Mixək tək ədviyyat deyil. Mixək tibbdə müxtəlif
xəstəliklərin müalicəsi və profilaktikası zamanı çox geniş istifadə
olunur.
Mixek çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində B qrupu
vitaminləri (В1, В2, В3 или РР, В4, В6, В9), A, C, E, K
vitaminləri, qiymətli efir yağları var.
Bundan əlavə mixək bu kimi mikro- və makroelementlərlə də
zəngindir: kalium,
kalsium, mis, fosfor, dəmir, selen, sink,
maqnezium və s.
Bu zəngin tərkibinə görə mixek bütün insan orqanizminə çox müsbət
təsir edir. Mixək antiseptik və bakteriyalar əleyhinə,
ağrısızlaşdıran, yarasağaldan təsirinə malikdir.
Mixək qadınların cinsiyyət sisteminə çox müsbət təsir edir,
menstrual funksiyasını tənzimləyir.
Mixək bütün mədə-bağırsaq sisteminə də çox yaxşı təsir
edir. Belə ki, mixək həzm şirələrinin ifrazını artırır,
iştahanı artırır, həzm prosesləri tənzimləyir. Bu ədviyyat kolit,
bağırsaq köpü, diareya (ishal) müalicəsi zamanı geniş istifadə
olunur.
Lakin mədə və 12 barmaq bağırsağı xora xəstəlikləri, hipertoniya
zamanı bu ədviyyatdan tez-tez istifadə etmək tövsiyə edilmir.
Mixək ağızdan gələn pis qoxunu aradan qaldırır, diş ağrısını
azaldır (bir dənə mixək dişləyin və ağrıyan dişin üzərinə qoyun),
damaqların vəziyyətini yaxşılaşdırır.
Mixək antikanserogen (xərçəng əleyhinə) təsirinə malikdir.
Elmi araşdırmalar nəticəsində sübut olunub ki, mixək xərçəng
hüceyrələrin inkişafını tormolayır.
Mixək B qrupu vitaminlərlə olduqca zəngindir və bu səbəbdən
ədviyyat sinir sistemi üçün çox xeyirlidir.
Mixək
sakitləşdirir, psixiki gərginliyi aradan qaldırır, beyinin
fəaliyyətini və yaddaşı yaxşılaşdırır.
Bu ədviyyat şəkərli diabet, insult və infarkt kimi ağır
xəstəliklərin profilaktikası zamanı istifadə olunur.
Mixək dərinin vəziyyətini və görməni yaxşılaşdırır, immun və
ürək-damar sistemini möhkəmləndirir.
Mixək yağı da tibbdə və kosmetologiyada geniş istifadə olunur. Yağ
soyuqdəymə, öskürək, zökəm zamanı xəstəyə kömək edir.
Bir çox qadınları gözlərin altında əmələ gələn ödemlər narahat
edir. Bu ödemlərlə mübarizə etmək üçün bir neçə dənə mixək qaynar
suda dəmləyin, soyudun və islatmalar edin.
Təbii ki, mixəkdən daim istifadə etmək lazımdır ki, o bütün öz
faydalı xüsusiyyətlərini insana bəxş etsin. Mixək qida və
şirniyyatların bişirilməsi zamanı istifadə olunur, çaya əlavə oluna
bilər. Ədviyyat çaya qeyri-adi dad və ətir verir.
Mənbə: Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415