Ulduz falı – Bu gün yeni layihə üzərindəki işləriniz uğurlu olacaq
Qoç
Bu gün sizi yeni tanışlıqlar gözləyir. Əgər şansı əldən verməsəniz, gələcək inkişaf üçün yol açılacaq. Qəzalardan özünüzü qoruyun. Işlərinizdəki səhvləri və ilin yekunlarını təhlil etmək üçün əlverişli gündür. Işdə yeniliklər gözlənilmir.


Buğa
Bu gün yeni layihə üzərindəki işləriniz uğurlu olacaq. Təmir işlərinə başlayacağınız gözlənilir. Işdə vəziyyət əla olacaq və təklifləriniz qəbul olunacaq. Yalanlardan özünüzü qoruyun. Istirahət etmək istəsəniz, ən yaxşı yer tanımadığınız məkandır.

Əkizlər
“Əkizlər”in hər bir işi sevgi və məhəbbətlə bəzənəcək. Iş planlarınızda sizi xoş hadisələr gözləyir. Sağlamlığınızı və istirahət zamanı özünüzü bədbəxt hadisələrdən qoruyun. Uğurlu nəticə əldə etmək üçün imkanlarınız çərçivəsində işlər görməyiniz məsləhətdir. Ancaq təkliflər olduqca maraqlı olacaq.

Xərçəng
Bu gün, sanki aydınlaşma zamanıdır. Kimin dost, kimin düşmən olduğu və hansı işlərin müvəffəqiyyət gətirdiyi müəyyənləşəcək. Gərək qəbul etdiyiniz qərarlarda ehtiyatlı olasınız. Gün sizə iş həyatınızda uğurlar vəd edir. Bu gün şəxsi həyatınızda da yeni tanışlıqlar gözlənilir.

Şir
Ehtimal ki, bu gün keçmiş borclar qaytarılacaq. Günün əsas tələbi inadkarlıq və möhkəmlikdir. Xeyirxah işlər də görəcəyiniz istisna edilmir. Ətrafdakılarla yaxşı münasibət qurmaq üçün müxtəlif imkanlar yaranacaq. Bu gün istirahət etməyə çalışın.

Qız
Bu gün aktiv yüksəliş dövrü davam edəcək. Kollektiv layihə və imic məsələlərində uğur qazanmaq ehtimalınız var. Çoxdankı mübahisələrinizin sülhlə bitməsi gözlənilir. Tanımadığınız insanlarla münasibətlərdə ehtiyatlı olmalısınız. Işləri qaydasına qoymaq üçün özünüzü diplomatik aparın.

Tərəzi
Bu gün “Tərəzi”lərin həyatında özlərini dəyişmək üçün uğurlu vaxtdır. Bu ay impulsiv yüksəliş sizə real təmkinlilik öyrədəcək. Siz hər bir kiçik nöqsana görə yaxınlarınızı və sevdiyiniz insanları incidəcəksiniz. Buna baxmayaraq, dost və iş yoldaşları sizin tərəfinizdə olacaq.

Əqrəb
Gün işdə, münasibətlərdə və şəxsi yüksəlişdə dəyişikliklər vəd edir. Bu, həm də sizin çevrənizlə bağlı olacaq. Yaxşı olar ki, bu keçid vaxtında məsləhətə qulaq asasınız. Keçmiş səhvlərin düzəldilməsinə çalışın. Işdə problemləriniz olmayacaq.ÿ

Oxatan
Ev işləri sizin həyatınızda ön plana keçəcək. Qarşınızda səhv işlər də olacaq. Çalışın bu dövr liderliyi başqa birinə həvalə edəsiniz. Bu gün keçmiş tanışlarınızla rastlaşacaqsınız. Bundan başqa, sizi sevgi macərası və ay işığında gəzinti də gözləyir.

Oğlaq
Əvvəlki mövqeyinizi geri qaytarmaq üçün münasib gündür. Nəhayət, bu gün başqalarının problemlərini buraxıb öz qayğınıza qalacaqsınız. Müqavilələrin imzalanmasında diqqətli olmalısınız. Dostlarınızı itirə bilərsiniz. Bu hadisə sizi aktiv işlərə cəlb edəcək.

Dolça
Bu gün daxil olan informasiyaya diqqətli olmalısınız. Riskli işlərə yol verəcəksiniz. Adi vaxtdan fərqli olaraq yaxınlarınızı daha tez inandıra biləcəksiniz. Bu da, əlbəttə ki, müqavilələrin asanlıqla imzalanmasına şərait yaradacaq. Qarışıqlıq və yalan da ola bilər. Alğı-satqı mövzusunda sizi uğurlu gün gözləyir.

Balıqlar
Bu gün işləriniz o qədər çox olacaq ki, öhdəsindən çətinliklə gələcəksiniz. Lakin bir iş sevindiricidir, siz öz öhdəliklərinizə ciddi yanaşırsınız. Bu gün sizin üçün emosional yüksəliş dövrü kimi xarakterizə edilir. Neqativ hadisələrin baş verməsi daxili inkişafınıza imkan yaradacaq.
Print Email
FaceBook Twitter Google