Ulduz falı: 20 noyabr, 2023-cü il
Qoç, 20 noyabr, 2023-cü il

Siz səmimi və mehribansınız, bu, çoxlarında xoş təəssürat yaradır. Bəyəndiyiniz insanla görüşmək üçün əla gündür. Cazibədarlığınıza qarşı durmaq çətin olduğu üçün ətrafınızdakılar sizə kömək və dəstəkdən imtina etmirlər.

Bu gün həmişəkindən daha çox iş olacaq. Başqalarına həvalə etmək istədiyiniz işləri özünüz etməli olacaqsınız. Plana uyğun hərəkət etməsəniz də, edilməsi lazım olan hər şeyi edə bilirsiniz.

Axşam sizin üçün əziz
olan biri ilə bağlı xoş xəbərlər alacaqsınız.

Buğa, 20 noyabr, 2023-cü il

Narahat, məşğul, gözlənilməz hadisələrlə dolu bir gün gözlənilir. Gözlədiyinizdən daha çox iş olacaq. Bəzən eyni anda bir neçə məsələni həll etməli olacaqsınız.

Çox güçlüsünüz, başqalarının heç bir kömək olmadan edə bilmədiyi mürəkkəb işlərin öhdəsindən yaxşı gəlirsiniz.

Buğalar digər insanların problemlərini həll etmək üçün gözlənilməz, lakin çox təsirli yollar tapa bilir.

Maliyyə əməliyyatları üçün də yaxşı gündür. Pulla əlaqəli hər şeydə intuisiyaya arxalana bilərsiniz.

İnstuisiyanız sizə ən yaxşı şəkildə necə davranacağınızı söyləyir. Sevgidə də şanslısınız. Romantik münasibətlərdə yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər gözlənilir.

Əkizlər, 20 noyabr, 2023-cü il

Qeyri-rəsmi şəraitdə mühüm məsələləri müzakirə etmək üçün əla gündür.

Faydalı məlumatlar əldə etmək şansınız olacaq. Vacib məqsədlərə daha tez çatmaq və insanları narahat edən problemləri həll etmək üçün planlarızı necə tənzimləmək lazım olduğunu başa düşəcəksiniz.

Bu gün özünüzə həmişəkindən daha çox diqqət çəkirsiniz. Maraqlısı budur ki, bundan həzz alırsınız. Qeyri-adi bir əlaqə başlaya bilər. Bu gün yeni tamışlıqlar üçün də uyğun bir gündür.

Parlaq, yaddaqalan, ruhlandırıcı bir gün olacaq.

Xərçəng, 20 noyabr, 2023-cü il

Pulla ehtiyatlı davranın. Bu gün siz həmişəkindən daha qeyri-ciddi olmağa meyllisiniz və xırda-xırda işlərə xeyli pul xərcləyə bilərsiniz. Böyük alışlar etməzdən əvvəl fikirlərinə və zövqlərinə etibar etdiyiniz insanlarla məsləhətləşin.

Gün əlverişlidir. İşdə uğur qazanmaq gözlədiyinizdən daha asan olacaq.

Maraqlı iş təklifləri ola bilər.

Sevdiklərinizlə ünsiyyət həmişə sevinc gətirəcək. Onlar sizin üçün doğru sözləri tapır və cəsarətli ideyalarınızı dəstəkləyirlər. Bəzi Xərçəngləri romantik sürprizlər gözləyir.

Şir, 20 noyabr, 2023-cü il

Siz öz qabiliyyətlərinizə o qədər arxayınsınız ki, hətta hamının qeyri-mümkün hesab etdiyi şeyləri də öz üzərinə götürürsünüz. Ətrafınızdakıları təəccübləndirərək istədiyiniz nəticəni olduqca tez əldə edirsiniz. Bu, təkcə bəxt məsələsi deyil. Vəziyyəti düzgün qiymətləndirirsiniz və ən yaxşı şəkildə necə davranacağınızı bilirsiniz.

Bu səbəbdən də, boş ümidlərə qapılmırsınız və enerjinizi boş yerə sərf etmirsiniz.

Əvvəllər gərgin, qeyri-müəyyən olan və sizi əsəbiləşdirən münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişəcək. Bəzi insanların sizi niyə səhv başa düşdüyü bəlli olacaq.

Uzun müddət əvvəl buraxdığınız səhvləri düzəldə bilmək üçün əlverişli gündür.

Qız, 20 noyabr, 2023-cü il

Haqlı olduğunuza o qədər əminsiniz ki, hər kəsi buna inandıra bilərsiniz. Eyni zamanda sizinlə razılaşmayanların fikirlərini dinləmək zərər verməyəcək.

Belə insanlar bəzən əla məsləhətlər verir və əvvəllər diqqət etmədiyiniz şeyləri sizə göstərirlər. Planlaşdırılmamış səfərlər gözlənilir.

Unutmayın ki, onlar gözlədiyinizdən daha uzun çəkə bilər.

Gün işgüzar baxımdan uğurlu olacaq. Çətin maliyyə məsələlərini həll etmək üçün əla iş görəcəksiniz.

Pullarınızı ağlı başında şəkildə idarə edirsiniz.

Axşam yaxınlarınızla birlikdə həyata keçirəcəyiniz yeni ideyalar ortaya çıxa bilər.

Tərəzi, 20 noyabr, 2023-cü il

Xırda işlərdən, təsir edə bilməyəcəyiniz problemlərdən narahatsınız. Narahatlığınız çətin işlərin öhdəsindən gəlməyə mane olur.

Yaxınlıqda nə edəcəyinizi və nə düşünəcəyinizi vaxtında söyləyəcək adamlar var. Məhz onların sayəsində siz ciddi səhvlərə yol vermirsiniz.

Bu gün səfərə çıxan Tərəzilər əşyalarına xüsusi diqqət yetirməlidirlər. Siz əhəmiyyətli bir şeyi itirə və ya unuta bilərsiniz. Axşam yaxşı xəbərlər vəd edir.

Şad xəbərləri sizin üçün xüsusilə əziz olan bir insandan alaacqsınız.

Əqrəb, 20 noyabr, 2023-cü il

Yeni tanışlıq, bəyəndiyiniz insanla görüş üçün əla gündür. Bu gün cazibənizə müqavimət göstərmək çətindir.

İnsanlarda xoş təəssürat yaratmaq üçün heç bir səy göstərməyə ehtiyac yoxdur.

Çaslışın ki, romantik və işgüzar maraqları qarışdırmayasınız.

Buna diqqət edən bütün Əqrəblər də işlərində uğur qazana bilərlər. Çox şey gözlədiyinizdən daha tez tamamlana bilər. Boş vaxtlarınızı sizin üçün xoş olan, pozitiv emosiyalar bəxş edən məkanlarda keçirə bilərsiniz.

Oxatan, 20 noyabr, 2023-cü il

Günün əvvəlində çoxlu yaxşı fikirlər ortaya çıxacaq. Onlar hər zaman dərhal həyata keçməsə də, bir müddət sonra onları həyata keçirməyin zamanı gələcək.

Planlarınıza təsir edən və hazırda nəyə diqqət yetirməli olduğunuzu söyləyəcək qeyri-adi təsadüflər olacaq.

Günün ikinci yarısı ünsiyyət üçün əlverişlidir. Çox vacib şeylər haqqında danışa, əvvəllər fikir ayrılığına səbəb olan məsələləri müzakirə edə bilərsiniz. Uzun müzakirələrdən və mübahisələrdən qaçaraq, hər kəsin bəyənəcəyi həll yolunu tapa biləcəksiniz.

Oğlaq, 20 noyabr, 2023-cü il

Bu gün nə baş verirsə versin, siz sakitləşir, əsaslı qərarlar qəbul edir və təxribatlara boyun əymirsiniz.

Özünüzü yaxşı idarə edirsiniz. Gün iş haqqında danışmaq və peşəkar planları müzakirə etmək üçün münasibdir. Hətta başqasının fikirlərini belə görməməzliyə vuranlar belə sizin fikrinizi dinləyəcəklər.

Siz nəinki başqaları ilə yaxşı yola gedir, eyni zamanda onları razı salmaq, dəstəkləmək və ruhlandırmaq üçün bir yol tapırsınız. Axşam vacib söhbətlər üçün əlverişli olacaq.

Bəlkə də çoxdan gözlədiyiniz sözləri eşidəcəksiniz.

Dolça, 20 noyabr, 2023-cü il

Maliyyə ilə bağlı istənilən məsələlərin həlli üçün əla gündür. Uğurlu alış-veriş etmək və qazanc gətirəcək sövdələşmələr bağlamaq şansı olacaq. Vacib iş məsələlərini həll edə və mürəkkəb işlərlə məşğul ola bilərsiniz. Çətin vəziyyətləri tez idarə edir, ən yaxşı şəkildə necə davranacağınızı yaxşı başa düşürsünüz.

Bəzi narahatlıqlar şəxsi münasibətlərlə bağlı olacaq. Sevdiklərinizlə ümumi dil tapmaq həmişə mümkün olmur, bəzən xırda şeylər üstündə mübahisələr yaranır. Ancaq tez bir zamanda hər şeyi həll etmək üçün bir yol tapırsınız.

Bütün problemlər iz buraxmadan yox olur.

Balıq, 20 noyabr, 2023-cü il

İşləriniz yolunda getməsə belə, narahat olmamağa çalışın. Bu gün xoşagəlməz sürprizlər gətirə bilər.

Amma biz xırda problemlərdən danışırıq. Bunun üçün üzülməyə və ya narahat olmağa dəyməz. Daha vacib işlərdə şansınız gətirəcək.

Hansısa cəsarətli planı həyata keçirmək və çoxdankı istəyinizi yerinə yetirmək üçün ulduzların dəstəyindən yararlanmağa çalışın.

Bu gün yaxınlarınızın dəstəyi sizin üçün xüsusilə vacib olacaq.

Onlar sizə dəstək göstərəcək, faydalı məsləhətlər verəcəklər. Maraqlısı budur ki, son vaxtlar qarşılaşdığınız problemlər haqqında məlumatı olmayan insanlar belə sizə doğru məsləhətlər verə biləcək.


Print Email
FaceBook Twitter Google