Marneulili idman mütəxəssisi və məşqçi yeni "Türk" döyüş sənətini yaratmağı planlaşdırır
14:46 / 31.05.2019
Gürcüstanda yeni bir idman növünün yaradılması
planlaşdırılır.
Bu
haqda "Marneuli" radiosu ilə söhbəti zamanı Marneulili idman
mütəxəssisi və məşqçi Faiq Məmmədov dedi.
Onun sözlərinə görə, o 2010-cu ildən "Sayokan"
döyüş növünün məşqlərinə başlayıb. Döyüş sənətini mənimsəmək üçün
o, üç il məşqlər keçib və daha sonra "Sayokan"
federasiyasının üzvü olub.
Məmmədov deyir ki, türk xalqları bir çox döyüş növləri yaradıb.
Buna görə də o, yeni döyüş sənətinin yaratmaq fikrinə düşüb.
"Türk döyüş sənətinin öyrənmək üçün özümdə bir sıra
araşdırmalar apardım. Məlumatlar topladım, tarixi kitablar oxudum.
Bundan sonra baxdım ki, "Alpaqut" Turan döyüş sənəti və "Sayokan"
Türk döyüş sənətləri var. Amma "Türk Hərbi Döyüş Sənəti" yoxdur və
buna görə də bu cür döyüş sənətinin yaratmağı düşündüm. Hətta
devizin adını da "Türk Hərbi Döyüş Sənəti" qoydum. Döyüş sənətini
yaratmaq üçün 2013-cü ildən çalışmağa başladım. Demək olar ki, 70%
istəyimə nail olmuşam və bu döyüş sənətinin yaradılması ideyası isə
tamamən mənə məxsusdur" - Faiq Məmmədov bildirdi.
O, onu da əlavə etdi ki, hətta idman növünün geyimlərini də
hazırlayıb və geyimlər əsgər formasına bənzəyir.
Deviz olaraq başlatdığı "Türk Hərbi Döyüş
Sənəti"nin dəqiq adının nə olacağını bilməyən məşqçi, bir
neçə ad üzərində fikirləşdiyini bildirdi.
Məmmədov məlumat üçün onu da bildirdi ki, rəsmi olaraq ad qoyandan
sonra federasiyanı yaradacaq və ictimaiyyətə daha geniş məlumat
verəcək.
Xatırladaq ki, Faiq Məmmədov Gürcüstan "SAYOKAN"
Federasiyasının prezidenti və Gürcüstan "MUAYTAY"
və "SAVATE" federasiyalarının vitse-prezidentidir.
Həmçinin yaxın günlərdə o, "SUDO" döyüş növü üzrə
Gürcüstan təmsilçisi adına da layiq görülüb.