Qoç
Gözəl bir həyat yaratmaq sizin əlinizdədir, bunun üçün parçaları
(pazl) seçib bir yerə yığmalı olduğunuzu unutmayın. Qarşılaşdığınız
hər şey nağılın bir hissəsi olmaq üçün qarşınıza çıxır.
Bəzən sağalmağınıza kömək edəcək insanlar həyatınıza daxil olur.
Amma siz onları layiqincə dəyərləndirə bilmirsiniz.
Sakit, amma yorucu gün sonu evə qayıtmaq həzz verici ola bilər.
Unutmayın nə siz,
nə də ətrafınızdakılar dünənki insanlar
deyilsiniz.
Bu səbəbdən də dünən etdiyiniz səhvləri təkrarlamamalısını.
İnsanlara güvənməmişdən öncə iki dəfə düşünməlisiniz.
Güzgüyə baxın, hər şeyi bir kənara qoyub, özünü tanımaq da yaxşı
olardı.
Buğa
Həll edilə bilən problemlər qarşısında özünüzü itirməmək üçün
kifayət qədər çox çalışdınız. Keçmişdə nələrin öhdəsindən
gəldiyinizi xatırlayaraq, özünüzü təbrik edin, qürur duyun
özünüzlə.
İndi maraqlı, rəngarəng həyat yaşamağın zamanıdır.
Ağ-qara günləriniz geridə qaldı və siz qarşınızda duran pillələri
uğurla qalxdınız.
İndi yeni təməllər qoymaq və həyatınızın daha maraqlı etmək üçün
çalışmalısınız.
Siz çox şeyə qadirsiniz. Havaya çıxın, əlinizdən gələni etməyə
çalışın. O zaman kim olduğunuzu biləcəksiniz. O qədər güçlüsünüz
ki..
Sən fərqli ol, hər kəsin başı torpağa basdırılıbsa, bu o demək
deyil ki, sən də etməlisən.
Əkizlər
"Bəli!" bu gün sizin gününüzdür. Siz şanslısınız, şanslı yerdəsiniz
və bunu bilirsiniz.
Qarşınızda məqsdələriniz olsun, hara getdiyinizi dəqiq bildiyiniz
müddətcə hərəkətdən qalmayın.
Yola çıxın və həyat sizi təəccübləndirəcək.
Risk alın,gözlərinizi yumun və ağlınıza gələni edin.
Nə görürsünüz, nə hiss edirsiniz və həyatınızı daha dolğun və
xoşbəxt edən nədir?
İndi istəklərinizi həyata keçirməyin əsl zamanıdır. Çünki bütün
varlığınızla xoşbəxt olmağa layiqsiniz.
Hədəfinizə çatmaq üçün intuisiyanıza etibar etməlisiniz.
Başqalarının sizinlə bağlı fikirlərinin həyatdakı fəaliyyətinizə
təsir etməsinə imkan verməyin.
Çox uğurlu bir gündür.
Xərçəng
Bu yerə çatmaq üçün çox mübarizə aparmışınız.
Rahatlıq nədir bilməmisiniz, sözün əsl mənasında həyatınız mübarizə
ilə keçib, sərhədlərinizi genişləndirmisiniz və indi
burdasınız.
Məqsədinizi yaşayırsınız və onu hər şəkildə həyata keçirirsiniz.
Burada maddi, emosional və zehni məmnunluq yaşayırsınız.
Artıq siz tanınırsınız. Parlaq gələcəyin təməlini qoyurmusunuz.
Nəzərdə tutduqlarınızla qarşınıza çıxanlar arasında ziddiyyət hiss
edirsinizsə, hansı yolla getməyinizdən asılı olmayaraq, özünüzü
daha yaxşı hiss edən işləri indi görün.
Sonunda olmaq istədiyiniz yerə çatacaqsınız.
Şir
Həyatdan iki fərqli şey istəmək o qədər də pis bir şey olmaya
bilər.
Əslində, hər şeyi necə idarə etdiyinizdən asılı olaraq,
bir-birlərini mükəmməl harmoniya ilə qarışdıra və ya tarazlaya
bilərlər.
Bu gün bir az təmiz havadan, təzə mehdən həzz alın.
Tamamilə rahat hiss etmək üçün duşda əlavə vaxt keçirin.
Ətrafınızda bir kaktus var, bu o demək deyil ki, siz ona əl
atmalısınız. Zərərli vərdişlərdən və insanlardan uzaq durmağa
çalışın.
Zamanınızı tək keçirməyi də seçə bilərsiniz. Dostlarla əyləncəli
bir gün də ola bilər. Çox fikri edirsiniz. Sizi ümidsiz hiss
etdirən nədir?
Qız
Siz elə gəlir ki, bu gün içində olduğunuz vəziyyət heç bitməyəcək.
Dayanın! Həyatınızı dəyişmək, yeniliklər əldə etmək üçün, nədənsə
imtina etməyi də bacarmalısınız.
Kütlənin səs-küyünü dayandırmaq və öz həyatınızda bir addım atmaq
üçün cəsarətli olun. Seçimləriniz gələcək qorxuları və ya
keçmişinizin səhvləri deyil, sevinc və ehtirasdan gəlsin. Yəni
sevməyə çalışın, qorxularla addım atmayın. Həyat qısadır. Sabah
üçün kimsə sizə zamin dura bilməz. Bir gün tək qaldığınız da bu
günü fikriləşib, peşman olmamaq üçün bu gün addım atın. Fərqli bir
yol yaradın Keçmişdən dərs alın.
Özünüzə daha yaxşı bir həyat borclu olduğunuzu unutmayın.
Tərəzi
Həyat bir az ciddiləşə, sərtləşə bilər və siz bunun tam əksini
düşünürsünüz. Keçmişlə indiki, yaxşı ilə pis, doğru ilə yanlışı bir
-briindən ayırmağa çalışırsınız.
Amma həyat bu qədər aydın olsaydı, insanlaırn səhvi olmazdı.
Həmişə orta yer var və siz hər yerdə o rahat yeri tapa
bilrisiniz.
Bu gün bu istedaddan özünüz üçün istifadə etməyə çalışın.
İndiki həyat tərzinizi dəyişmək istəmirsinizsə, andan istifadə
etməyi bacarın.
Sizə limon təqdim olunur, nə edəcəyiniz tamamilə sizə bağlıdır.
Yəni şanslarınız açıqdır, hər şey sizdən asılıdır.
Əqrəb
Bur qədər mübarizə yetməzmi?
Bir az ara verin.
Fasilə vermisinizsə, yolunuza tam əminliklə qayıda bilərsiniz.
O qədər güçlü olmağınıza baxmayaraq, güçlü olduğunuzun fərqində
deyilsiniz.
Əgər bu sizi xoşbəxt edirsə, böyük jestlərlə olmasa belə, kiçik
şeylərlə özünüzə mümkün qədər mehriban davranaraq xoşbəxt olmağa
çalışın.
Qısa bir müddət əvvəl bataqlıqda idiniz, unutmusunuzmu?
Ürəyinizin səsini dinləyin. Emosiyalarınız istiqamətinizi
tapmağınıza kömək edə bilər. Artıq içə qayıtmağın vaxtıdır.
İndiyə qədər işlər bir az çətin olub. Amma artıq hər şey yoluna
düşür.
Amma diqqətli olun, hər qırmızı xalça gözəl yerə aparmır və hər
qeyri-adi yol dalana dirənmir. Bunu unutmayın və ümidinizi
itirməyin.
Oxatan
Son vaxtlar həqiqətən faydalı hiss etdirən bir işlə razılaşmısan.
Bununla da hər şeyin normala döndüyünü görürüsən.
Keçmişdən gələn gizli bir narahatlığın təsiri altında ola
bilərsiniz.
Yavaş-yavaş həyatınızdan yox olmağa başlayan bir şeyin arxasınca
getməyə çalışırsınız.
Bu gün sizə istədiyiniz həyatdan həzz almaq, prioritetlərinizi və
qarşıdakı yol üçün baxışlarınızı yenidən qurmaq imkanı verir.
Saxtakar insanların sizi öz dəyərlərinizə şübhə etməsinə imkan
verməyin.
Oğlaq
Sən tək deyilsən. Düzgün insanlarla tanış olanda onlar sizi
görəcək, eşidəcək və başa düşəcəklər.
İndi bu instinktiv hissə etibar edin.Ailənizdən yardım istəməyə
çəkinməyin. Hər döyüşdə tək vuruşmalı, bütün problemləri tək həll
etməli deyilsiniz.
Etməli olduğunuz şey sizə lazım olan üçün mübarizə aparmaq, istəmək
və kainatın onu sizə gətirməsinə icazə verməkdir. Çox tez təslim
olmaq indi daha asan görünə bilər. Amma sabahın daha asan olacağına
kim zəmanət verə bilər?
Siz artıq əlinizdən gələni edirsiniz, ona görə də özünüzü
günahlandırmaqdan əl çəkin.
Dolça
Siz özünüzdən daha böyük bir güc tərəfindən qorunursunuz, buna görə
də insanları və ya əşyaları itirmək qorxusu yaşamırsınız.
Narahatlıqlarınızı bir kənara qoyub, qazanmağa çalışın.
Həyatınızın cilovu sizi əlinizdədir.
Həyəcanla irəliləyin. Riskli addımlar ata bilərsiniz və bunun
müqabilində adekvat mükafat alacağınıza əmin olmalısınız.
İntuisiyanız sahib olduğunuz ən güclü silah ola bilər, ona görə də
ondan maksimum yararlanın. Ürəyinizin apardığı yolla getdiyiniz
müddətcə səhv edə bilməzsiniz.
Balıq
Həyatda taleyin gətirdiyi hər şeyə təslim olmaq kimi xarakteriniz
var.
Bu sizi gücsüz hiss etdirsə də,unutmayın ki, sizə qayğı göstərən
sizdən daha böyük güclər var.
Siz onlaırn sayəsində yenilməzsiniz. Limitlərinizi təyin edin və
kainatın sizə kömək etməsini xahiş edin. Yalnız başqalarına kömək
etmək missiyanız deyil, həm də özünüzə qarşı böyük və eyni dərəcədə
vacib bir məsuliyyətiniz var. Ən böyük öhdəliyiniz özünüz
qarşısındadır. Siz inkişaf etməli və böyüməlisiniz.