Ulduz falı – Bu gün sizi əsl müharibə gözləyir
Qoç
Peşəkarlıq baxımından bu gün xoşbəxt gələcəyinizin təminatı ola biləcək addım atacaqsınız. Tək tələb olunan sizin çalışqanlığınızdır. Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilir. Bəlkə yaxında evlənmə təklifi aldınız. Avtohəvəskarlar yollarda daha ehtiyatlı olmalıdırlar, əsasən uzun səyahətə çıxanlar.

Buğa
Müttəfiqlərinizin və iş yoldaşlarınızın tələblərinə baxmayaraq sonu vacib müqavilə ilə bitən işə əl atacaqsınız. Maddi baxımdan çətinliklərlə qarşılaşa bilərsiniz. Ətrafınızda söz-söhbət yaranacaq. Bu, işlərinizə və ailə sakitliyinə zərər gətirə bilər. Özünüzü son dərəcə ağıllı və təmkinli aparmağınız məsləhətdir.

Əkizlər
Karyera yüksəlişində sizi heç nə gözləmir, çünki iş həyatını kənara buraxıb, özünüzü romantikaya həsr edəcəksiniz. Nəhayət, sevginizə sahib çıxmağın vaxtı gəldi. Əhval-ruhiyyəniz tez-tez dəyişəcək. Səyahətə çıxmağınız və böyük işlərə əl atmağınız məsləhət deyil. Saxlamlığınızı qoruyun ki, gələcəkdə problemlər yaranmasın.

Xərçəng
Bu gün sizi əsl müharibə gözləyir. Çox güman ki, işlər məhkəmə, vəkil və əmlak bölgüsü ilə sona çatacaq. Bu proqnozlar sizin işgüzar və şəxsi həyatınızda əksini tapacaq. Rəhbərliyin qəzəbinə gəlməmək üçün diqqətli olmağınız lazım gələcək. Yeganə təsəlli yeni məhəbbətin ortaya çıxması olacaq.

Şir
Işdə uğur gözlənilmir. Boş dedi-qodu ucbatından işdənçıxma ehtimalı da ola bilər. Amma bu yalnız ehtimaldır, ona görə ürəyinizi sıxmayın. Ailədə bir sıra problemlər ortaya çıxacaq, başqa yerə köçməyiniz söhbət mövzusuna çevrilə bilər. Bu, sağlamlığınıza təsir edə bilər, özünüzü qoruyun.

Qız
Gün xoş olmayan sürprizlər hazırlayıb. Pul itirmək ehtimalınız çox olacaq. Onların bir qismi iş yoldaşlarınızla fikir ayrılığının nizamlanmasına, digəri isə yeni layihənin irəli sürülməsinə xərclənəcək. Ehtimal ki, uşaqlarınızın təhsilinə vəsait ayırmalı olacaqsınız. Sağlamlığınıza diqqət yetirin, xəstələnə bilərsiniz.

Tərəzi
Bu gün yeni layihələrə start götürəcək, amma uyğunsuzluqlara və çətinliklərə hazır olmalısınız. Buna baxmayaraq bu gün yaxşı gəlir əldə edəcəksiniz. Şəxsi həyatınızda vəziyyət gözəl olacaq. Ailənizdə kiminsə sizə ehtiyacı olduqda köməyinizi əsirgəməyin.

Əqrəb
Bu gün yaxşılığınızı istəməyən insanlar işlərinizə əngəl törədəcəklər. Mövqeyinizi saxlamaq üçün əlinizdən gələni etməlisiniz. Qənaətcil olmalısınız. Ailədə problemlər üzə çıxacaq. Bəziləri sizi əməkdaşlarınız arasında rüsvay etmək istəyəcək. Güclu olsanız maneələri dəf edə biləcəksiniz.

Oxatan
Bir sıra problemlərin həllindən sonra işləriniz yoluna düşəcək. Rəqiblərinizin hücumuna məruz qalacaqsınız. Əməkdaşlarınızla yeni iş qurmaq sayəsində əlavə pul qazanmaq imkanı yaranacaq. Ailənizdən dəstək görəcəksiniz, yalnız sevgiliniz narazı olacaq

Oğlaq
Özünüzü çox gözəl hiss edəcəksiniz. Yeni layihələrə imza atmağınız gözlənilir. Həm öz, həm də dost və yaxınlarınızın problemlərini həll edəcəksiniz. Təəssüf ki, şəxsi həyatda belə diplomatiya uğur gətirməyəcək. Sevgilinizdən ayrılma ehtimalı var. Amma bunun üçün ruhdan düşməyə dəyməz.

Dolça
Bu gün inadkarlıq və təlaş zamanıdır. Peşəkar həyatınızda özünüzü doğrultmaq hissi oyanacaq, lakin rəhbərlik və iş yoldaşlarınız sizi başa düşməkdə çətinlik çəkəcəklər. Şəxsi münasibətlərdə qarşı tərəfə nə isə sübut etməyə çalışacaqsınız. Özünüzü çox yormayın, çünki bu ay sizi yeni məhəbbət gözləyir.

Balıqlar
Bir tərəfdən bəxtiniz gətirəcək, digər tərəfdən isə yox. Bu gün çoxdan etmək istədiyiniz işi həll edəcəksiniz. Qarşınızda əngəllər olacaq. Iradənizi toplasanız işlərin öhdəsindən gələcəksiniz. Sevgilinizlə münasibətə özünüzü bir az aqressiv aparacaqsınız. Çalışın onu dinləyib nə istədiyini anlayasınız, əks-təqdirdə ayrıla bilərsiniz.
Print Email
FaceBook Twitter Google