“İveria Brilyant” festivalının qalibi Marneuli sakini Şaban Məmmədov oldu
Festival məhdud fiziki imkanlı şəxslər arasında keçirilir və festivala Gürcüstan patriarxı II İlia xeyir dua verib.
Festival beynəlxalq miqyasda keçirilir və burada dörd ölkədən gəlmiş musiqiçilər iştirak edirdilər.

“Əlbəttə, hər bir müsabiqə yeni təcrübə və qələbə istiqamətində mübarizədir, buna görə də mənim üçün müsabiqə və festivallarda iştirak etmək çox əhəmiyyətlidir”, - Şaban Məmmədov deyir.

Şaban deyir ki, belə müsabiqələrdə iştirak etmək onun üçün əhəmiyyətlidir və karyerasının böyüməsinə yardım edir.
Birinci yeri tutması Şaban Məmmədovun Ukraynaya getməsi və Ukraynalı tamaşaçılar qarşısında çıxış etməsinə imkan yaradıb.

Yaxın gələcəkdə isə Şaban Məmmədov “Bir səma altında” festivalında iştirak etməyi planlaşdırır.

Şaban Məmmədov Marneuli Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Red Carpet” qrupunun üzvüdür.



"Marneuli" Radiosu
Print