədə qalın, problemləri təkbaşına həll edin.
Müstəqil olun.
Kimdənsə asılı qalmayın.
Günün ikinci yarısında kənar təsirlərə məruz qalmayın. Səhhətinizə
fikir verin. Enerji potensialınızın səviyyəsinin aşağı düşməsi
əhvalınıza təsir edəcək. Sizi soyuqqanlı və laqeyd insan saya
bilərlər. Yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın.
Balıqlar - gün məhsuldar olmasa da, xoş keçəcək. Narahat olmayın,
nigaran qalmayın. Arzulara və illüziyalara qapılmayın. Maraqlı,
əhəmiyyətli işlə məşğul ola bilərsiniz. Şansı dəyərləndirin.
Günün ikinci yarısında həddən artıq aktiv çalışmayın. Əks halda
yorğunluq sizi haldan sala bilər. Yaxın ətrafınızdakı insanlar sizi
anlamağa çalışacaqlar.
Sevdiyiniz insana diqqət ayırın. Səmimi söhbət və etiraflar
bir-birinizi yaxşı tanımağa yardım edəcək. Son vaxtlar şəxsi
münasibətlərdə yaranan problemi müzakirə etmək olar.