Günün ulduz falı - 21 dekabr
Qoç - Uğursuz gündür. Darıxdırıcı və perspektivsiz işlərə çox vaxt
sərf etməli olacaqsınız.
Ümid etdiyiniz dəstəyi almayacaqsınız. Ona görə də hətta asan
məsələlərin həlli belə çox vaxtınızı aparacaq. Maliyyə itkiləri,
uğursuz bazarlıqlar mümkündür. Pul və ya dəyərli əşya itkisi də
istisna deyil.
Buğa - İnsanlar öz nöqteyi-nəzərlərini müdafiə etməklə yanaşı,
nəzakət qaydalarını da unutmayacaq və opponentlərinə qarşı rəhmli
olmağa çalışacaqlar. Pisi isə odur ki, vahid rəyə gəlmək, hamını
razı salacaq qərarın qəbulu alınmayacaq. Məhz buna görə də bir çox
suallar cavabsız qalacaq.
Əkizlər - Sevgililər boş şeylər üstündə küsüşə bilərlər. Amma
onların barışması çox ehtiraslı və həyəcanlı olacaq. Bu gün
yaxınlarınız üçün hədiyyələr, o cümlədən, bahalı və nadir əşyalar,
əntiq şeylər almaq yaxşıdır.
Xərçəng - Yaşlı nəslin nümayəndələri ilə fikir ayrılıqları
mümkündür. Sizin bəzi ifadə və hərəkətləriniz şok yaradacaq, mənfi
reaksiya doğuracaq. Çətin vəziyyətdə köməyinizə yumor hissi
çatacaq. Məhz bu hiss sizi qarşı cinsin bəzi nümayəndələrinin
gözündə cazibədar da edə bilər.
Şir - Bu gün işgüzar aktivlik kifayət qədər aşağı səviyyədə olacaq.
Ona görə də bu gün çoxlu sayda yaxşı, amma reallaşmayan fikirlərlə
yadda qalacaq. Onları çox uzaq müddətə təxirə salmayın. Bir neçə
gün sonra bu planlara nəinki qayıda, həm də onları həyata keçirə
bilərsiniz.
Qız - Kifayət qədər uğursuz gündür. Prinsipial yeni nəsə istəsəniz
də, bunu harada tapmağın lazım olduğunu təxmin edə bilmirsiniz.
Hansısa dəyişiklik təşəbbüsləri uğursuzluqla nəticələnəcək.
Ünsiyyət baxımından olduqca çətin gündür. Əgər sizə elə gəlirsə ki,
kimsə sizi ağzınızı açan kimi başa düşür, ehtiyatlı olun: çox güman
ki, həmin adam pis nəsə fikirləşir. Günün ikinci yarısında güclü
baş ağrıları mümkündür.
Tərəzi - Ailə üzvləri ilə fikir ayrılıqları mümkündür. Maliyyə və
mülklə bağlı məsələlərdə vahid rəyə gəlmək olduqca çətindir. Siz
puldan həmişəkindən daşa çox sadəlövhlüklə istifadə edirsiniz.
Yaxınlarınız sizi qınayacaq və inadla qənaətə çağıracaqlar.
Əqrəb - sizi xoş təsadüflər və maraqlı görüşlərlə tamamlanan uğurlu
gün gözləyir. Bu gün tanışlıqlar asanlıqla baş tutacaq, hətta
birinci dəfə gördüyünüz adamlarla da dil tapmaqda çətinlik
çəkməyəcəksiniz. Prinsipial yeni nəyəsə başlamaq olar. İstənilən
işə yaradıcı yanaşma hədəfə daha tez çatmağa yardım edəcək.
Oxatan - Əlverişli gündür. Çətin, birmənalı olmayan və münaqişəli
vəziyyətlərin gözlənilməz həlli mümkündür. Sivri bucaqlar asanlıqla
hamarlanacaq, fikir ayrılıqları nadir hallarda yaranacaq. Gün
təmaslar və birgə fəaliyyət üçün münasibdir. Müstəqil fəaliyyət isə
az maraqlı və darıxdırıcı təsir bağışlayacaq.
Oğlaq - Bu gün kifayət qədər sakit keçəcək, heç nə ilə
təəccübləndirməyəcək, məyus etməyəcək və sevindirməyəcək. Bürcün
nümayəndələri əvvəlcədən qurulmuş plan üzrə hərəkəti davam
etdirəcəklər və bu, onlarda pis alınmayacaq. Lakin yeni imkanlar
adətən tam dəyərləndirilmiş olmayacaq və istifadə edilməyəcək. Əgər
daha çox çeviklik nümayiş etdirsəniz, gün daha maraqlı ola
bilər.
Dolça - Təhsilə başlamaq, tədqiqat və ya yaradıcılıq işlərinə
girişmək olar. İri bazarlıqlardan çəkinmək məsləhətdir. Amma kiçik
və çox bahalı olmayan şeyləri almaq olar. Aktiv istirahət, gəzinti
və səfərlər sevinc bəxş edəcək.
Balıqlar - Bu gün çoxlu yaxşı şey vəd edir. Daha çox şeyə yetişmək
üçün tələsin. Əgər tənbəllik etsəniz, çox az uğurla kifayətlənməli
olacaqsınız. İş görüşləri, o cümlədən, işə qəbulla bağlı
müsahibələr çox yaxşı keçəcək. Hətta istəyinə uyğun iş tapmaqdan
əlini üzən Balıqlar da maraqlı təkliflər alacaqlar.//milli.az