Bu gün Dmanisidə “Elat” bayramı qeyd olunu
Borçalı türklərinin "Elat" mədəniyyət günləri 2009-cu il iyul ayının 26-da “Borçalı” Cəmiyyəti tərəfindən əsası qoyulmuş və hər il eyni tarix və eyni məkanda keçirilirdi. "Elat" bayramı Dmanisi rayonunun Armudlu gölünün yaxınlığında təntənəli şəkildə keçirilirdi. Keçirilən el şənliyinə Azərbaycandan, Türkiyədən və başqa ölkələrdən yaşayan Azərbaycanlı türklər buraya gələrək "Elat" bayramında görüşürdülər.

Bu bayramda şənliklər, at yarışları, güləş, rəsm sərgiləri, biri-birindən maraqlı mədəniyyət güşələri, pəhləvanların çıxışları və s. kimi maraqlı adət ənənələr nümayiş etdirilirdi. 2016-cı ildən Kvemo Kartli qubernatorluğu və Dmanisi rəhbərliyinin qərarı ilə bayramın keçirilməsinə qadağa qoyuldu. Həmin vaxtdan eyni tarixdə "Dmanisoba" adlanan yeni bayram tədbiri keçirilməyə başlanıldı. Bayramın hansı səbəbə görə ləğv olunması isə ictimaiyyətə məlum deyil.

Bu gün, 26 iyun tarixində Dmanisidə (Başkeçid) bayram şənlikləri təşkil olunmuşdur. Bir tərəfdə “Elat” bayramı, bir tərəfdə isə “Dmanisoba” bayramı keçirilirdi. “Elat “ bayramını Kvemo Kartlidə (Borçalıda) yaşayan Azərbaycan türkləri bayramı keçirdilər. Bu haqda məlumatı “Marneuli” Radiosuna Osman Əhmədoğlu verdi. Onun sözlərinə görə “Elat” bayramı bütün Gürcüstanda yaşayan Azərbaycanlıların bayramıdır.



“Dmanisoba” bayramı Dmanisi bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilir. Kvemo Kartli quberniyası tərəfindən yayımlanan fotolara əsasən orada əl işlərinin sərgisi, şərab dadmaq, gürcü çoxasının nümunəsi olub, xaçapuri bişirmiş. Marneuli meriyasının nümayəndələri də orada iştirak edirlərmiş.

Tədbirə dəvət olunmuş Rəbib Məmmədovun sözlərinə görə, orda çıxış etməli imişlər. Amma sonra onlara icazə verməyiblər.



Xatırladaq ki, Borçalı türklərinin "Elat" mədəniyyət günləri 2015-ci ildə keçirilən şənliyində Gürcüstan hökumətinin rəhbərləri də iştirak ediblər.
Print Email
FaceBook Twitter Google