Ulduz falı – Gün uğurlu olacaq
Qoç
Gün uğurlu olacaq. Bu gün münaqişə etməyə meylli insanlardan uzaq
durmağa çalışın. Baş verən hadisələri doğru və obyektiv
qiymətləndirin ki, artıq narahatçılıq qalmasın.
Buğa
Günün birinci yarısı cansıxıcı keçəcək. Günün ikinci yarısı isə
daha sakit və ürəkaçan olacaq. Bu zaman kəsiyi çoxdan
hazırladığınız planları həyata keçirmək üçün uğurludur.
Əkizlər
Iş qüvvənizi ortaya qoyacaq fürsətlər istisna deyil. Karyera
planlarınızda tələskənliyə yol verməyin. Daha qərarlı olmağa
çalışmalı, əldəki maddi dəyərlərin əhəmiyyətini bilməlisiniz.
Xərçəng
Şənlənmək üçün əlverişli gündür. Bu günə vacib iş planlaşdırmayın.
Çünki həmin işə məsuliyyətlə yanaşa bilməyəcəksiniz. Bu gün
əhəmiyyətli məbləğdə pul xərcləyəcəksiniz. Ancaq buna görə
peşmançılıq çəkməyəcəksiniz.
Şir
Bu gün sizinlə münasibət quranların heç də hamısı layiqli şəxslər
olmayacaq. Alış-verişiniz də uğursuz olacaq. Gün yalnız qonaq
qarşılamaq üçün münasibdir. Günün ikinci yarısı isə həyəcanlı anlar
yaşadacaq.
Qız
Bu gün eşitdiklərinizdən xoşlanmaya bilərsiniz. Gələcəklə bağlı
bütün planlarınızı dəyişməyə məcbur olacaqsınız. Çünki olayların
son inkişafı sizə yeni hədəflər gətirəcək.
Tərəzi
Həyatınızdakı çətin dövrün bitdiyini sanacaqsınız. Bu da
əhvalınızın yüksəlməsinə səbəb olacaq. Uğurlu alış-veriş
edəcəksiniz, zövqünüz sizi aldatmayacaq.
Əqrəb
Günün maliyyə mənzərəsi xoş deyil. Planlaşdırdığınız bir sıra
xərcliyi təxirə salmalı olacaqsınız. Bu gün borc almayın, çünki onu
qaytarmaq asan olmayacaq. Əyləncəli səfər yaxşı keçəcək. Ancaq
işgüzar səfər üçün bunu demək mümkün deyil.
Oxatan
Bu gün xüsusilə qadınlarla dil tapmaq çətin olacaq. Dedi-qodu ilə
məşğul olanların dedikləri reputasiyanıza zərbə vuracaq. Vaxtınızı
boş söhbətlər, vacib olmayan və maraqsız işlər aparacaq.
Oğlaq
Soyuqqanlı olmağa çalışın. Aldığınız qərarları hamı ilə
paylaşmayın. Ancaq hadisələri qiymətləndirərkən öz ağıl və
məntiqinizə güvənin. Şəxsi heyatınızda görmək istədiyiniz
dəyişikliyi tələsmədən edin.
Dolça
Bu gün vacib iş görmək üçün əlverişli deyil. Diqqətinizi toplaya
bilməyəcəksiniz. Yaxınlarınızla aranızda problemlər yaşanacaq.
Yaxın ətrafınızın görməyə adət etdiyi kompromissə bu dəfə getmək
istəməyəcəksiniz.
Balıqlar
Gələcəyinizlə bağlı konkret planlar qurun. Çox məhsuldar gündür.
Sizi maraqlı görüşlər gözləyir. Səyahətə çıxmaq üçün də əlverişli
zamandır. Yol cansıxıcı görünməyəcək.