Ulduz falı – Tələskənlikdən uzaq olun
Qoç
Uğurlu gündür. Əgər vaxt itkisinə yer verməsəniz, çox şeyə nail ola
bilərsiniz. Işgüzar danışıqlar yaxşı keçəcək. Görüşlərdə öz
şərtlərinizi yeridə biləcəksiniz. Maliyyə işləriniz sürətlə
yaxşılığa doğru dəyişəcək. Şəxsi işlərdə də vəziyyət pis olmayacaq.
Buğa
Tələskənlikdən uzaq olun. Xüsusilə də bu tərziniz iş üçün münasib
sayılmır. Enerjinizə qənaət edin. Uzaq qohumlarla, köhnə tanışlarla
görüş, əlaqələrin bərpası üçün münasib zamandır. Əmlakla bağlı
sövdələşmələri imzalaya bilərsiniz.
Əkizlər
Çətin gündür. O üzdən də asan qələbəyə ümid etməyin. Işdə
mübahisələriniz olacaq. Baş vermiş konfliktlərdən biri daha ciddi
fəsadlar verəcək. Çoxdankı partnyorunuzdan ayrılacağınız ehtimal
edilir.
Xərçəng
Baş verənləri süzgəcdən keçirmək üçün sakit gündür. Uzunmüddətli
əməkdaşlıqla bağlı məsələni müzakirə edə bilərsiz. Maraqlı iş
təklifini qəbul etməyə tələsməyin. Bir azdan öz şərtlərinizi diqtə
edə biləcəksiniz. Dostluq görüşü üçün münasib gündür.
Şir
Kifayət qədər çətin gün olmasına baxmayaraq, qarşınıza qoyduğunuz
məqsədə çatacaqsınız. Situasiya gərgin olanda bu cür inadkarlığınız
və iradəli olmağınız məqsədə çatmağa kömək edir. Amma bu gediş
effekt versə də, çoxlu düşmən qazanmaq təhlükəsindən də uzaq
deyil.
Qız
Gün çoxlu sayda sınaq və çətinliklər gətirəcək. Sizin üçün asan
olmayacaq, amma yaxınlığınızda etibar edə biləcəyiniz adamlar var.
Həmkarlarınız yardım edəcək. Səfəriniz uğursuz olacaq, xüsusən də
işgüzar görüş məqsədilə yola çıxmaq məsləhət deyil.
Tərəzi
Gücünüzü toplamaq üçün sakit gündür. Bu gün qənaətcil olsanız,
faydasını görərsiniz. Əgər bu gün yola çıxmağı planlaşdırmısınızsa,
onda hazırlıq işlərinə ciddi fikir verin. Çünki yarımçıq hazırlığın
nəticəsi ciddi problemlər yaradacaq.
Əqrəb
Bu gün işdə əla nəticələr əldə edəcəksiniz. Yeni və faydalı nəsə
öyrənmək üçün münasib gündür. Bu gün təbiət sizin üçün enerji
qaynağı rolunu oynayacaq. Bu baxımdan parkda gəzinti yerinə
düşər.
Oxatan
Çox uğurlu gündür. Riskə gedə bilərsinz, çünki bu gün ulduzlar
cəsur və qərarlı “Oxatan”ları dəstəkləyəcəyini vəd edir. Faydalı
sövdələşməniz olacaq. Istedadınız diqqətdən kənarda qalmayacaq.
Oğlaq
Tənbəlliyinizə qarşı mübarizə aparacaqsınız. Çünki fəal
işgüzarlığınız aşağı səviyyəyə düşüb. Yaxşı olar ki, yaşlı
qohumlarla münasibətlərinizə diqqət yetirəsiniz. Onların, xüsusilə
bu gün sizin qayğınıza ehtiyacı var. Günün ikinci yarısı sakit
istirahət üçün əlverişlidir.
Dolça
Dolaşıq situasiyaya düşmüsünüz. Məsələlərin həlli və yaranmış
vəziyyəti özünüz üçün aydınlaşdırmağa kifayət qədər vaxt
itirəcəksiniz. Həmkarlarınızla aranızda mübahisə yaranacaq. Şəxsi
müstəvidə isə tam əksinə, sevimli adamla aranızdakı münasibət
yaxşılaşacaq.
Balıqlar
Sizi çətin gün gözləyir. Gün özü ilə işgüzar müstəvidə ciddi
problemlər gətirəcək. Sizdən uzun zamandır gizli saxlanılan vacib
məsələnin üstü açılacaq. Təəssüf ki, bu mövzuda yaxınlarınız sizə
yardımçı ola bilməyəcək. Onlar sizi daha çox tənbeh edəcəklər.
Sonsuz problemlər əsəb gərginliyilə nəticələnəcək.