Marneulifm14 dekabr tarixinin qoroskopunu təqdim edir:
Qoç - günün ilk yarısında uzunmüddətli səfərə çıxmayın. Yaxşı bələd
olduğunuz marşrutlarla hərəkət edin. Alış-verişdə çox pul
xərcləməyin.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Bacarıq və
intellektinizi nümayiş etdirin. Yaxınlarınızla təmaslarda
soyuqqanlı, təmkinli olun. Problemləriniz və qayğılarınız barədə
sevdiyiniz insanla danışa bilərsiniz. Səmimiyyət münasibətləri
möhkəmləndirəcək. Aktiv fiziki təmrinlər yeni güc verəcək.
Buğa - səhər saatlarından etibarən işlərin görülməsində və yerinə
yetirilməsində problemlər yarana bilər. Sizin üçün prinsipial
məsələlərdə kiməsə nəyisə sübut etməyə çalışmayın. Fikirlərinizi
yaxşı tanımadığınız insanlara açıqlamayın. Günün ikinci yarısında
bir sıra məsələlər aktuallığını itirəcək. Əhvalınız və
münasibətləriniz korlana bilər. Yaxınlarınızla mübahisə etməyin.
Sevdiyiniz insanın ifrat iradları ilə qarşılaşacaqsınız. Amma elə
sizin özünüzü eqoizmdə suçlayacaqlar. Sadə, təvazökar olun.
Əkizlər - səhər saatlarındakı müşküllər və çətinliklər sizi təbdən
çıxarmasın. Bədbinliyə qapılmayın. Situasiya az sonra dəyişəcək.
Gecikmələr, təxirəsalmalar olacaq. Uğursuzluqlar və ya imtinalara
görə özünüzü suçlamayın. İş ondadır ki, situsiya sizin üçün məqbul,
əlverişli deyil. Günün ikinci yarısında bədxərclik etməyin,
məntiqli davranın.Saatlar keçdikcə mənfi təmayüllərin təsiri
azalacaq. Yaxınlarınızla emosional müzakirələrə başlamayın. Belə
ünsiyyət münaqişə ilə sonuclana bilər. Axşam saatlarında situasiya
normallaşacaq.
Xərçəng - səhər saatlarında işgüzar aktivliyiniz yüksək səviyyədə
olsun. Fiziki və ya emosional diskomfort hiss edə bilərsiniz. İşdə
rəhbərliklə görüşmək, danışıqlar və müzakirələr aparmaq olar.
Anlaşmanın şərtlərini nəzərdən keçirəndə diqqətli olun. Günün
ikinci yarısında aram ritmlə çalışın. Belədə tapşırıq və işlərin
öhdəsindən uğurla gələcəksiniz. Ailədə uşaqlarla bağlı problemlər
yarana bilər. Şəxsi münasibətlərdə hisslərə əsaslanan problemləri
çözməyə başlayın. Axşam saatları sakit keçəcək.
Şir - günün ilk yarısında səs-küy və yaxın ətrafınızdakı insanların
nevroz davranışları sizi qıcıqlandıracaq. Belə əsəbi vəziyyətdən
qaçıb qurtulmaq istəyəcəksiniz. Daşınmaz əmlakla bağlı
əməliyyatları planlaşdırmayın, həyata keçirməyə cəhd göstərməyin.
Günün ikinci yarısında bir çox problemlər həllini avtomatik
tapacaq. Ətrafınızdakı insanlar sizə irad tutacaqlar, tənqidləri
səngitməyəcəklər. Axşam saatlarında səmimi söhbət və birgə
məşğuliyyət ailə münasibətlərini yaxşılaşdıracaq.
Qız - uğursuzluqlar sizi bədbinləşdirməsin. Baş verənlərlə yalnız
neqativ məqamları görməyin. Pozitiv olun, çətinliklərə sinə gərin.
Süstlük və ətalət, astagəllik yaşam tonusunuzun səviyyəsini aşağı
sala bilər.Saatlar keçdikcə vəziyyət nisbətən normallaşmağa
başlayacaq. Günün ikinci yarısında planlara yenidən baxmaq
gərəkdir. İstirahət və əyləncəni təxirə salın. Aktiv işləyin,
məqsədə doğru sürətlə irəliləyin. Axşam saatlarını sevdiyiniz
insanla keçirə bilərsiniz.
Tərəzi - bəzi hallarda məqsədə çatmaq üçün nəyisə qurban vermək
gərəkdir. Problemlərə həddən artıq fikir verməyin. Bununla yanaşı,
mövqelərinizdən geri çəkilməyin. Ətrafınızdakı insanlar sizi
iradəsiz altruist kimi tanımamalıdır. Maraqlarınızı başqalarının
mənafelərinə qurban verməyin. Günün ikinci yarısında məişət
problemlərinin sayı artacaq. Yaxın ətrafınızdakı insanlardan biri
sizinlə rəqabətə başlayacaq, sizə meydan oxuyacaq. Ona fikir
verməyin, emosiyalarınızın əsiri olmayın.
Əqrəb - yeni anlaşma və sövdələşməyə nail olmaq istəyirsinizsə, bir
qədər gözləyin. Sənədləri yeniləməyə tələsməyin. Çünki az sonra
vəziyyət dəyişəcək və bir sıra məsələlər aktuallığını itirəcək.
Günün ikinci yarısında riskli qərarlar qəbul etmək olar. Enerjiniz
az deyil. Amma hansısa addımı atmazdan əvvəl yaxşıca
düşünüb-daşının. Axşam saatları ailədəki mühiti yaxşılaşdırmaq üçün
yaxşıdır. Birgə səylərlə münasibətləri normallaşdırmaq mümkündür.
Sevdiyiniz insan sizi anlayacaq.
Oxatan - işlər planlar çərçivəsindən kənara çıxırsa, qıcıqlanmayın.
Yol verdiyiniz səhvlərin səbəblərini arayın. Situasiyanı obyektiv
dəyərləndirin. Saatlar keçdikcə enerjiniz artacaq. Məqsədə doğru
qətiyyətlə irəliləyin. Mənasız məsləhətlərə, boş sözlərə qulaq
asmayın.Günün ikinci yarısında çətinlikləri sürətlə dəf etməyə
daşlayın. Əhvalınızda dəyişikliklər istisna deyil. Səhhətinizə
fikir verin.Axşam saatlarında dostlarla sabahkı günü planlaşdıra
bilərsiniz.
Oğlaq - günün ilk yarısında yolda və sükan arxasında çox ehtiyatlı
davranın. Cəzalana, cərimələnə bilərsiniz. Yaxın ətrafınızdakı
insanlar bilikləriniz və bacarıqlarınızı yetərincə
dəyərləndirmirlər. Təəssüf, pərişanlıq hissi yarana bilər. Günün
ikinci yarısında situasiyada dəyişikliklər başlanacaq. Başladığınız
işi uğurla başa vurmaq, əlavə gəlir mənbəyi əldə etmək imkanları
var. Axşam saatlarına yaxın müstəqil və təkbaşına çalışın. Aktiv
ünsiyyətə, fəal təmaslara can atmayın. Sevdiyiniz insanın sizə
sualları var. Normal istirahət etməyə çalışın.
Dolça - səhər saatlarından etibarən birmənalı olmayan situasiya
formalaşacaq. Başa vurduğunuz və ya yaxşı yerinə yetirdiyinizi
düşündüyünüz işdə əhəmiyyətli səhv aşkarlana bilər. Mövqeyinizi
tərəfdaş və həmkarların nəzərinə çatdırın. Günün ikinci yarısında
nikbin davranın, süstlüyə qapılmayın.Axşam saatlarında qonaq gelə
bilərsiniz. Rəğbət bəslədiyiniz insanlarla ünsiyyət xoş olacaq.
Maraqlı insanla qarşılaşa bilərsiniz.
Balıqlar - əhvalınızdakı dəyişikliklər, emosionallıq işinizdə
çətinliklər yaradacaq. Əlavə məsuliyyət və öhdəliklər olacaq.
Planlarda dəyişikliklər, yaşamda yeniliklər istisna deyil. Səbrli
olun, əlverişli anı gözləyin. Günün ikinci yarısında situasiyanın
kəskinləşməsi sizi aqressiv davranmağa, düşünülməmiş addımlar
atmağa vadar etməsin. Qayğıkeş olun, ailə üzvlərinin problemlərini
həll edin. Axşam saatlarında romantik əhval istirahət istəyi ilə
əvəzlənəcək.