Qoç
İndi edilən kiçik praktik dəyişikliklər sonradan sizə böyük
mükafatlar qazandıra bilər.
Lakin bəzi Qoçlar bu gün bəzi məqamlarda əsəbi ola bilər.
Həyatınızda tarazlıq haqqında bir qədər narahat bir hiss yaşaya
bilərsiniz, sanki irəli və geri gedirsiniz. Bir tərəfdən diqqətli
olmaq və yavaşlama ehtiyacı hiss edə bilərsiniz, digər tərəfdən bir
arzunun arxasınca getmək üçün təzyiq
və səbirsizlik hiss edə
bilərsiniz.
İşləri irəli aparmazdan əvvəl planları dəqiq tənzimləmək və
detallarla məşğul olmaq məntiqli ola bilər. Hələlik, daxili
aləminizdə vəziyyəti sakitləşdirməyincə, xarici aləmlə döyüşməmək
daha yaxşıdır.
Buğa
Gün sizin daha çox istirahət və düşünməyə ehtiyac olduğunuzu
göstərir. Bu yaxınlarda yeni vəzifəyə təyinat ala bilərsiniz. Amma
bu müvəqqəti olaraq daha məhdudlaşdırıcı və ya yorucu görünə bilər.
Başqalarının qarşısındakı məsuliyyətlər ev işlərinə mane ola
bilər.
Maneə ilə qarşılaşdığınız zaman sərhədlər təyin etmək və ya geri
çəkilmək cəhdləri faydalı ola bilər. Bəzi işlərinizdə zamanlama
səhv ola bilər, yəni düzgün zaman süeçməmiş ola bilərsiniz.
Gecikmələrlə qarşılaşsanız, bunu bir yönləndirmə kimi qəbul edin və
yönləndirmənin sizi daha yaxşı bir yola aparacağını düşünün.
Bu gün işlərin öz axarı ilə getməsinə imkan verin, bu sizin üçün
daha asan olacaq. Komanda işi faydalı ola bilər. Bacarıqlarınız və
perspektivləriniz haqqında yaxşı təsəvvürə malik olmaq qərar qəbul
etməyi asanlaşdırır.
Əkizlər
Bu gün hansısa ideya və ya layihə ilə bağlı bəzi narazılıqlarla
rastlaşa bilərsiniz.
Və ya öz yolunuzu və taleyinizi yazmaq istəyinə düşə
bilərsiniz.
Amma məsuliyyətlər, öhdəliklər qarşınıza çıxır.
Odur ki, daha diqqətli olmağa çalışın.
Planlarınızın təfərrüatları diqqət mərkəzində olmaya bilər.
Lakin siz addım atdıqca, nə istədiyinizə əminlikə qərar verə
biləcəksiniz.
Bu arada qəti planlar qurmamağa çalışın. Bu gün sizin üçün nəyin
daha yaxşı olduğunu diqqət mərkəzində saxlamaq daha asan
olacaq.
Həyatınızı, nizama salmağa çalışın.
Xərçəng
Enerji səviyyələriniz bu gün yaxşı vəziyyətdə olmaya bilər.
İstəkləriniz və növbəti addımınızla bağlı özünüzü günahkar və ya
qərarsız hiss edə bilərsiniz. Vəzifə və məsuliyyətlərinizdən həddən
artıq yüklənmiş hiss edə bilərsiniz. Nə olursa olsun, onlar
müvəqqətidir. Gün sizə işləri yavaş-yavaş və düzgün şəkildə etməyi
xatırladır. Öhdəlikləriniz həmişəkindən daha məhdudlaşdırıcı görünə
bilər. Çünki onlar öz işinizlə məşğul olmaq istəyinizlə ziddiyyət
təşkil edir. Bəzi incikliklər üzə çıxa bilər. Bu incikliklərin
davranışınızı idarə etməsinə icazə verməkdənsə, onlardan öyrənməyə
çalışmalısınız.
Şir
Bu gün hansısa məqamda özünüzü həbsdə və ya başqaları və ya
şərtlərlə məhdudlaşdırılmış hiss edə bilərsiniz.
İnsanlar sizi ləngidir və ya istəklərinizi həyata keçirməyə mane
ola bilər. Münasibətlərdə hisslərin dərinliyi və ya möhkəmliyi ilə
bağlı sual yarana bilər. Düzəlişlər etmək vaxtıdır, özünüzü daha
inamlı hiss etdiyiniz və vaxtın doğru olduğu anı gözləyin. Gün
irəlilədikcə əhvalınız düzəlir.
Özünüzü olduğunuz kimi qəbul etmək əsas emosiya ola bilər. Sizi
ruhən qidalandıran, daha təhlükəsiz və rahat hiss etdiyiniz yerə
aparacaq bu hisslər üçün tezliklə minnətdar ola bilərsiniz.
Qız
Bu gün ümumiyyətlə işləmək, öyrənmək və paylaşmaq üçün yaxşı
vaxtdır. Bununla belə, kiçik gecikmələr və ya vaxt problemləri
yarana bilər. İrəli getmək cəhdlərinin qarşısı alınmış kimi
görünür. Basdırılmış istəklər birdən-birə ortaya çıxa bilər,
incikliklər də! Bu gün özünüzü kənarda hiss edə bilərsiniz.
Tərəfdaşınızla aranızda fasilə yarana bilər və ya hərəkətə
keçməyinizə mane olan gecikmə ola bilər. Bununla belə, kiçik
narahatlıqlar nəticədə daha çox anlayışa səbəb ola bilər.
Gün keçdikcə sakitləşəcəksiniz və sakit düşünmək daha asan
olacaq.
Tərəzi
Məsuliyyətlər və ya qaydalar bu gün həmişəkindən daha ağır görünə
bilər. Yəqin ki, indi sizə çəkilən sərhədləri daha aydın görürsünüz
və onlara görə az narahat olursunuz. Düzgün vaxt seçməmisiniz.
İnsanlar niyyətlərinizi və ya hərəkətlərinizi səhv şərh edə
bilər.
Yaxşı olardı ki, lazımi düzəlişləri etməyə diqqət edəsiniz. Risk
etməyin.
Gün keçdikcə məyusluqlarınız keçəcək. Bəzi insanlarla məsafənizi
artırmağa cəhd edə bilərsiniz.
Əqrəb
Bəzi məqamlarda bu gün məsuliyyətlər sizin üçün daha çətin görünə
bilər. Gün içində motivasiyanızı çökdürəcək, bəzi uğursuzluqlar ola
bilər.
Sizin üçün uğurlu gün deyil. Sanki bu gün hansısa bir qüvvə sizi
istəklərinizdən geri atır.
Biznesin dərinliyinə getmədən əvvəl hər şeyin qaydasında olduğundan
əmin olmaq yaxşı bir fikir ola bilər.
Tənqid sizi əsəbləşdirə bilər, iamma nəticədə sizə kömək edə bilər.
Düzgün və yaxşı niyyətli yerdən gəldiklərinə əmin olduğunuz
müddətcə onlara qulaq asın. Gün hisslərinizi aktivləşdirir və sizə
hər şeyin öhdəsindən gələ biləcəyinizi hiss etdirir.
Oxatan
Sakitləşin. Bu sizin üçün çox vacibdir.
Həyatın adi səs-küyündən qaçmağa çalışırsınız.
Amma bu gün bu mümükn kimi görümür.
Gün həyatınızın yeni nizama ehtiyacı olduğunu göstərə bilər.
Nəticədə, siz asılılıqlarınızı və ya pula münasibətinizi dəyişməli
olduğunuzu görə bilərsiniz. Yaxınlarınızla işləmək əvəzinə
bir-birinizin yolunu kəsdiyinizi hiss edə bilərsiniz. Praktiki
məsələlərə və təfərrüatlara diqqət yetirmək, vaxtla bağlı
problemlər düzələnə qədər yaxşı nəticə verə bilər.
Özünüzü çox yormayın. Buraxın bu gün sizin əvəzinizə də
düşünsünlər.
Oğlaq
Bu gün yeni işə başlamaq və ya iş rejiminizi dəyişdirmək üçün
mükəmməl vaxt olmaya bilər. Hisslərinizi çatdırmaqda çətinlik çəkə
və ya başqalarının sizə qarşı laqeyd olduğunu hiss edə bilərsiniz.
Hər halda, məhdudiyyətlər adi haldan daha ağırdır.
Bir şeylə irəliləmək istəyə bilərsiniz, ancaq onu həyata keçirməyə
və ya insanları inandırmaq üçün düzgün sözləri seçməyə gəldikdə,
özünüzdən istədiyiniz performansı göstərə bilməzsiniz. Bu
problemlərin kökündə qorxu dayanır və bəlkə də səbirlə onunla
mübarizə aparmaq daha yaxşıdır. Güvəninizi bərpa edə bilənə qədər
gözləmək yaxşı fikirdir.
Dolça
Bu gün əsasən pul məsələlərində etibarsızlıq yarana bilər.
Başqa bir səviyyədə, bu, inam, özünə dəyər və başqalarının sizə
dəyər verib-verməməsi ilə bağlı ola bilər.
Gün içində idarə oluna bilən müsbət, məhsuldar işlərə fokuslansın.
Bu günün enerjiləri incə ambisiyalar üçün yaxşıdır.
Siz həyatda daha incə şeyləri qiymətləndirirsiniz və gələcəyinizi
bir şəkildə təmin etmək üçün səy göstərməlisiniz.
Vəzifələrinizi və başqalarının gözləntilərini daha güclü hiss
edirsiniz.
Məsuliyyətlərinizin nə olduğunu bilirsiniz. Hərdən bir
xarakterinizi düşünün. Laqeyidlik sevgisizlik doğrur.
Balıq
Bu gün sizə zaman-zaman vəzifə və ya öhdəliklərin ağırlığını hiss
etdirə bilər. İstəklərinizi həyata keçirmək üçün gözləyin.
Nəsə etmək və ya irəliləmək istəyiniz güclüdür, lakin aradan
qaldırılması üçün maneələr ola bilər.
Məsələn, hazırda planlarınızı pozan səhhət və ya iş probleminiz ola
bilər və ya özünüzü müvəqqəti olaraq zəif hiss edə bilərsiniz. Bu
hisslər sizi müsbət istiqamətdə istiqamətləndirə bilər. Gün içində
məyuszluğunuz keçəcək. Həyatda nəyiniz çatmır? Sevgimi? O da gəlib
sizi tapacaq, rahat olun.