Qoç, 25 oktyabr, 2023-cü il
Vacib görüşləri və ciddi söhbətləri təxirə salmayın.
Günün birinci yarısı həm iş, həm də şəxsi məsələləri müzakirə edə
bilərsiniz. Əvvəllər sizin fikrinizlə maraqlanmayan insanlar
fikirlərinizi dinləməyə və diqqətə almağa hazır olacaqlar.
Fikirlərinizi elə danışacaqsınız ki, onlara heç kim biganə
qalmayacaq. Bu gün asanlıqla yeni müttəfiqlər və köməkçilər tapa
bilərsiniz.
Günün ikinci yarısı istənilən fəaliyyət, iş və təhsil, yaradıcılıq
üçün əlverişli zamandır. Maliyyə məsələlərinin həlli uğurlu olacaq.
Nəğd pul alacaqsınız. Pulunuzu sizə lazım olan,uzun müddətdir ki,
gözləyən ehtiyaclarınıza xərcləyəcəksiniz.
Buğa, 25 oktyabr, 2023-cü il
Gün dolu keçəcək və məhsuldar olacaq. Eyni anda bir neçə işi
görməyə hazır olun.
Bu gün işiniz çox olacaq. Çalışın heç nəyi gözdən qaçırmayasınız.
Gərgin anlaırn olmasına baxmayaraq, böyük, keçilməz çətinliklər
gözlənilmir. Mürəkkəb işlərin öhdəsindən uğurla gələcək, heç nəyi
unutmayacaq və ya gözdən qaçırmayacaqsınız.
Günün ilk yarısında qərarlarınızı özünüzü verin, heç kimi
dinləməyin. Belə olarsa, həm sonradan peşman olmazsınız, həm də,
heç kimə izahat vermək məcburiyyətində qalmazsınız.
Günün ikinci yarısında yeni müttəfiqlər tapmaq şansı yaranacaq.
Fikirləriniz çoxlarının xoşuna gələcək. Axşam yaxınlarınızla
ünsiyyət, xoş təəssürat yaratmaq istədiyiniz insanlarla görüş üçün
əlverişlidir.
Əkizlər, 25 oktyabr, 2023-cü il
Tələsməyin. Günün birinci yarısı məqsədlərinə tez çatmağa öyrəşmiş
insanlar üçün olduqca çətin olacaq.
Hadisələr istədiyinizdən çox yavaş inkişaf edəcək və mühüm
məsələlərin həlli təxirə salınmalı olacaq. Eyni zamanda işdə fikir
ayrılıqları və mübahisələr gözlənilir.
Günün ikinci yarısında müsbət tendensiyaların təsiri sürətlə
artacaq. Bu saatlarda sizi xoş sürprizlər və uğurlu təsadüflər
gözləyir. Bu zaman şəxsi münasibətlər baxımından xüsusilə əlverişli
olacaq. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək.
Əkizlər bürcü günün birinici yarısına səbr etsələr, ikinci yarısı
bütün problemlərin əslində o qədər dəağır olmadığını başa
düşəcəklər.
Xərçəng, 25 oktyabr, 2023-cü il
Günə ciddi əhval-ruhiyyə ilə başlaya bilməyəcəksiniz.
Günün birinci yarısı bir çox Xərçənglər arzular, xəyallar aləmində
olacaq. Mövcud vəziyyəti obyektiv qiymətləndirə bilməyəcəklər.
Ətrafınızda hadisələrə daha real baxan insanlar faydalı məsləhətlər
verəcəklər. Onları dinləyin, belə olarsa səhv etməzsiniz.
Günün ikinci yarısı uğurlu olacaq. Son zamanlar sizi narahat edən
problemlər gözlənilmədən tez həll olunacaq və bir çox vacib
suallarınıza cavab tapaacqsınız. Bu vaxt ailə tədbirləri, dostlarla
və digər yaxınlarınızla ünsiyyət üçün münasibdir.
Şir, 25 oktyabr, 2023-cü il
Gün çox dolu və maraqlı olacaq. Amma hər şey asan olmayacaq. Bəs
çətinliklər sizi geri çəkilməyə və planlarınızdan əl çəkməyə məcbur
edəcəkmi? Əlbəttə yox! Siz israrlı olacaq, məqsədinizə çatmaq üçün
bir yol tapacaqsınız.
Ətrafınızdakı insanlar biznesə yanaşmanızı bəyənəcək, çoxları sizi
daha yaxından tanımaq istəyəcək. Əməkdaşlıq təklifləri istisna
edilmir.
Həmişəkindən daha çox narahatlıq olsa da, istirahət üçün vaxt
olacaq. Yaxın insanlar sizinlə dostluq etməkdən, xoş xəbərləri
bölüşməkdən və sizə maraqlı bir şey təklif etməkdən məmnun
olacaqlar.
Köhnə tanışlarınıza özünüzü xatırladın. Onlar sizinlə söhbət
etməkdən məmnun olacaqlar.
Qız, 25 oktyabr, 2023-cü il
Gün işgüzar ünsiyyət üçün münasibdir. Çoxdan dəstəyini almaq
istədiyiniz insanlarla söhbət edəcəksiniz.
Söhbətləriniz onlarda xoş təəssürat yaradacaq, onlar sizin
fikirlərinizlə maraqlanacaqlar. Potensial işəgötürənlərlə görüşlər
yaxşı keçəcək.
Bu gün imtahanı olan Qızla imtahandan uğurla çıxacaqlar.
Gün ərzində müsbət tendensiyaların təsiri üstünlük təşkil etsə də,
əhval-ruhiyyə bəzən pisləşə bilər.
Bu emosional fonun qeyri-sabitliyindən yaranır. Hər şey yolunda
getməmiş kimi görünsə belə, optimist olmağa və ruhdan düşməməyə
çalışın. Yaxşılığa doğru dəyişikliklər sizi uzun müddət
gözlətməyəcək!
Tərəzi, 25 oktyabr, 2023-cü il
Bu gün yeni tanışlarda xoş təəssürat yaratmaq çətin olmayacaq.
Onlar sizin güclü və ən yaxşı keyfiyyətlərinizi dərhal görəcəklər.
Bu işdə sizə böyük kömək edəcək.
Potensial müttəfiqləri inandırmaq üçün uzun müddət sərf etməli
olmayacaqsınız.
Tez bir zamanda layihələrinizdə işə qoşulmaq istəyən insanları
tapacaqsınız. Hətta əvvəllər dost olmayan insanlar da sizin
istəklərinizi rədd etməyəcəklər.
Gündəlik fəaliyyətlər darıxdırıcı və yorucu görünə bilər.
Yeni bir layihəyə başlamağı düşünürsünüz. Bu fürsət günortadan
sonra yaranacaq. Əvvəllər çox az adamın bildiyi istedadlarınızdan
istifadə edəcəksiniz.
Əqrəb, 25 oktyabr, 2023-cü il
Günün əvvəlində uzun mübahisələrdən qaçmağa çalışın. Hətta kiçik
fikir ayrılıqları başqaları ilə münasibətlərinizə mənfi təsir
göstərə bilər.
Mübahisələr məhsuldar işlərə mane ola bilər.
Belə olduğu təqdirdə isə, həm sizin, həm də yaxınlarınızın
əhval-ruhiyyəsini poza bilər. Bu zaman diqqətinizi təkbaşına həll
edə biləcəyiniz məsələlərə yönəltməyiniz tövsiyyə edilir.
Günün ikinci yarısı isə əksinə, ünsiyyət və ciddi məsələlərin
müzakirəsi üçün çox əlverişli olacaq. Yeni tanışlarla tez
anlaşacaq, sevdiklərinizi mükəmməl başa düşəcəksiniz. Axşam
dostları ziyarət edə bilərsiniz.
Oxatan, 25 oktyabr, 2023-cü il
Bütün vacib işləriniz günün birinci yarısı həll etməyə çalışın.
Günün birinci yarısı mürəkkəb problemlərin və ciddi məsələlərin
həlli üçün əlverişli olacaq və bir çox yeni imkanlar açacaq.
İşgüzar görüşlər yaxşı keçəcək.
Həmkarlar, rəhbərlik, biznes tərəfdaşları ilə fikir ayrılığı
olmayacaq.
Günün ikinci yarısı bir qədər çətin olacaq. Oxatanlar bu saatlarda
bəzən səbəbini anlamasa belə, xırda şeylərdən narahat olacaq.
Bu gün sizi tez-tez tənqid edən və ya xoşagəlməz fikirlər söyləyən
insanlardan uzaq durmağa çalışın. Onlarla ünsiyyət uzun müddət
əhvalınızı poza bilər.
Oğlaq, 25 oktyabr, 2023-cü il
Çoxlu yaxşı fikirlər ortaya çıxacaq. Ancaq onları tətbiq etməyə
tələsməyin.
Əvvəlcə bütün müsbət və mənfi cəhətləri ölçməli və təcrübə və
biliklərinə etibar etdiyiniz insanlarla məsləhətləşməlisiniz. Bu
gün bir çox Oğlaqlar öz güclərini və imkanlarını həddindən artıq
qiymətləndirməyə meylli olacaqlar.
Bu isə, böyük səhvlərlə nəticələnə bilər. Gün əvvəl başlayan işləri
yerinə yetirmək, həmçinin təşkilati məsələlərin həlli üçün münasib
olacaq.
Köhnə dostlarınız və ya tanışlarınızla çıxdığınız səfərlər uğurlu
olacaq. Axşam kiçik alış-veriş edə bilərsiniz. Pulunuzu ehtiyacınız
olmayan heç nəyə xərcləməyin.
Dolça, 25 oktyabr, 2023-cü il
Gün iş üçün əlverişlidir. Bu gün bütün işlərdə bəxtiniz
gətirəcək.
Maraqlı əməkdaşlıq təklifləri ola bilər və karyera yüksəlişi üçün
yeni imkanlar açılacaq. Bacarıqlarınıza şübhə etməyin. Uğura nail
olmaq göründüyündən daha asan olacaq.
Başqaları ilə ortaq dil tapmaq asan olacaq.
Əvvəllər anlaşmadığınız insanlarla belə tez bir zamanda qarşılıqlı
anlaşma əldə edəcəksiniz. Sizin üçün əziz olan insanla
münasibətlərinizdə yaxşılığa doğru dəyişikliklər ola bilər.
Balıq, 25 oktyabr, 2023-cü il
Günün əvvəlində özünüzdən mümkün olmayanı tələb etməyin.
Diqqətinizi cəmləyə bilməyəcəksiniz.
Çətin bir gün olmasına baxmayaraq, ziddiyyətli emosiyalara qalib
gələ bilərsiniz. Hisslərinizi sıralamaq və prioritetləşdirmək üçün
bir az vaxt lazımdır. Bunu özünüz etməlisiniz. Başqalarının təsiri
zərərli ola bilər.
Günün ikinci yarısı isə əksinə, asan və xoş keçəcək. Cəsarətli
cəhdlərinizi uğurlu nəticələnəcək. Qeyri-adi ideyaların həyata
keçirilməsi üçün əlverişli şərait yaranacaq.
Ətrafınızdakı yaxınlarnız və yeni tanış olduğunuz insanlar sizə
kömək etməkdən heç bir zaman imtina etməyəcəklər.