Ulduz falı – Uğur və nailiyyətləriniz diqqətdən kənar qalmayacaq
Qoç - ziddiyyətli gündür. Mənfi təmayüllərin təsiri əfsuslar olsun
ki, güclüdür. Genişmiqyaslı planlarınız vardısa, onları unudun.
Mühüm işlər görmək fikriniz varsa, ertələyin. Görüşlər ümidləri
doğrultmayacaq. Köhnə dost və ya sevdiyiniz insanla danışıq zamanı
diqqətli olun, ürək qırmayın.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yeni,
maraqlı ideyalar formalaşacaq. Onlar situasiyada pozitiv
dəyişikliklərin təməlini qoyacaq. Köç, yaşam arealını qaydaya
salmaq, daşınmaz əmlakın alınması ilə bağlı hüquqi məsələləri
nizamlamaq üçün yaxşı zamandır.
Buğa - günün ilk yarısı çox məhsuldar olacaq. Ən mürəkkəb və
qarışıq işlərin öhdəsindən gəlmək iqtidarındasınız. Rəqibi
üstələyin, bədxahı pərişan edin. Yeni müttəfiq axtarışlarına çıxmaq
olar.
Uğur və nailiyyətləriniz diqqətdən kənar qalmayacaq. Ünvanınıza
təriflər səslənəcək.
Günün ikinci yarısında yaşam tonusunuzun səviyyəsi bir qədər aşağı
düşəcək. Yorğunluq hiss etsəniz də, nikbin olun. Yeni tanışlıq
romantik münasibətlər vəd edir.
Əkizlər - mürəkkəb, qarışıq zamandır. Alışdığınız, ənənəvi işlə
məşğul olacağınızı düşünsəniz də, yanıla bilərsiniz. Çətinliklərlə
qarşılaşanda kiçik, amma çox ağrılı səhvlərə yol verməyin. Adi
günlərdən fərqli olaraq mübahisə riski artacaq.
Günün ikinci yarısında rişxəndli sözlərə, aqressiv tənqidə fikir
verməyin.
Maliyyə çətinlikləri istisna deyil. Çoxdan bəri əldə etmək
istədiyiniz əşyanın alınmasını təxirə salmaq məcburiyyətində
qalacaqsınız. Həmkarlar və ya işgüzar tərfdaşlarla qeyri-formal
şəraitdə görüşmək məsləhət deyil. İlk baxışdan kiçik mübahisə
münasibətləri çox uzun müddətə korlaya bilər.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - rutin işləri görmək üçün əlverişli zamandır. Yaxşı bələd
olmadığınız insanla tərəfdaşlığa başlamayın. Əməkdaşlıqla bağlı
müzakirələri ertələyin. Yaxınlarınızla dil tapın. Ümumi işlə məşğul
olun. Məşğuliyyət darıxdırıcı olsa da, işləri yarımçıq
qoymayın.
Yeni tanışlıqlara can atmayın.
Günün ikinci yarısında illüziyalarınızın qurbanına dönərək kiminsə
barəsində yanlış fikir yürüdə bilərsiniz.
Kiçik itkilər ola bilər. Açarlara diqqət yetirin. Sinirlənməsəniz,
itən əşyalar tezliklə tapılacaq. Axşam saatlarında alış-verişə
yollanmaq olar. Zəruri əşyanı alın.
Şir - təlaşa qapılmayın, nigaran olmayın. Ümidsiz gün deyil. Hər
şey dərhal alınmasa da, bütün bunlar başladığınız işləri yarımçıq
qoymaq üçün səbəb deyil. Qətiyyət və iradə ilk baxışdan ümidsiz
təsir bağışlayan işləri tamamlamağa imkan verəcək. Yaxınlarınız və
dostlarınıza yardım üçün müraciət etsəniz, eşidiləcəksiniz.
Günün ikinci yarısında qısamüddətli səfər olacaq. Yolda
çətinliklər, yol yoldaşı ilə münaqişə istisna deyil.
Texnika və ya avadanlıqla çalışarkən ehtiyatlı olun. Kiçik, amma
xoşagəlməz travmalar riski var.
Axşam saatlarında normal istirahət edin.
Qız - müsbət təmayüllərin təsiri güclənəcək. Çətinliklər yaransa
da, onları qət edə biləcəksiniz. Qüvvənizə, potensialınıza güvənin.
Nikbin olsanız, yaxın ətrafınızdakı insanlar da sizin kimi
davranmağa çalışacaqlar.
Günün ikinci yarısında sizdən yardım istəyəcəklər. Köməyinizi
əsirgəməyin. Romantik təmaslarla yanaşı, dost münasibətləri
yeniləməyin zamanıdır.
Münasibətlərin inkişaf məcrası sizdən asılıdır.
Xəyallara dalmayın, cari məsələləri həll edin. Sevdiyiniz adama
sürpriz edin. Praktik olun.
Tərəzi - çətinliklər və problemlərdən qorxmayın. Onların öhdəsindən
tezliklə gələcəksiniz. İşdə yeni, eksperimental metodların xüsusi
effekti olacaq. Ənənəvi yoldan kənara çıxmaqdan çəkinməyin. Gəlir,
bahalı hədiyyə istisna deyil.
Alış-verişə yollana bilərsiniz.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yaşam
tonusunun səviyyəsi yüksəkdir. Dəvət aldığınız tədbirə yollanın.
Köhnə dostlarla görüşün.
Əqrəb - uğurlar zəhmət və cəhdlərlə düz mütənasib olacaq. Nəyəsə
nail olmaq istəyirsinizsə, tənbəllik etməyin. Kimsənin yardımına və
ya köməyinə bel bağlamayın. Müstəqil olun, təkbaşına işləyin.
Yaxınlarınız sizə yardım etməyə tələsməyəcəklər.
Günün ikinci yarısında yaşlı qohumlardan biri ilə fikir ayrılıqları
yaranacaq. Ciddi münaqişəyə yol verməyin.
İdmanla məşğul olmaq üçün yaxşı zamandır. Sağlamlıq prosedurlarını
unutmayın. Pəhriz saxlamağa başlasanız, qaydalara riayət etmək
çətinlik yaratmayacaq.
Oxatan - yetərincə mürəkkəb gündür. Ciddi və mürəkkəb iş
planlaşdırmasanız da, çətinliklərlə qarşılaşacaqsınız.
İstəmədiyiniz işi görmək zərurəti yaranacaq. Dəstəyinə və ya
yardımına bel bağladığınız insanlar vədlərini yerinə
yetirməyəcəklər. Buna görə də tək işləməlisiniz.
Günün ikinci yarısında uzaq qohumlardan biri xoş olmayan xəbər
gətirəcək.
Özünüzü qoruyun. Travma riskinin artdığı zamandır. Xəstələnsəniz,
sağalma prosesi uzun çəkəcək. Sevdiyiniz insanla mübahisə etməyin,
təmasları sərinlətməyin. Məntiqli, ağıllı olun.
Oğlaq - nəzərdə tutduğunuz işlərin çoxunu təxirə salmalı
olacaqsınız. Yeni maraqlı iş diqqətinizi cəlb edəcək. Yeni
tanışlıqlar və danışıqlar üçün əlverişli zamandır.
Tərəfdaşlarınızla müzakirələrdən sonra layihəyə start verin.
İntuisiyanıza güvənin. Onun siqnalları səhvsiz, dəqiq və
vaxtındadır. Alış-verişdə pul xərcləmək, biznesə pul yatırmaq olar.
Nəqliyyat vasitəsi almaq üçnü münasib zamandır.
Dolça - darıxdırıcı və rutin gündür. Yaddaqalan təəssüratlar,
qeyri-adi göürşlər istəyirsiniz. Onların heç biri olmayacaq. Ciddi
dəyişikliklərə can atmayın. Cəhdlər uğursuzdur. Yaxınlarınızla
fikir ayrılıqları yarana bilər. Mövqelərinizi müdafiə edin, yersiz
güzəştə getməyin.
Günün ikinci yarısında müzakirə və ya diskussiya zamanı soyuqqanlı
olun. Əks təqdirdə danışıqlar qarşılıqlı iradlara və tənqidlərə
çevriləcək.
İmiclə eksperimentlər etməyin. Ənənəvi prosedurlara üstünlük
verin.
Balıqlar - parlaq, yaddaqalan gün olacaq. Günün ilk yarısı xoş
xəbər və ya dəyər verdiyiniz insanla görüşlə sizi sevindirəcək.
Yeni tanışlıqlar üçün əlverişli zamandır. Amma əsla romantikaya
dalmayın.
Günün ikinci yarısında diqqət tələb edən mürəkkəb işə başlayın.
Müsbət təmayüllərin təsiri güclənəcək. Sürpriz və etiraf istisna
deyil.
Axşam saatlarında normal istirahət edin.