Borçalı türklərinin "Elat" mədəniyyət günləri 2009-cu il iyul
ayının 26-da “Borçalı” Cəmiyyəti tərəfindən əsası qoyulmuş və hər
il eyni tarix və eyni məkanda keçirilirdi.
"Elat" bayramı Dmanisi rayonunun Armudlu gölünün yaxınlığında
təntənəli şəkildə keçirilirdi. Keçirilən el şənliyinə
Azərbaycandan, Türkiyədən və başqa ölkələrdən yaşayan Azərbaycanlı
türklər buraya gələrək "Elat" bayramında görüşürdülər.
Bu bayramda şənliklər, at yarışları, güləş, rəsm sərgiləri,
biri-birindən maraqlı mədəniyyət güşələri, pəhləvanların çıxışları
və s. kimi maraqlı adət ənənələr nümayiş etdirilirdi. 2016-cı ildən
Kvemo Kartli qubernatorluğu və Dmanisi rəhbərliyinin qərarı ilə
bayramın keçirilməsinə qadağa qoyuldu. Həmin vaxtdan eyni tarixdə
"Dmanisoba" adlanan yeni bayram tədbiri keçirilməyə başlanıldı.
Bayramın hansı səbəbə görə ləğv olunması isə ictimaiyyətə məlum
deyil.
Bu gün, 26 iyun tarixində Dmanisidə (Başkeçid) bayram şənlikləri
təşkil olunmuşdur. Bir tərəfdə “Elat” bayramı, bir tərəfdə isə
“Dmanisoba” bayramı keçirilirdi. “Elat “ bayramını Kvemo Kartlidə
(Borçalıda) yaşayan Azərbaycan türkləri bayramı keçirdilər. Bu
haqda məlumatı “Marneuli” Radiosuna Osman Əhmədoğlu verdi. Onun
sözlərinə görə “Elat” bayramı bütün Gürcüstanda yaşayan
Azərbaycanlıların bayramıdır.
“Dmanisoba” bayramı Dmanisi bələdiyyəsinin təşkilatçılığı ilə
həyata keçirilir. Kvemo Kartli quberniyası tərəfindən yayımlanan
fotolara əsasən orada əl işlərinin sərgisi, şərab dadmaq, gürcü
çoxasının nümunəsi olub, xaçapuri bişirmiş. Marneuli meriyasının
nümayəndələri də orada iştirak edirlərmiş.
Tədbirə dəvət olunmuş Rəbib Məmmədovun sözlərinə görə, orda çıxış
etməli imişlər. Amma sonra onlara icazə verməyiblər.
Xatırladaq ki, Borçalı türklərinin "Elat" mədəniyyət günləri
2015-ci ildə keçirilən şənliyində Gürcüstan hökumətinin rəhbərləri
də iştirak ediblər.