Marneulidə Salome Zurabişviliyə dəstək konsertinə Azərbaycandan müğənni gətirilir
22:20 / 24.11.2018
Gürcüstanın bir çox bölgələrində prezidentliyə
müsəqil namizəd Salome Zurabişviliyə dəstək konserti
keçirilir.
Həmin konsertlərdə Gürcüstanda fəaliyyət göstərən
müğənnilər iştirak edirlər.
Dəstək konserti Marneulidə də təşkil olunub. Digər böləgələrdə
fərqli olaraq Marneulidə Azərbaycandan dəvət olunmuş müğənni
iştirak edəcək.
Marneulidə baş tutacaq konsert 26 noyabr tarixində keçirləcək.
Konsertdə "Gürcü Arzusu"nun təşkilatçılığı ilə Azərbaycandan dəvət
olunan gənc müğənni Üzeyir Mehdizadə iştirak edəcək. Bu haqda
məlumatı konsertin təşkilatçılıq işləri ilə məşğul olan Camal
Məmmədov verdi.
Onun sözlərinə görə, konsert Marneulinin mərkəzi hissəsində baş
tutacaq və Üzeyir Mehdizadənin konsertinin maliyyə dəstəyi isə bir
nəfər xeyriyyəçi iş adamı tərəfindən qarşılanacaq.
Xatırladaq ki, artıq ənənə halını alan seçki öncəsi konsert
proqramları əvvəlki seçkilərdə də olmuşdur. 2016-cı ildə keçirilən
parlament seçkilərində Aygün Kazımova, 2017-ci ildə bələdiyyə
seçkilərində isə Röya Ayxan konsert proqramı ilə çıxış etmişdi.