Ulduz falı – Pis gün deyil
Qoç
Gün sizə mövqeyinizi möhkəmləndirmək və rəqiblərinizi qabaqlamaq
şansı verəcək. Düzdür, bütün bunlar ciddi enerji sərf etməyi tələb
edəcək. Buna da sizin yüksək həyat eşqiniz imkan verəcək. Axşam
saatları romantik görüş üçün münasib vaxtdır.
Buğa
Pis gün deyil. Düzdür, tale sizi hədiyyələrilə əzizləməsə də,
qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün imkanlardan da məhrum
etmir. Ulduzlar məsləhət görür ki, bir balaca qənaətcil olun. Ciddi
alış-veriş üçün münasib gün deyil.
Əkizlər
Günün birinci yarısında problemlər özünü biruzə verəcək və təəssüf
ki, getdikcə də artacaq. Bu gününüzün çətin və cansıxıcı keçəcəyi
proqnozlaşdırılır. Yaxşı olardı ki, bu gün sizin üçün vacib olan
işlərlə məşğul olmayasınız.
Xərçəng
Ehtimal ki, ciddi maliyyə çətinliyilə qarşılaşacaqsınız. Bura sizin
gözlədiyiniz gəlirin başqa vaxta saxlanılmasını da şamil etmək
olar. Yaxınlarınızın sizi anlayacağına ümid etməyin.
Şir
Işgüzar təklif alacağınız gözlənilir. Yola çıxmaq üçün günün ikinci
yarısı ən münasib vaxtdır. Yolda sizi maraqlı tanışlıq gözləyir. Bu
xoş təəssüratdan uzun müddət ayrıla bilməyəcəksiniz.
Qız
Bu gün sizin üçün çətin keçəcək. Sizin ən yaxşı keyfiyyətləriniz
diqqətdən kənarda qalacaq, istənilən yanlış addımınız isə tez
nəzərə çarpacaq. Heç kim sizi müdafiə etmək fikrində olmayacaq.
Partnyorlarla münasibət korlanacaq, aranızdakı istənilən söhbət
çərçivədən çıxacaq.
Tərəzi
Səhər pis xəbər eşidəcəyiniz və bunun nəticəsində də planlarınızın
dəyişəcəyi gözlənilir. Ulduzlar xəbərdarlıq edir ki, nüfuzunuz
təhlükə altındadır. Yaxınlarınız da sizə, hətta ən xırda
məsələlərdə belə güzəştə getmək fikrində deyillər. Bu da
əhvalınızın korlanmasına səbəb olacaq.
Əqrəb
Gün çox gərgin olacaq. Müttəfiqlərinizin dəstəyinə ümid etməyin,
özünüz hərəkətə keçin. Təəssüf ki, çətinliklər sizi evdə də
müşayiət edəcək. Ən xırda məsələlər ətrafında fikir ayrılığı
gözlənilir. Sizdən yalnız səbrli olmaq tələb olunur.
Oxatan
Yüngül işlər üçün münasib gündür. Yaxşı olardı ki, ambisiyalı
planlarınızın reallaşdırılmasını daha münasib zamana saxlayasınız.
Amma bugünkü görüşlərinizin uğurlu olacağı gözlənilir. Siz hamı ilə
dil taparaq köməyə ehtiyacı olanlara əl uzadacaqsınız.
Oğlaq
Təcili həllini gözləyən problemlər ortaya çıxacaq. Burada ağıllı
davranmaq tələb olunur. Yaxınlarla aranızda münaqişə gözlənilir.
Günün ikinci yarısında maddi çətinliyiniz ola bilər. Stresdən uzaq
olmağa çalışın.
Dolça
Bu gün istənilən işdə uğur qazanmaq şansınız var. Siz münasibət
qurmaq istədiyiniz adamlara yaxınlaşmaq üçün fürsət qazanacaqsınız.
Bu gün həm də romantik münasibətlərin təməlinin qoyulacağı ehtimal
edilir. Ulduzlar bu əlaqənin sürətlə inkişaf edəcəyini
bildirir.
Balıqlar
Kifayət qədər çətin gündür. Ətrafdakılarla münasibət getdikcə
gərginləşəcək. Gərilmiş əsəbləriniz illərlə sınaqdan çıxmış dostluq
əlaqələrinizin qırılmasına, etibarlı partnyorunuzla əməkdaşlıqdan
imtina etməyinizə gətirib çıxaracaq. Günün ən pis olayı isə ən
yaxın adamınızla mübahisəniz olacaq.