Anar Rafiqoğlu - “Era Teatrı”-nın məqsədi aktyorluğa və teatra həvəsi olan gəncləri bir araya toplamaqdır
Gürcüstanda “Era Teatrı” adı ilə yeni teatr fəaliyyətə başladı. Teatr Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyoru və rejissor Anar Rafiqoğlu və Rabil İsmayılov tərəfindən yaradılıb. Tetrın təsis edilməsində əsas məqsəd aktyorluğa və teatra həvəsi olan gəncləri bir araya tolamaqdır. Bu haqda "Marneuli" Radiosuna Anar Rafiqoğlu məlumat verdi. O, bildirdi ki, "Məni Bağışla" tamaşası və "Sənəd Şəhidləri" adlı filmdə gənclərin bu sahəyə maraqları və isdedalarından irəli gələrək belə bir teatrın açılmasını istəyiblər.

Anarın sözlərinə görə, aktyorluğa istedadı, həvəsi, marağı olan gəncləri bir komanda altında toplayaraq sosial problemləri gündəmə gətirəcək tamaşalar və qısa filimlər hazırlayacaqlar.

“Gürcüstanda özəl, müstəqil teatrlar çox azdı. Azərbaycanlıların yaratdığı isə ümumiyyətlə yoxdur. Bu bir ilk idi ki, biz yaratdıq. Ümid edirik ki, regionlarımızdan da bizə istedadlı gənclər qoşulacaq. Həqiqətən regionlarımızda istedadlı gənclər var. Hansi ki, istedadı var və özlərini üzə çıxara bilmirlər və o, şansı əldə edə bilmirlər. Biz onlara dəstək olmağa hazırıq əgər onlarda özlərini səhnədə, tamaşada görmək istəyirlərsə biz yeni tamaşamızda həmin gənclərədə mütləq şans verəcəyik” – deyə bildirdi Anar Rafiqoğlu.



Anarın sözlərinə görə, onların komandasında 10-a yaxın gənc var. Tamaşaların hazırlanması və səhnələşdirilməsi haqqında da danışan Anar Rafiqoğlu vurğuladı ki, tmaşaların məşqlərini və onların hazırlanmasını Tiflis Dövlət Azərbaycan Dram Teatrında planlaşdırırlar.

“Bu məşqlər bitdikdən və artıq hazır olduqdan sonra müəyyən teatrlar icarəyə götürəcəyik və həmin teatrlarda tamaşalarımızı nümaiş etdirəcəyik. Çox isdəyərdik ki, öz teatırımız "Tbilisi Dövlət Azərbaycan Dram" teatırı yaxşı vəziyyətdə olardı və biz tamaşalarımızı eyni məkanda nümaiş etdirərdik. Ancaq "Tbilisi Dövlət Azərbaycan Dram" teatırının vəziyyəti məlumdur. Ancaq biz hazırlıqlar görə bilərik, tamaşa üçün o qədərdə əlverişli deyil. Təssüfki teatr binamız və Tbilisidə bir sıra teatrlar icarəyə götürəcəyik və tamaşalarımızı nümaiş etdirəcəyik. Regionlarda isə həmin regionlarin mədəniyyət evlərində və ya teatrları varsa teatrlarında nümaiş etdirəcəyik”
- deyə bildirdi Anar Rafiqoğlu.



Anar onu da əlavə etdi ki, “Era Teatrı” olaraq ilk səfərlərini Bolnisi şəhərinə planlaşdırırlar.

Print Email
FaceBook Twitter Google