Marneulinin ictimai kitabxanası iki yeni layihəyə başlayır
Marneulinin ictimai kitabxanası cari ildə iki layihəyə başlayır: “Böyük gürcü çarları” və “gürcü yazarları”.
Bu haqda məlumatı kitabxananın rəhbəri Lana Xexelaşvili təsdiq edib və deyib ki, hər iki layihə olduqca vacibdir. Çünki Marneulinin ictimai məktəblərinin gürcü çarları haqqında təqdimat etmək imkanı olacaq və müxtəlif yazarların yaradıcılıq gecələrini keçirə biləcəklər.

Xexelaşvilinin sözlərinə görə qarşılıqlı əməkdaşlıq məqsədi ilə artıq bütün ictimai məktəblərə qeyd olunan layihələr haqqında məlumat göndərilib.

O, qeyd edir ki, fevral ayında artıq iki maraqlı tədbir planlaşdırılır və onları bir neçə məktəb təqdim edəcək.

Print Email
FaceBook Twitter Google