Ulduz falı: 13 noyabr, 2023-cü il
"Marneuli" radiosu 13 noyabr, 2023-cü il tarixi üçün ulduz falını təqdim edir:

Qoç, 13 noyabr, 2023-cü il

Bu gün insanlarla ünsiyyət həmişəkindən daha çox səbir və özünə nəzarət tələb edəcək.

Gün içində sevmədiyiniz insanlarla qarşılaşacaq və əsl hisslərinizi gizlətməli olacaqsınız. Buna baxmayaraq, çətinlik çəkmədən, münaqişələrdən qaçmağı və hamı ilə yaxşı münasibət qurmağı bacarırsınız.

Müstəqil iş üçün əla gündür. Heç kim sizə müdaxilə etmədikcə, diqqətinizi yayındırmadıqca çox mürəkkəb məsələlərin öhdəsindən tez gələcək və çətin məsələləri həll edə biləcəksiniz. Səhər pulla ehtiyatlı olmalısınız.

Axşam saatları isə, sövdələşmələr və alış-veriş
üçün əlverişli olacaq.

Buğa, 13 noyabr, 2023-cü il

İşgüzar görüşlər, iş və bizneslə bağlı istənilən məsələlərin müzakirəsi üçün əla gündür. Maraqlı təkliflər ala bilərsiniz. Cavab verməyə tələsməyin.

Bütün şərtləri sakitcə öyrənin, onları daha sərfəli hala gətirməyin mümkün olub olmadığını düşünün.

Siz yeni işləri həvəslə qəbul edirsiniz və bunu çoxu bəyənir. Cəsarət və özünə inamı olmayan insanlar üçün nümunə olursunuz.

Dostluq və ya romantik münasibətlərin başlanması üçün əlverişli gündür. Bu münasibətlər tamamilə gözlənilməz bir şəkildə inkişaf edəcək və sizə canlı duyğular verəcək.

Əkizlər, 13 noyabr, 2023-cü il

İstifadə edə bilsəniz, əla gündür. Uzun müddətdir diqqətinizdənkənarda qalmış işlərə yenidən nzəər salmağa dəyər.

Bu dəfə istədiyiniz nəticəni əldə edəcəksiniz.

Bu gözlədiyinizdən daha asan olacaq. İntuisiyanıza qulaq asın. O sizə, məqsədinizə gedən ən qısa yolu tapmağa və axmaq işlərdən çəkinməyə kömək edəcək.

Həmişəkindən daha çox işiniz olsa da, dincəlməyə də vaxtınız olacaq. Yaxınlarınıza diqqət yetirin.

Onlar sizinlə söhbət etməkdən məmnun olacaq, sizi ruhlandıra, dəstəkləyə biləcəklər. Axşam sevdiyiniz insanla vacib söhbət üçün ən yaxşı vaxtdır. Bir-birinizə deyiləsi çox sözünüz var.

Xərçəng, 13 noyabr, 2023-cü il

Faydalı işlər üçün münasib gündür. Tamamilə yeni bir iş götürə və ya, əvvəllər etdiyiniz işlərə qayıda bilərsiniz. İstənilən halda, tez bir zamanda uğur qazana biləcəksiniz.

Köməyə ehtiyacınız varsa, onu mütləq alacaqsınız. İş və ya təhsillə bağlı qeyri-adi təkliflər ola bilər. Əgər uzun müddətdir ki, həyatınızı dəyişdirmək istədiyinizi düşünürsünüzsə, doğru anı qaçırmayın.

İndi tamamilə yeni istiqamətdə ilk addımları ata bilərsiniz.

İstənilən müzakirədə yaxınlarınızla razılaşmaq asan olacaq. Əvvəllər çox cəsarətli, demək olar ki, fantastik görünən planlar bu gün daha tez reallaşır.

Şir, 13 noyabr, 2023-cü il

Hadisələr istədiyiniz qədər sürətlə getmir. Amma siz vəziyyəti dəyişə, mürəkkəb məsələlərə eynidən qayıdavə başqalarını daha sürətli hərəkət etməyə məcbur edə bilərsiniz. Liderlik keyfiyyətləri aydın şəkildə nümayiş etdirilir.

Bu səbəbdən də, siz həm başqalarını maraqlandıra, həm də onları ruhlanlandıra bilirsiniz.

Yeni tanışlıqlarda xoş təəssürat yaratmaq və sizi çoxdan bəyənənləri sevindirmək asan olacaq.

Sizin üçün çox vacib olacaq romantik bir hekayəyə başlaya bilərsiniz.

Qız, 13 noyabr, 2023-cü il

Bu gün özünüzü sakit və mehriban aparmaq, təxribatlara boyun əyməmək, əsaslandırılmış qərarlar qəbul etmək asan olmayacaq. Emosional fon qeyri-sabit olduğu üçün soyuqqanlılığı qorumaq həmişə mümkün olmayacaq. Bu, ətrafınızdakı insanları təəccübləndirir.

Sizi nəyin narahat etməsindən asılı olmayaraq, tələsik qərarlar qəbul etməyin. İnsanlar haqqında ilk təəssürat yalan ola bilər.

Bu səbəbdən də, gələn təklifləri dərhal qiymətləndirməyə çalışmayın.

Hər şeyi anlamaq üçün vaxta ehtiyac var. Və o sizdə kifayət qədərdir.

Tərəzi, 13 noyabr, 2023-cü il

Müttəfiq tapmaq üçün əla gündür. Nüfuzlu insanların dəstəyini almaq və ya onlarla dostluq etmək şansı var. Çoxu sizə işlərinizi həyata keçirməyə və ya sizə faydalı məsləhətlər verməyə, kömək etməyə hazırdır.

İntuisiya sizə dəqiq olaraq kiminlə əlaqə saxlamalı olduğunuzu söyləyəcək.

Siz mürəkkəb iş məsələlərini ilə tez məşğul olursunuz; təcrübə çox vaxt burada kömək edir.

Yaxınlarınızla fikir ayrılığı üçün heç bir səbəb ola bilməz.

Ancaq bu gün hər hansı yeni ideyaları bölüşmək, uyğun gün deyil. Əvvəlcə onlar haqqında özünüz düşünün, müsbət və mənfi cəhətlərə nəzər salın. Sonra qəti qərarınızı verin.

Əqrəb, 13 noyabr, 2023-cü il

Bu gün sizə problemlər gətirə bilər, lakin onlar əhvalınızı pozmayacaq. Siz hər şeyə rəğmən nikbinliyinizi itirməyəcəksiniz.

Çox vaxt çətin bir problemi həll etmək fürsətinə sahib olduğunuz üçün sevinirsiniz, eyni zamanda nəyə qadir olduğunuzu başqalarına göstərirsiniz. Cəsarətli eksperimentlər uğurlu olacaq, qeyri-standart həllər sizə məqsədinizə tez çatmağa imkan verəcək.

Ancaq gücünüzü çox qiymətləndirməyin.

Günortadan sonra istirahət sizə zərər verməz. Bu müddət ərzində yorucu tapşırıqlar, vacib söhbətlər planlaşdırmayın.

Sizi yaxşı tanıyan və sizi mükəmməl başa düşən insanlarla ünsiyyət üçün əlverişli zamandır.

Oxatan, 13 noyabr, 2023-cü il

Olduqca yorucu olsa da, çox məhsuldar gün olacaq. Bir neçə çətin problemi həll edəcək və artıq çox səy sərf etdiyiniz bir işdə uğur qazanacaqsınız. Köhnə dostlar tez-tez kömək edəcəklər.

Onlar həqiqətən nəyə nail olmaq istədiyinizi bilirlər və sizə ən yaxşı şəkildə necə davam edəcəyinizi söyləyə bilərlər.

Nağd pul daxilolmaları gözlənilir. Bu gün bu pul sizin üçün çox faydalı olacaq.

Bu vəsaitlə siz uğurlu sövdələşmələr edə bilər və ya sadəcə çoxdan arzuladığınız bir şeyi ala bilərsiniz.

Sevdikləriniz üçün hədiyyə seçmək də yaxşı olar. Hamını necə sevindirəcəyinizi siz daha yaxşı bilrisiniz. Axşam taleyindən narahat olduğunuz insanlardan xoş xəbərlər ala bilrəsiniz.

Oğlaq, 13 noyabr, 2023-cü il

Günün əvvəlində xırda problemlərdən qaça bilməyəcəksiniz. Amma bur problemlər əhvalınızı pozmayacaq.

Qarşıya çıxan bütün problemlərin öhdəsindən gələ biləcək və suallara cavab tapa biləcəksiniz. Bu doğrudur. Bəzi sürprizlər gözlənilir. Amma ümumilikdə vəziyyət nəzarətinizdən çıxmayacaq. Planlaşdırdığınız hər şeyi etməyə nail olacaqsınız.

Sevdiklərinizlə ünsiyyətdə olmaq sizi xoşbəxt edəcək.

Dostluq görüşü, romantik görüş və ya ailəvi tətil üçün münasib gündür. Çox vaxt sizin üçün əziz olanları mükəmməl şəkildə başa düşə bilirsən.

Həmişə onlara dəstək olmaq və kömək etmək üçün bir yol tapırsan.

Dolça, 13 noyabr, 2023-cü il

İstənilən mühüm söhbətlər günün birinci yarısına planlaşdırılmalıdır. Söhbətin nədən getməsindən asılı olmayaraq, siz mütləq doğru sözləri tapacaqsınız. Həmsöhbətinizi inandıracaq arqumentlər seçin. Heç kimi incitmədən haqlı olduğunuzu sübut edəcəksiniz. Bu vaxt rəsmi sənədləri tərtib etmək üçün də uyğundur.

Günün ikinci yarısı müstəqil hərəkətlər üçün əlverişldiir. Heç bir məsləhətə və ya köməyə ehtiyacınız yoxdur. Siz öz gücünüzə güvənirsiniz.

Bu, əvvəllər qeyri-mümkün görünən hər şeyə nail olmaq üçün kifayətdir. Əvvəllər tamamilə ümidsiz görünən bir işdə uğur qazanacaqsınız.

Balıq, 13 noyabr, 2023-cü il

Gözəl bir gündür. Gün içində baş verənlər sizi ruhlandırır və sevindirir.

Son günlər yaşadıqlarınız sizin içinizdə olan inamınızı öldürüb. Bu gün yaşadıqlarınız sizin inamızı bərpa edəcək. Son zamanlar çıxılmaz vəziyyətdə olduğunu hiss edən Balıqlar bundan sonra necə hərəkət edəcəklərini yaxşı başa düşürlər.

Nöqsanlardan, qüsurlardan yorulan Balıqlar bu gün vacib suallara aydın şəkildə cavab tapacaq.

Bu gün, təsadüfən başlayan tanışlıq uzun bir dostluğun və ya maraqlı romantik hekayənin başlanğıcı ola bilər. Şəxsi münasibətlərlə bağlı hər şeydə intuisiyanıza etibar edə bilərsiniz. O, nə kiçik işlərdə, nə də ciddi məsələlərdə sizi yanıltmayacaq.

Print Email
FaceBook Twitter Google