Marneulili müğənni Gran-Pri mükafatına layiq görülüb (FOTO)
Marneulili müğənni Şaban Məmmədov 5 may tarixində Kutaisi şəhərində keçirilən İveria Brilliant adlı beynəlxalq festivalda Gran-Pri mükafatına layiq görülüb.

Festivalda Gürcüstanı təmsil edən Şaban meşhur patriotik mahnı Herio Bicebo-nu ifa edib.

İfası və güclü səs tembri ilə o, münsiflər tərəfindən Gran-Pri mükafatı qazanaraq Ukrainaya dəvət alıb.

Qeyd edək ki, Gürcüstan Patriarxının dəstəyi ilə keçirilən beynəlxalq festival fiziki qüsurlu şəxslər üçün nəzərdə tutulub.





Print Email
FaceBook Twitter Google