Ulduz falı – Dostlarla görüş üçün münasib gündür
Qoç
Pis gün deyil, gününüzü xoş keçirmək imkanınız olacaq. Yeni
tanışlardan xeyli tərif eşidəcəksiniz. Gözləmədiyiniz vaxtda gəlir
əldə edəcəyiniz, hədiyyə alacağınız, uğurlu alış-veriş edəcəyiniz
istisna deyil. Yarınıza qarşı diqqətli olmağınız məsləhətdir.
Buğa
Bu gününüz keçmişə qayıdışla yadda qalacaq. Bu qayıdış xoş olacaq.
Bu günün mənfi tərəfi ondadır ki, o, çox düşünməyə vadar edəcək. Bu
düşüncələr isə xoşagələn olmayacaq. Buna bir sınaq kimi baxın.
Əkizlər
Şəxsi müstəvidə çox çətin gün gözlənilir. Siz çoxdan verdiyiniz
sözə xilaf çıxacaqsınız. Öz hərəkətlərinizlə yaxınlarınızın qəlbinə
toxunacaqsınız. Təəssüf ki, bu da sizi dayandırmayacaq.
Ümumiyyətlə, bu gün çoxlu yanlışlığa yol verəcəyiniz
bildirilir.
Xərçəng
Sizi bir kəlmədən anlayanlara qarşı bu gün yaxşı münasibətdə
deyilsiniz, buna baxmayaraq, gün uğurlu keçəcək. Maraqlı şəxslərlə
tanışlıq gözlənilir, ünsiyyət dairənizi genişləndirəcəksiniz.
Hissiyyatınız çox yüksəkdir, bu üzdən də o, istənilən suala düzgün
cavab verməkdə sizə yardımçı olacaq.
Şir
Sizin dedikləriniz və hərəkətləriniz heç də həmişə düşünülmüş
olmur. Buna görə də tez-tez ən yaxınlarınızın qəlbinə dəyirsiniz.
Münaqişənin baş vermək ehtimalı da böyükdür. Bunun da başlıca
səbəbkarı siz olacaqsınız.
Qız
Dostlarla görüş üçün münasib gündür. Romantik macəra, yeni tanışlıq
ehtimalı da böyükdür. Bu gün vaxtınızın çox hissəsini evdən kənarda
keçirəcəyiniz gözlənilir. Çünki rədd edə bilmədiyiniz dəvətlər
alacaqsınız.
Tərəzi
Bu gün qeyri-rəsmi görüşlər üçün əlverişlidir. Ehtimal ki, sizi bu
gün ad gününə, yaxud da yubileyə dəvət edəcəklər. Ulduzlar bildirir
ki, bu gözlənilməz dəvətlə əlaqədar planlaşdırmadığınız məsrəflər
olacaq.
Əqrəb
Çox da ümidverici gün deyil, heç bir dəyişiklik də gözlənilmir.
Çoxlu qayğı və işləriniz olacaq. Yaşlı qohumlarla münasibətdə
ehtiyatlı olmağınız məsləhətdir. Onların bu gün sizin yardımınıza
daha çox ehtiyacları var.
Oxatan
Şəxsi həyatınızda dəyişklik olmasını istəyirsinizsə, diqqətli
olmalısınız. Bu gün təməli qoyulan münasibətlərin ciddi olacağı
bildirilir. Təəssüf ki, çoxdan bəri arzuladığınız tədbir
ümidlərinizi doğrultmayacaq və kifayət qədər darıxdırıcı
olacaq.
Oğlaq
Uğurlu və maraqlı gündür. Siz gününüzü nəyə həsr etmək lazım
olduğunu yaxşı biləcəksiniz. Yaradıcılıq potensialınız çox
yüksəkdir və inadkarlıqla ideyaların reallaşdırılmasını tələb
edəcək. Bu gün özünüzü qeyri-adi, əhəmiyyətli işə həsr edə
bilərsiniz.
Dolça
Sizin ən yaxşı keyfiyyətləriniz bu gün daha çox özünü göstərəcək. O
üzdən də əks cinsin nümayəndələrini cəlb etmək şansınız hər an
artacaq. Ehtiyatlı olun, ehtiyatsız addım sizin yarınızın qəlbinə
toxuna bilər. Bu gün istənilən tədbirin reallaşdırılması baxımından
münasib gündür.
Balıqlar
Yüngül, maraqlı gün gözlənilir. Elə bir gün yaşayacaqsınız ki,
sonradan onu xatırlamaq xoş olacaq. Ulduzların proqnozuna görə, bu
gün sevinmək üçün əlinizdə çoxlu əsas olacaq. Dostlar qeyri-adi
təklif irəli sürəcəklər, razılaşın. Yeni təəssüratlar xoş olacaq.