Ulduz falı – Bu gün ev işləri ön plana keçəcək
Qoç
Bu gün ev işləri ön plana keçəcək. Təəssüf ki, yanlışlığa da yol verəcəksiniz. Çalışın, bu gün liderliyi başqa birinə həvalə edəsiniz. Bu gün keçmiş tanışlarınızdan birilə rastlaşacaqsınız. Bundan başqa, sizi sevgi macərası və gəzinti də gözləyir.

Buğa
Bu gün ehtimal ki, keçmiş borclar qaytarılacaq. Gün inadkarlıq və möhkəmlik tələb edir. Xeyirxah əməllərə imza atacağınız da istisna edilmir. Ətrafdakılarla yaxşı münasibət qurmaq üçün müxtəlif imkanlar yaranacaq. Yaxşı olar ki, istirahət edəsiniz.

Əkizlər
Bu gün kimin dost, kimin düşmən olduğu və hansı işlərin uğur gətirdiyi müəyyənləşəcək. Gərək qəbul etdiyiniz qərarlarda ehtiyatlı olasınız. Gün, iş həyatında uğurlar vəd edir. Bu gün şəxsi həyatınızda da yeni tanışlıqlar olacaq.

Xərçəng
Gününüz sevgi və məhəbbətlə bəzənəcək. Iş planlarınızda sizi xoş hadisələr gözləyir. Sağlamlığınızı və istirahət zamanı özünüzü bədbəxt hadisələrdən qoruyun. Hər işin uğurlu nəticələnməsi üçün imkanlarınız çərçivəsində işlər görməyiniz məsləhətdir. Ancaq təkliflər olduqca maraqlı olacaq.

Şir
Gün işdə, şəxsi münasibətlərdə dəyişikliklər vəd edir. Bu, həm də sizin çevrənizlə bağlı olacaq. Yaxşı olar ki, bu keçid vaxtında məsləhətə qulaq asasınız. Keçmiş səhvlərin təkrar olunmasına deyil, düzəldilməsinə çalışın. Işdə problemləriniz olmayacaq.

Qız
Əvvəlki mövqeyinizi geri qaytarmaq üçün yaxşı gündür. Nəhayət, bu gün başqalarının problemlərini kənara qoyaraq, öz qayğınıza qalacaqsınız. Müqavilələrin imzalanmasında diqqətli olmalısınız, əks halda, dostlarınızı itirə bilərsiniz.

Tərəzi
Bu gün kollektiv layihə və imic məsələlərində uğur qazanmaq ehtimalı yüksəkdir. Çoxdankı mübahisələriniz sülhlə bitəcək. Tanımadığınız insanlarla münasibətlərdə ehtiyatlı olmalısınız. Işləri qaydasına salmaq üçün səy göstərin.

Əqrəb
Yeni layihə ilə bağlı cəhdləriniz uğurlu olacaq. Təmir işlərinə başlayacağınız gözlənilir. Işdə təklifləriniz qəbul olunacaq. Yalanlardan özünüzü qoruyun. Istirahət etmək istəsəniz, ulduzlar tanımadığınız məkana üz tutmağı məsləhət bilir.

Oxatan
Imicinizi dəyişmək üçün uğurlu gündür. Amma bir qədər səbrli olmalısınız. Siz hər bir kiçik nöqsana görə yaxınlarınızı və sevdiyiniz insanları incidəcəksiniz. Buna baxmayaraq, dostlarınız və iş yoldaşlarınız sizin tərəfinizi saxlayacaqlar.

Oğlaq
Bu gün eşitdiyiniz informasiyaya dərhal inanmayın. Riskli hərəkətlərə yol verəcəyiniz ehtimalı da var. Adi vaxtdan fərqli olaraq, yaxınlarınızı daha tez inandıra biləcəksiniz. Bu da müqavilələrin asanlıqla imzalanmasına şərait yaradacaq. Alqı-satqı məsələsində uğur qazanacaqsınız.

Dolça
Bu gün işiniz o qədər çox olacaq ki, öhdəsindən çətinliklə gələcəksiniz. Lakin bir sevindirici hal da var ki, siz öz öhdəliklərinizə ciddi yanaşırsınız. Bu gün sizin üçün emosional yüksəliş dövrü kimi xarakterizə edilir.

Balıqlar
Bu gün sizi yeni tanışlıqlar gözləyir. Əgər şansı əldən verməsəniz, gələcək inkişaf üçün yol açılacaq. Qəzalardan özünüzü qoruyun. Bu gün işlərinizdəki səhvləri təhlil etmək üçün münasib zamandır. Işdə yeniliklər gözlənilmir.
Print Email
FaceBook Twitter Google