Qırmızı Cümə nə deməkdir?
Bu
gün qırmızı cümədir. Məhz bu gün 2019 il bundan əvvəl İsə Məsihi
Qolqoti dağında çarmıxa çəkiblər.
Qırmızı cümə böyük cümə də adlandırılır. O,
ağır həftənin cüməsidir və xristian kilsəsi həmin günü İsa Məsihin
çarmıxa çəkilən günü olaraq təyin edib. Qırmızı cümə günü
xristianlar üçün ən ağır gündür və qaydaya əsasən həmin gün
yumurtaları qırmızı rəngə boyayırlar.
Pasxa bayramı ərəfəsində rənglənmiş yumurtalar haqqında ilk yazılı
məlumat X əsrə aid edilir. Yunanıstanda Tesalonikəyaxın müqəddəs
Anastasia monastırının kitabxanasında saxlanılan əlyazmanın sonunda
qeyd olunub ki, Pasxada vacib dualardan sonra yumurta və pendirin
duasını oxumalıdırlar.
İğumen öz şahidlərinə yumurta paylayan zaman bu sözləri deyir:
"Kriste ağsdqa! (İsa Məsih dirildi). "Nomokanon Podias" əlyazmasına
əsasən (XII əsr) isə İğumen pasxa günü qırmızı yumurta yeməyən
rahibi cəzalandırırdı və bunu ənənəyə təhqir kimi hesab edirdi.
"Marneuli"
Radiosu