Tamarisi kəndindəki alman evlərindən biri muzey funksiyası daşıyacaq
Tamarisi kəndindəki alman evlərindən biri muzey funksiyası daşıyacaq. Həmin evi Almaniyalı həkim alıb və Tamarisililərə bağışlayıb. Evin bir əsrdən artıq yaşı var və mədəni irs abidəsidir, lakin bu zamana qədər bərpa işləri aparılmayıb.

Alman Mədəni İrsinin Qorunması İttifaqı bu işlər üçün donorlar axtarmağa başlayıb. Təşkilatın təsisçilərindən biri Nestan Tataraşvilinin dediyinə görə, yaxın gələcəkdə evdə almanlar tərəfindən salınmış kəndin tarixi ilə tanış etmək mümkün olacaq.

“İstəyirik ki, burada mediateka deyilən gənclər mərkəzi tikilsin, bu muzey quru və donmuş muzey olmayacaq. Müxtəlif kəndlərdən uşaqlar buraya gələcəklər və etnoqrafik materiallarla tanış olacaq və əlbəttə Tamarisinin tarixini dinləyəcəklər” – deyə Nestan Tataraşvili bildirdi.



Alman Viutenberq koloniyaçıları Gürcüstana 200 il əvvəl köçürülüblər. Onlardan Gürcüstana 23-dən artıq kənd və 1200-dən artıq ev miras qalıb. Almanlar Gürcüstanın iqtisadi-mədəni həyatında mühüm dəyişiklik ediblər, teleqraf xətti çəkiblər, ilk əczaxananı və pivə zavodu açıblar.

“Tamarisi mühüm yerlərdən biridir, burada inkişaf etmiş şərabçılıq olub, qeyri-adi şərab zavodu olub. Bu bir tərəfdən də ona görə edilir ki, burada turizm inkişaf etsin. Artıq Avropadan ciddi axın var və çox az adam bilirdi ki, Gürcüstanda 23 kənddə 30 mindən artıq alman 150 ildən artıq burada yaşayıb” – deyə Nestan Tataraşvili bildirdi.



Aktyor Zurab Xaftani Tamarisi kəndində yaşayır. Deyir ki, belə layihələrin həyata keçirilməsi gənclərin ictimai həyatda iştirakı üçün mühümdür.

“Əgər hər şey ideyada olduğu kimi edilsə, və sona çatdırılsa çox yaxşı olar. Çünki kəndlərdə gənclərin layihələrdə iştirak etmək imkanı daha azdır və daha az fəallıq göstərirlər” – deyə Zurab Xaftani bildirdi.



Marneuli meriyasından bildirilər ki, belə layihələrin həyata keçirilməsini alqışlayırlar, bununla belə büdcədən vəsait xərcləmirlər. Onların iştirakı isə kəndin küçələrindən birinə kəndin ilk adını vermək olacaq. Kəndin ilk adı Traumberq olub.

Tamarisi kəndində almanlar tərəfindən tikilən evlərdə 50-dək ailə yaşayır. 1941-ci ildən almanların Gürcüstandan deportasiyası başlayıb. Evlərin təxminən 15%-i bağlıdır və sahibləri nadir hallarda ziyarət edirlər.

Print Email
FaceBook Twitter Google