Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Marneulidə Salome Zurabişviliyə dəstək konsertinə Azərbaycandan müğənni gətirilir
Gürcüstanın bir çox bölgələrində prezidentliyə müsəqil namizəd Salome Zurabişviliyə dəstək konserti keçirilir. Həmin konsertlərdə Gürcüstanda fəaliyyət göstərən müğənnilər iştirak edirlər.

Dəstək konserti Marneulidə də təşkil olunub. Digər böləgələrdə fərqli olaraq Marneulidə Azərbaycandan dəvət olunmuş müğənni iştirak edəcək.

Marneulidə baş tutacaq konsert 26 noyabr tarixində keçirləcək. Konsertdə "Gürcü Arzusu"nun təşkilatçılığı ilə Azərbaycandan dəvət olunan gənc müğənni Üzeyir Mehdizadə iştirak edəcək. Bu haqda məlumatı konsertin təşkilatçılıq işləri ilə məşğul olan Camal Məmmədov verdi.

Onun sözlərinə görə, konsert Marneulinin mərkəzi hissəsində baş tutacaq və Üzeyir Mehdizadənin konsertinin maliyyə dəstəyi isə bir nəfər xeyriyyəçi iş adamı tərəfindən qarşılanacaq.

Xatırladaq ki, artıq ənənə halını alan seçki öncəsi konsert proqramları əvvəlki seçkilərdə də olmuşdur. 2016-cı ildə keçirilən parlament seçkilərində Aygün Kazımova, 2017-ci ildə bələdiyyə seçkilərində isə Röya Ayxan konsert proqramı ilə çıxış etmişdi.

FaceBook Twitter Google