Ulduz falı – Pis gün deyil
Qoç
Gün sizə mövqeyinizi möhkəmləndirmək və rəqiblərinizi qabaqlamaq şansı verəcək. Düzdür, bütün bunlar ciddi enerji sərf etməyi tələb edəcək. Buna da sizin yüksək həyat eşqiniz imkan verəcək. Axşam saatları romantik görüş üçün münasib vaxtdır.

Buğa
Pis gün deyil. Düzdür, tale sizi hədiyyələrilə əzizləməsə də, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün imkanlardan da məhrum etmir. Ulduzlar məsləhət görür ki, bir balaca qənaətcil olun. Ciddi alış-veriş üçün münasib gün deyil.

Əkizlər
Günün birinci yarısında problemlər özünü biruzə verəcək və təəssüf ki, getdikcə də artacaq. Bu gününüzün çətin və cansıxıcı keçəcəyi proqnozlaşdırılır. Yaxşı olardı ki, bu gün sizin üçün vacib olan işlərlə məşğul olmayasınız.

Xərçəng
Ehtimal ki, ciddi maliyyə çətinliyilə qarşılaşacaqsınız. Bura sizin gözlədiyiniz gəlirin başqa vaxta saxlanılmasını da şamil etmək olar. Yaxınlarınızın sizi anlayacağına ümid etməyin.

Şir
Işgüzar təklif alacağınız gözlənilir. Yola çıxmaq üçün günün ikinci yarısı ən münasib vaxtdır. Yolda sizi maraqlı tanışlıq gözləyir. Bu xoş təəssüratdan uzun müddət ayrıla bilməyəcəksiniz.

Qız
Bu gün sizin üçün çətin keçəcək. Sizin ən yaxşı keyfiyyətləriniz diqqətdən kənarda qalacaq, istənilən yanlış addımınız isə tez nəzərə çarpacaq. Heç kim sizi müdafiə etmək fikrində olmayacaq. Partnyorlarla münasibət korlanacaq, aranızdakı istənilən söhbət çərçivədən çıxacaq.

Tərəzi
Səhər pis xəbər eşidəcəyiniz və bunun nəticəsində də planlarınızın dəyişəcəyi gözlənilir. Ulduzlar xəbərdarlıq edir ki, nüfuzunuz təhlükə altındadır. Yaxınlarınız da sizə, hətta ən xırda məsələlərdə belə güzəştə getmək fikrində deyillər. Bu da əhvalınızın korlanmasına səbəb olacaq.

Əqrəb
Gün çox gərgin olacaq. Müttəfiqlərinizin dəstəyinə ümid etməyin, özünüz hərəkətə keçin. Təəssüf ki, çətinliklər sizi evdə də müşayiət edəcək. Ən xırda məsələlər ətrafında fikir ayrılığı gözlənilir. Sizdən yalnız səbrli olmaq tələb olunur.

Oxatan
Yüngül işlər üçün münasib gündür. Yaxşı olardı ki, ambisiyalı planlarınızın reallaşdırılmasını daha münasib zamana saxlayasınız. Amma bugünkü görüşlərinizin uğurlu olacağı gözlənilir. Siz hamı ilə dil taparaq köməyə ehtiyacı olanlara əl uzadacaqsınız.

Oğlaq
Təcili həllini gözləyən problemlər ortaya çıxacaq. Burada ağıllı davranmaq tələb olunur. Yaxınlarla aranızda münaqişə gözlənilir. Günün ikinci yarısında maddi çətinliyiniz ola bilər. Stresdən uzaq olmağa çalışın.

Dolça
Bu gün istənilən işdə uğur qazanmaq şansınız var. Siz münasibət qurmaq istədiyiniz adamlara yaxınlaşmaq üçün fürsət qazanacaqsınız. Bu gün həm də romantik münasibətlərin təməlinin qoyulacağı ehtimal edilir. Ulduzlar bu əlaqənin sürətlə inkişaf edəcəyini bildirir.

Balıqlar
Kifayət qədər çətin gündür. Ətrafdakılarla münasibət getdikcə gərginləşəcək. Gərilmiş əsəbləriniz illərlə sınaqdan çıxmış dostluq əlaqələrinizin qırılmasına, etibarlı partnyorunuzla əməkdaşlıqdan imtina etməyinizə gətirib çıxaracaq. Günün ən pis olayı isə ən yaxın adamınızla mübahisəniz olacaq.
Print Email
FaceBook Twitter Google